“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Azərbaycanda ev telefonlarının sayında nə qədər azalma qeydə alınıb? - Statistika

Tarix 10.12.25, 21:09

Font ölçüsü : - / +
bitmap-img6


Son illərdə Azərbaycanda ənənəvi ev telefonlarına maraq nəzərəçarpacaq dərəcədə azalıb. Rabitə infrastrukturunun inkişafı, mobil telefonların əlçatanlığının artması, internet üzərindən zəng xidmətlərinin geniş yayılması sabit telefonlara olan tələbatı minimuma endirib. Bir vaxtlar hər bir evin əsas ünsiyyət vasitəsi sayılan stasionar telefonlar bu gün artıq daha çox formal və ya xüsusi hallarda istifadə olunan bir rabitə növünə çevrilib.

Bəs, ötən il Azərbaycanda ev telefonlarının sayında nə qədər azalma qeydə alınıb?

Mövzu ilə bağlı Dövlət Statistika Komitəsindən bildirilib ki, Azərbaycanda 2024-cü il üzrə sabit şəbəkə telefonları (ev telefonları) istifadəçilərinin sayında azalma müşahidə edilib.

“2024-cü ildə mənzillərdə olan sabit şəbəkə telefonlarının sayı 2023-illə müqayisədə 213,8 00 nömrə azalıb”, - qurumdan əlavə edilib.

Komitədən qeyd ediılib ki, 2024-cü ildə mənzillərdə sabit şəbəkə telefonlarının sayı 1 milyon 95 min 200 olub. 2023-cü ildə isə bu rəqəm 1milyon 309 min təşkil edib.

Qeyd edək ki, sabit telefonlar artıq əsas ünsiyyət vasitəsi kimi istifadə olunmur və yalnız müəyyən hallarda, formal məqsədlər üçün istifadə edilir.

Ötən illərin statistikasına baxdıqda, ev telefonlarının sayında əhəmiyyətli azalma müşahidə olunur. Bu da göstərir ki, stasionar telefonlar getdikcə gündəlik həyatda rolunu itirir və müasir rabitə texnologiyalarının üstünlüyü daha aydın görünür. Beləliklə, bu tendensiyanın gələcəkdə də davam edəcəyi gözlənilir. (trend)



Xəbərin oxunma sayı : 352




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap