Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Milyonlarla borcu var - Mərkəzi Bank AEV-i cərimə etdi

Tarix 23.10.25, 14:30

Font ölçüsü : - / +
bitmap-img6


Mərkəzi Bank AEV Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı iki cərimə protokolu tərtib edib.

AzFakt.com-un məlumatına görə, AEV MMC-yə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən cərimə protokollarına məhkəmədə ayrı-ayrılıqda baxılıb. 

Məlum olub ki, MMC Türkiyədə fəaliyyət göstərən şirkətin hesabına 15 sentyabr 2023-cü il tarixində 48400 ABŞ dolları məbləğində avans köçürüb. Eyni gündə eyni şirkətə 50000 ABŞ dolları məbləğində vəsait ödənilib. 

Həmin məbləğlərdə vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. Bu səbəbdən şirkət barəsində sentyabr ayında ayrı-ayrılıqda iki protokol tərtib edilib. 

Məhkəmə şirkətə birinci iş üzrə şirkətə 48400 dollar valyutanın 20%-i miqdarında, yəni 9680 dollar, ikinci iş üzrə 50000 dollara görə 10000 dollar cərimə tətbiq edib.

Qeyd edək ki, AEV MMC Türkiyənin 50-dən çox mətbəx və məişət əşya istehsalçılarının məhsullarını Azərbaycanda satışını həyata keçirir. AEV MMC ev və bağ üçün lazım olan plastik mətbəx, məişət və s. kimi malların topdan satışı üzrə fəaliyyət göstərir. Şirkətin qanuni təmsilçisi Möhbaliyev Elçin Məhyəddin oğludur. 

AEV MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2.571.305,35 AZN vergi borcu var. 






Xəbərin oxunma sayı : 307




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap