“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Demokratlar Mayamidəki seçkidə qalib gəldi - 30 ildə ilk dəfə...

Tarix 10.12.25, 15:51

Font ölçüsü : - / +
bitmap-img6


Demokrat namizəd Eylin Hiqqins Mayami meri seçkilərinin ikinci turunda respublikaçı Emilio Qonzalesə qalib gələrək, böyük qələbə qazanıb.

Yeniavaz.com “Bloomberg”ə istinadla xəbər verir ki, bununla da  61 yaşlı Hiqqins Floridada respublikaçıların üstünlük təşkil etdiyi bir vaxtda təxminən son 30 il ərzində şəhərə rəhbərlik edən ilk qadın və ilk demokrat olub.
O, Prezident Donald Tramp və Florida qubernatoru Ron Desantis tərəfindən dəstəklənən respublikaçı Emilio Qonzalesi təxminın 19 faiz üstələyib.
“Bu gün Mayami xalqı tarix yazdı. Biz birlikdə xaos və korrupsiya səhifəsini çevirdik və şəhərimiz üçün yeni bir era açdıq”, - Hiqqins bildirib.
Qeyd edək ki, Eylin Hiqqins Donald Trampın miqrasiya siyasətini tənqid edən platformada kampaniya aparırdı.

Xatırladaq ki, təxminən 500 min əhalisi olan Mayami 2024-cü il prezident seçkilərində Donald Trampın Kamala Harris üzərində böyük qələbə qazandığı Mayami-Deyd dairəsinin bir hissəsidir.

Onun seçilməsi ekspertlərin 2026-cı il aralıq seçkiləri ərəfəsində respublikaçılar üçün təşviş doğuran bir əlamət kimi qiymətləndirdiyi digər ştatlarda bir sıra demokratların qələbələri fonunda baş verir.



Xəbərin oxunma sayı : 163




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap