“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib - Tokayev

Tarix 15.10.26, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində bildirib.

"Prezident İlham Əliyevin güclü rəhbərliyi altında Azərbaycan istər iqtisadiyyat, istərsə də beynəlxalq münasibətlər olsun, bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib", - o deyib..

Qazaxıstan prezidenti AQEM çərçivəsində preventiv diplomatiya mexanizminin yaradılmasını təklif edib.

K.J.Tokayevin sözlərinə görə, böhranların qarşısının alınması onların yarandıqdan sonra idarə edilməsindən xeyli effektiv və daha az xərclidir. O bildirib ki, təklif olunan mexanizm AQEM-ə üzv hər bir dövlətə qərarların qəbulu prosesində tamhüquqlu iştirak etmək və bəyannamələri razılaşdırılmış tədbirlərə çevirmək imkanı verəcək.

Bundan əlavə, Qazaxıstan Prezidenti texnologiya mübadiləsini, birgə tədqiqatların aparılmasını və suya qənaət edən həllərin tətbiqini təşviq etmək məqsədilə AQEM çərçivəsində Su Tərəfdaşlığının yaradılmasını təklif edib. O, həmçinin su ehtiyatları sahəsində qlobal gündəliyin əlaqələndirilməsi üçün BMT sistemi çərçivəsində beynəlxalq su təşkilatının yaradılmasının tərəfdarı olduğunu bildirib.

Tokayev AQEM-in mövcud beş əməkdaşlıq istiqamətinə süni intellektlə bağlı yeni istiqamətin əlavə edilməsini, eləcə də etimad quruculuğu tədbirlərinin rəqəmsal sahəyə də şamil olunmasını zəruri hesab edir.

Bundan başqa, Tokayev gələn il təhlükəsizlik və etimadın möhkəmləndirilməsi məsələlərinə həsr olunmuş tədqiqat proqramının başladılmasını təklif edib.

Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycan Xəzər dənizinin dibi ilə Transxəzər fiber-optik rabitə xəttini birgə istifadəyə verməklə mühüm mərhələni qeyd edir.



Xəbərin oxunma sayı : 211




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap