“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Nazirliyə 400 minlik mal satdı, vergi borcunu ödəmədi - Həbs edildi

Tarix 18.11.23, 17:42

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC) yaradan şəxs həbs edilib.

“Qaynarinfo”nun məlumatına görə, 1985-ci ildə Bakı şəhərində anadan olmuş Emil adlı sahibkar direktoru olduğu “Terminal-Ko” MMC vasitəsilə 2020-ci ildə Ədliyyə Nazirliyinə təxminən 400 000 manat dəyərində təsərrüfat, inşaat malları və qida məhsulları satıb. Emil həmin məhsulları əsasən hazırda xatırlamadığı Bakıda malların topdan satışı ilə məşğul olan şəxslərdən alaraq, Ədliyyə Nazirliyinə satışını həyata keçirib.

MMC rəhbəri həmin ildə “Terminal-Ko” MMC-nin hesabına gələn pullara görə yaranan vergiləri ödəmək əvəzinə, onları başqa işlərinə yönəldib, vergiləri sonra ödəyəcəyinə ümid edib. Lakin sonra problemləri çıxdığına görə vergiləri ödəyə bilməyib və müvafiq orqana boş bəyannamə verərək və ya ümumiyyətlə, hesabat verməyərək, 2020-ci ilin fevral ayı üzrə 73 639,79 manat məbləğində əlavə dəyər və həmin il üzrə 50 766,08 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb. Ümumilikdə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 124 405,87 manat vergi borcu olub.
Bundan sonra Emil müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bu səbəbdən barəsində Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Emil sözügedən maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il ərzində dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 il 8 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.



Xəbərin oxunma sayı : 958




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap