| |
|
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
Azərbaycan Slovakiya münasibətləri regional sabitliyə töhfədir
Tarix 10.12.25, 7:12 |
|
Avropa İttifaqı artıq uzun illərdir Azərbaycan üçün əsas ticarət tərəfdaşıdır və son illərdə bu əlaqələr əhəmiyyətli dərəcədə dərinləşib. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan-Aİ əməkdaşlığı yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji əhəmiyyət kəsb edir.
Qeyd edilməlidir ki, təkcə ötən il Azərbaycan Aİ ölkələrinə 12,9 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da enerji təhlükəsizliyində Azərbaycanın rolunu gücləndirir. Bu ixrac yalnız iqtisadi göstərici deyil, həm də Avropanın enerji bazarlarında Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir.
Slovakiya ilə əlaqələr Avropa İttifaqı kontekstində müstəqil və milli maraqlara əsaslanan siyasətin nümunəsidir. Diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf etdiyini göstərir. Slovakiya nümunəsi həm də onu göstərir ki, İttifaqın üzvü olan ölkələr milli maraqları qorumaqla bərabər, eyni zamanda, blokun ümumi siyasətinə uyğun əməkdaşlıq apara bilirlər. Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni investisiya imkanları açır və sülhün iqtisadi dividendlərinin reallaşmasına şərait yaradır. Diplomatiya, iqtisadi investisiyalar, sənaye əməkdaşlığı və parlament dialoqları strateji tərəfdaşlığın mühüm komponentləri olaraq bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir.
Dekabr ayının 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş addımdır. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə təkan verəcəkdir.
Slovakiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1990-cı illərin əvvəllərindən bəri davamlı və sistemli şəkildə inkişaf edir. Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü ildə qurulub. Ötən müddət ərzində iki ölkə arasındakı diplomatik əlaqələr möhkəmlənib və strateji əməkdaşlıq üçün də əlverişli zəmin yaranıb.
Səfər çərçivəsində Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Görüşlərdən sonra hər iki dövlətin başçısı mətbuata bəyanatlarla çıxış ediblər.
Slovakiya Prezidenti Peter Pelleqrini azərbaycanlı həmkarı İlham Əliyevlə birgə mətbuata bəyanatları zamanı ilk ölaraq bildirib ki, “bu, Azərbaycan Prezidentinin Slovakiyaya tarixdə ilk rəsmi səfəridir. Bu, bizim qarşılıqlı marağımızı ən yüksək səviyyədə təsdiq edir. Biz strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindəyik. Biz cənab Prezidentlə geniş tərkibdə və təkbətək formatda geniş müzakirələr apardıq. Biz keçmişdə dəfələrlə görüşmüşük. Hər zaman olduğu kimi, görüşümüz səmimi və açıq şəkildə həyata keçirilmişdir. Çünki bizim ölkələrimiz dost ölkələrdir və bizim münasibətlərimiz hər zaman yaxşı səviyyədə olub”.
Slovakiya Prezidenti qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkədir. O, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin enerji resurslarına malikdir. “Çox şadam ki, bizim ticarət dövriyyəmiz artmaqdadır və ciddi artım var. Biz qeyd etdik ki, bu sahədə hələ də istifadə edilməmiş potensial var”, – deyə o əlavə edib.
Azərbaycan Prezidenti İlham Əliyev mətbuat üçün bəyanatı zamanı iki ölkə arasında əlaqələrin genişlənməsi və bir sıra digər mühüm məsələlərə toxunub. İlk növbədə qeyd edilib ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. Keçən il Slovakiya ilə Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb ki, bu sənəd iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran sənəddir. Həmin sənəd imzalandıqdan sonra bütün istiqamətlər üzrə əməkdaşlıq genişlənib.
Bildirilib ki, Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən iki giqavata bərabərdir və növbəti beş il ərzində bu, səkkiz giqavata çatdırılacaq. “Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir”, – deyə Azərbaycan Prezidenti əlavə edib.
İki dövlət arasında əlaqələrin daha da genişləndirilməsi üçün nəqliyyat sahəsinə əlavə vəsait qoyulması nəzərdə tutulub. Bu gün ölkəmiz Şərq ilə Qərb arasındakı müəyyən bir körpü rolunu oynayır. Yaradılan infrastruktur, nəqliyyat sektoruna qoyulan sərmayələr Azərbaycanı Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına sevirib. Ölkəmiz Orta Dəhliz layihəsində fəal iştirak edir. Hazırda Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir.
Bu gün Azərbaycan öz təbii qazını 14 ölkəyə ixrac edir və boru kəmərləri ilə ixrac edilən qazın təchizatçısı kimi lider dövlətdir. Ölkə başçısının qeyd etdiyi kimi: “Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır”.
İki ölkə arasındakı hərbi və müdafiə əməkdaşlığı da genişlənməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev bu ilin noyabrında Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Kalinak Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilmiş hərbi paradda iştirak edərək iki ölkə arasında hərbi və strateji əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu, həm də regional təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivlərinin açılmasına işarədir.
Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri dost ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi ilə bərabər iki ölkənin maraqlarına xidmət edir. Həmçinin regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdır, yeni investisiya imkanları açır. Diplomatiya, iqtisadi investisiyalar, sənaye əməkdaşlığı və parlament dialoqları strateji tərəfdaşlığın mühüm komponentləri olaraq bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir.
Tural Hüseynzadə
Xəbərin oxunma sayı : 649
Sosial
Xəbərlər
-
ABŞ Avropa ölkələrinə yeni tariflər tətbiq etdi - Qrenlandiyaya görə
-
Vətəndaşlara xəbərdarlıq: İki min manatadək cərimə oluna bilərsiniz (VİDEO)
-
Seysmik zonalardakı yeni hərəkətlilik ciddi təhlükədən xəbər verir? - VİDEO
-
Bakıda avtosalon parklanma yerlərini zəbt edib - ŞİKAYƏT /VİDEO
-
Ziyafət geyimlərinin də kirayə qiymətləri artdı - VİDEO
-
Azərbaycanda farel balığı bahalaşdı - VİDEO
-
Günəşlidə dayanacağa piyada nışanı niyə qoyulub? - VİDEO
-
Etibar Pirverdiyevin bankının çöküşü: “Expressbank”ın 4-cü rübdə kapital itkisi 12 milyon AZN olub...
-
Azərbaycan aqrar sektorda böyük yeniliyə hazırlaşır - Fermerlərə şad xəbər
-
“Bilirəm ki, xalqın dolanışığı, həqiqətən, çətindir“ - Xamenei
-
Elmira Axundovanın yaxın adamı üçün çəmbər daraldı - Cinayət məsuliyyətinə cəlb oluna bilər
-
Minimum maaş Azərbaycanda 21 ildə nə qədər artıb? - CƏDVƏL
-
İş başında sükanı buraxıb oyun oynayırdı - İşdən çıxarıldı
-
Qanunsuz və sənədsiz evlərlə bağlı nələr gözlənilir? - VİDEO
-
“Nə qədər bahalı geyinsən də bunun bir faydası olmayacaq“ - Nura Suri
-
Tovuzda bıçaqlanan bağça müdirinin anası: “Qızımı bir neçə dəfə öldürmək istəyib“
-
Evdə inyeksiya qadağası: Xəstələr üçün həyati çətinlik, yoxsa təhlükəsizlik tədbiri?
-
Bu ölkədə seçkidən sonra müxalifət lideri helikopterlə qaçırıldı - Fotolar
-
Mürəbbə yeyəndən sonra evi soyub, sonra yandırmışdı - Tutuldu
-
Yer kürəsində ilin üçüncü maqnit fırtınası başladı - XƏBƏRDARLIQ
-
Növbəti iki gün ərzində güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun detalları - FOTO
-
Trampdan Ərdoğana dəvət gəldi - Qəzza Sülh Şurasına qurucu üzv kimi çağırdı
-
Binalarda komendant özbaşınalığı: Pullar necə xərclənir?
-
Sabah yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
-
13 illik dövr niyə bitdi? - Rauf Vəliyevin işdən azad olunmasının pərdəarxası
-
“ABŞ Prezidenti İrandakı iğtişaşlarda baş verənlərə görə məsuliyyət daşıyır“ - Xamənei
-
Suriya ordusundan əməliyyata başladı - Rakka vilayətinə daxil oldu
-
“Dünyagöz”ün baş həkiminin səhvinə görə gözüm kor olub” - 63 yaşlı şikayətçi
-
İran qlobal internetdən birdəfəlik ayrılmağı planlaşdırır - “The Guardian
-
Məktəblərdə mədəniyyət dərsləri - Kadrlar varmı ?
-
Azərbaycan Dövlət Neft Fondunun aktivlərində artım davam edəcək - “Moody’s
-
Estetik əməliyyat etdirən qadının nitqində problem yarandı - VİDEO
-
Bakıya sulu qar yağacaq, 4 dərəcə şaxta olacaq - Sabahın havası
-
Pakistan Hindistana xəbərdarlıq etdi - Cammu və Kəşmirdəki məscidlərlə bağlı siyasətini pislədi
-
Yeni Günəşlidə fasilələrə verilən su küçəyə axır - VİDEO
-
ABŞ hərbi əməliyyatında 83 nəfər həlak olub - Venesuela müdafiə naziri
-
Kərə yağı ilə bağlı ziddiyyət: Yenə də bahalaşacaq
-
Bu şəxslərə 46 gün məzuniyyət veriləcək - Prezident təsdiqlədi
-
Xanımı Makronun sağ gözünü sıradan çıxarıb? - İclaslara gün eynəyi ilə qatılır + FOTO
-
Avtomobil bazarında qiymət artımı - Hansı maşınlar BAHALAŞIB?
-
4 yaşlı Nihatın yardıma ehtiyacı var - Ana imkanlı şəxslərdən kömək istəyir
-
Güzəştli mənzillərdə yeni satış üsulu gözlənilir? - AÇIQLAMA
-
“Azərbaycan Nəşriyyatı”nin binası sökülür, yoxsa təmir edilir? - VİDEO
-
DYP-dən sürücülərə müraciət: Ehtiyatlı olun!
-
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?
-
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
-
Yol pis olduğundan Təcili Tibbi Yardım belə ünvana yaxınlaşa bilmir - VİDEO
-
“Tramp Maçadonun mükafatının sahibi deyil“ - Nobel Komitəsi
-
“Hamı qorxu içindədir, şikayət edirik, eşidən yoxdur“ - VİDEO
-
Bəzi banklar arayış üçün rüsumun qiymətini artırdı - VİDEO
-
Volkan Demirel “Qarabağ“ın iki oyunçusunu seçdi - ADLAR
-
Pensiyalardakı artımla bağlı yeni açıqlama - Fevral ayından...
-
Dövlət Xidməti 3 ədəd xidməti “BMW 520i” maşını alır - 364 min manata
-
“İradə sağdır, cinlər aləmində saxlanılır” - Biznesmen anlaqsızdır, yoxsa rola girib?
-
Elçin Carçıyevin şirkətlərində nə baş verir? - Külli miqdarda borc yaranıb
-
“Nəşriyyatı qəsdən təmir etmirdilər, istəyirdilər ki, bina uçsun” - Aqil Abbas
-
FHN hər maşının təmirinə 3500 manat xərcləyəcək - “RN STRONG” kimindir?
-
Bakıda narkotik əməliyyatı - 5 kq narkotik aşkar edildi + VİDEO
-
Elmira Axundovanın yaxın adamı məhkəmədə həbs olundu - 8 milyonluq dələduzluq işi
-
Yüksəkvəzifəli şəxsin köməkçisi kimi təqdim olundu: İş adamının yarım milyon manatını mənimsədi
-
Səfər Mehdiyevin şirkətində rəhbər dəyişikliyi: Direktor vəzifədən getdi
-
Azərbaycanda orta aylıq əməkhaqqı 9 %-dən çox artıb - Rəsmi
-
Bankların ötən ilki maliyyə nəticələri məlum olub - SİYAHI
-
Yasamalda daha bir qanunsuz obyekt inşa edildi - Səki zəbt olundu
-
“Atena“ MMC rəqabət qanunvericiliyini pozub - RƏSMİ
-
Bakıda sulu qar, rayonlarda qar yağacaq - Sabahın havası
-
Netanyahu Trampa zəng edib - İrana qarşı hərbi əməliyyatın təxirə salınmasını istəyib
-
“Ziraat Bank Azərbaycan“: Xərclər və risklər yüksəlir
-
“Dağlılar Balıq” restoranında qida məhsulları döşəmənin üzərində saxlanılırmış - FOTOLAR
-
Azərbaycan Nəşriyyatı fevralın 1-dən istismarını dayandırır - RƏSMİ
-
“Pezeşkiyanla şəklimizi görüb, “bunu təcili yola salın“ dedilər“ - Saxlanılan xanəndə
-
Milli Qəhrəman Şahin Tağıyev dəfn edildi - FOTOLAR
-
“Azəriqaz“ məhkəmədə uduzdu - Zamin Mehrəliyev komandasını yığır?
-
İrandan nə alıb, ona nə satırıq? - 647 milyon dollarlıq ticarət dövriyyəmiz var
-
Niyaməddin Musayevdən Qumralın ifası ilə bağlı açıqlama: “Ayıbdır...“ - VİDEO
-
Bakının 7 rayonunda söküntü olacaq: Hansı ərazilər plana düşüb? (VİDEO)
-
Avropa ölkələri Rusiya ilə birbaşa dialoq məsələsində fikir ayrılığı yaşayır - Politico
-
Tramp Maçado ilə görüşdü - Nobel Sülh Mükafatını qəbul etdi
-
Qışda istirahət harada daha sərfəlidir? - QİYMƏTLƏR
-
Xarici tələbələr Azərbaycanda hansı universitetləri seçir? - SİYAHI
-
Tramp “Sülh Şurası“nın yaradıldığını elan edib - Qəzzanın idarə olunması üçün
-
Dəniz suyu duzsuzlaşdırılaraq içməli su istehsal ediləcək - VİDEO
-
Klublarımızın qış planları: Kim gəlir, kim gedir?
-
“Solovyovun fikirləri Rusiyanın rəsmi mövqeyi deyil“ - Zaxarova
-
Yarım milyonu mənimsəməkdə ittiham olunan çobanın valideynləri açıqlama verdilər - VİDEO
-
Əmək pensiyalarının nə qədər artacağı açıqlanıb - VİDEO
-
“Ai heç vaxt Kipr məsələsində vasitəçi ola bilməz“ - Ömer Çelik
-
“Baku City” şirkətinin rəhbəri vətəndaşı aldadıb? - VİDEO
-
Sabah Bakının iki rayonunda qaz olmayacaq - “Azəriqaz“ məlumat yaydı
-
NATO genişmiqyaslı hərbi təlimlərə başlayıb - Almaniyada
-
Ramazanda fitrə pulu nə qədər olacaq? - MƏBLƏĞ
-
Xətaidə su xəttinin üzərində tikilmiş evin döşəməsi çöküb - VİDEO
-
“Şamaxinka“da nəqliyyatın hərəkətində dəyişiklik edilir - VİDEO
-
“Beynəlxalq aləmdə vəziyyət getdikcə pisləşir“ - Putin
-
Esmira İbrahimlinin qanunsuz estetik əməliyyatının qurbanı... - VİDEO
-
Avtomobilinizi bu şirkətlərdə sığorta edən zaman ehtiyatlı olun - SİYAHI
-
Dağıdılan şəhərin ayaqda qalan simvolu yenidən dirçəlir - VİDEO
-
Sevgilisi ilə birgə ərinin qətlində ittiham edilir - “Mənə xəyanət edirdi...”
-
Kənd məktəblərinə ayrılan kompüterlər ünvanına çatmır - Balakən və Zaqatalada narazılıq
-
“Azərbaycan Dəmir Yolları“nın sədr müavini vəzifədən azad edildi - Sərəncam
-
Türkiyədə narkotik əməliyyatı davam edir - Məşhur voleybolçu saxlanıldı
-
Sədərək-Yerasx dəmir yolu sahəsinə baxış keçirildi - Azərbaycan və Ermənistan nümayəndələri tərəfindən
-
Azərbaycan ilbiz biznesinə girişdi - Milyonlarla vəsait…
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Sosial yardımın verilməsi ilə bağlı saxta elanlar yayılıb - XƏBƏRDARLIQ
-
Füzulidə qısa müddətdə böyük uğurlar qazanan təhsil ocağı - VİDEO
-
Binəqədidə baş verən yanğın söndürüldü - VİDEO
-
Azərbaycanda enerji effektivliyi informasiya sistemi yaradılır - FƏRMAN
-
MİQ imtahanında iştirak ödənişli olacaq - Prezident təsdiqlədi
-
Tanınmış Azərbaycan alimi ABŞ-da həbs olunub - Deportasiya olunacaq
-
Ötən ay müştərilər ən çox bu banklardan narazı qalıb - SİYAHI
-
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
-
ABŞ Azərbaycan vətəndaşlarına viza verməyəcək? - Səfirlikdən açıqlama
-
Fond sədri yeni direktor təyin etdi - Aygül Səfərli işdən çıxarıldı
-
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
-
Azərbaycanda ən çox şikayət olunan banklar - SİYAHI
-
“İranın regionu riskə atacaq hadisələrə yol verməməsi önəmlidir“ - Rəsmi Ankara
-
Borcunu qaytara bilməyən qadın eltisinin qızıllarını oğurladı - TƏFƏRRÜAT
-
Magistraturaya qəbul imtahanları ilə bağlı qayda tətbiq olunacaq - RƏSMİ
TOP 10
ARXİV






