“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda kirayə haqqı 3,9%, mənzillərin qiyməti isə 6,3% artıb - Hesabat

Tarix 14.10.26, 16:25

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin iyun ayının sonunda ölkə üzrə təklif edilən median aylıq kirayə haqqı 917 manat təşkil edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın açıqladığı “2026-cı ilin I yarımili üzrə Maliyyə Sabitliyi Hesabatı”nda yer alıb.
Hesabatda bildirilir ki, bu da daşınmaz əmlakın kapitallaşma müddətinin 23 il olmasını şərtləndirir.

Həmçinin qeyd edilir ki, ötən ilin sonu ilə müqayisədə kapitallaşma müddətində 2,1 illik artım müşahidə olunub.

Məlumat üçün bildirək ki, daşınmaz əmlakın kapitallaşma müddəti mənzilin qiymətinin kirayədən əldə olunan gəlirlə neçə ilə geri qayıdacağını göstərir.
Mərkəzi Bankın hesabatına istinadən apardığımız hesablama göstərir ki, son bir ildə median aylıq kirayə haqqı 3,85% və ya 34 manat, daşınmaz əmlakın kapitallaşma müddəti isə 2,2% və ya 0,5 il artıb. Belə ki, ötən ilin iyun ayında Azərbaycanda median aylıq kirayə haqqı 883 manat, daşınmaz əmlakın kapitallaşma müddəti isə 22,5 il olub.

Bu isə o deməkdir ki, ötən ilin iyun ayı ilə müqayisədə bu ilin iyun ayında Azərbaycanda mənzillərin median qiyməti 6,3% artıb. Mərkəzi Bankın məlumatlarından belə görünür ki, ötən ilin iyun ayında ölkədə mənzillərin median qiyməti 238 min 410 manat (883 × 22,5 il), bu ilin iyun ayında isə 253 min 92 manat (917 × 23 il) olub.

“2026-cı ilin I yarımili üzrə Maliyyə Sabitliyi Hesabatı”nda Dövlət Statistika Komitəsinə istinadən bildirilir ki, ötən ilin iyun ayı ilə müqayisədə bu ilin iyun ayında Azərbaycanda mənzillərin qiyməti 8,4% artıb.



Xəbərin oxunma sayı : 154




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap