![]() |
|














Fransa kəşfiyyatının Bakıdakı məxfi işləri ifşa oldu - Əyləncəli tədbirlər təşkil edib...
Tarix 23.07.25, 10:58 |
|

Fransaya casusluqda ittiham edilərək həbs olunmuş Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan bildirib ki, burada məxfi əməkdaşlıq, məxfi görüşlərdən danışılır: "Fransa dilində məxfi sözü gizli kimi qəbul edilir. Bizim gizli görüşlərimiz zamanı Frederik Devos, Loran Lödi və digər Fransa səfirliyinin əməkdaşları olub. O, cümlədən Azad Məmmədli də həmin görüşlərdə iştirak edib".
Hakim isə Martin Ryanın diqqətinə çatdırıb ki, məhkəmənin hazırkı mərhələsində onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilir, ona münasibət bildirməyə şərait yaradılacaq.
Daha sonra prosesdə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilib.

Martin Ryanın DTX-də verdiyi ifadədən məlum olub ki, Frederik Devos Azad Məmmədli və digər şəxslərlə görüşüb: "Onların görüşləri zamanı həmin dövrdə Azərbaycan-Ermənistan arasında olan münaqişə, pakistanlı muzdlu döyüşçülərin olması barədə söhbətlər aparıblar. Frederik Davos Azad Məmmədli ilə görüşləri zamanı Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində təhsil alan şəxslər, tələbə yoldaşları barədə məlumat istəyib. Azad Məmmədli də təhsil aldığı universitetin tələbələri, tələbə yoldaşları barədə məlumatları Frederik Devosa verib. Onlarla bağlı geniş məlumatları izah edib. Daha sonra Azad Məmmədli Frederik Devosa azərbaycanlı tanışı A.Ş. barədə məlumat verib".
Daha sonra təqsirləndirilən şəxsin mobil telefonunda aşkar olunan fotoşəkillərlə bağlı izahat verdiyi ifadəsi elan olunub.
Həmin ifadələrdən məlum olur ki, Bakıda restoranlardan birində görüşləri zamanı həmin dövrdə Azərbaycana yeni gəlmiş Loran Lödi və Loran Qrard, onların ailə üzvləri və digər şəxslərlə görüşləri barədə izahat verib.
Onun ifadəsinə görə, həmin görüşdə Azad Məmmədli də iştirak edib.
Daha sonra Martin Ryan ifadəsində göstərib ki, yaradılmış Bakı Frankofoniya Assosiasiyası Fransanın Azərbaycandakı səfirliyinə tabe olub: "Bu quruma Loran Qrardın həyat yoldaşı Aleksandra rəhbərlik edib. Həmin assosiasiyaya azərbaycanlılardan ibarət üzvlər qəbul ediblər. Bu qurumun adı altında əyləncəli tədbirlər təşkil ediblər. Lakin bu tədbirlər əyləncəli xarakterli olmayıb. Orada bəzi şəxslərə yaxınlaşaraq onlarla məxfi danışıqlar aparıblar. Bu danışıqları aparanlar isə Fransa xüsusi xidmət orqanlarının əməkdaşları olublar".
Təqsirləndirilən şəxs qeyd edib ki, Loran Lödi onunla "votsap" proqramı vasitəsilə əlaqə saxlayıb, heç vaxt açıq nömrədən zəng etməməsini tapşırıb: "Loran Lödi Azərbaycan-Ermənistan barədə suallar verib. Loran Lödi haşiyədən kənara çıxaraq Əlcəzairdə Fransanın səfirliyinin təhlükəsizlik xidmətinin əməkdaşı olduğu zaman bu ölkənin vəzifəli şəxsləri ilə əlaqələrindən, onların qapalı geyimdə səfirliyə gəlmələrindən, səfirliyə daxil olandan sonra geyimlərini dəyişmələrindən, sonra görüşlər keçirmələrindən danışıb".
Təqsirləndirilən şəxs bildirib ki, ona bir azərbaycanlı jurnalist müraciət edib və suallar ünvanlayıb: "Həmin müsahibə Ermənistanın müdafiə nazirinin Fransaya səfəri vaxtına təsadüf edib. Mən də həmin səfərlə bağlı video müsahibə verdim. Bu müsahibə yayımlanandan sonra Fransa səfirliyin qarşısında Loran Lödi ilə rastlaşdım. O, həmin müsahibənin təzyiq altında verib-vermədiyimi soruşdu. Mən də ona müsahibəni özüm verdiyimi dedim".
Daha sonra prosesdə Martin Ryanın Azad Məmmədli, həmçinin Fransa səfirliyi adı altında həmin ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları ilə aralarında olan telefon danışıqları elan edilib.
Həmin danışıqlardan biri Martin Ryan ilə Azad Məmmədli arasında Zəngəzur dəhlizi ilə bağlı söhbətləri olub. Həmin söhbətlərdən məlum olur ki, Zəngəzur dəhlizi açılandan sonra hansı ölkənin ora nəzarət etməsi ilə bağlı söhbət ediblər. Həmin söhbətlərdən məlum olur ki, Azad Məmmədli həmin dəhlizə Rusiya Federasiyasının FSB-sinin yox, Fransanın silahlı qüvvələrinin nəzarət etməsini istədiyini deyib.
Martin Ryan ilə Azad Məmmədli arasında İran-Azərbaycan, həmçinin Azərbaycan-Rusiya münasibətiləri ilə bağlı söhbətləri elan edilib.
Hakim Martin Ryanın ibtidai istintaq zamanı verdiyi ifadəsinin elanının yekunlaşdığını deyib. Hakim bildirib ki, həmin ifadələrlə bağlı müzakirə növbəti iclasda aparılacaq.
Proses sentyabrın 8-də davam edəcək.
Qeyd edək ki, Martin Ryan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.
Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.
Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib. ("Report")
Xəbərin oxunma sayı : 358
Gündəm
Xəbərlər
-
PA-nın vəzifəli şəxslərinin qəbul günləri açıqlandı - CƏDVƏL
-
Bəzi ərazilərə leysan yağacaq - XƏBƏRDARLIQ
-
“ASAN Xidmət“ deputata məxsus mebel şirkətindən geyim alır - 745 minlik
-
DİN çimərliklərdə nəzarətsiz qalan uşaqlarla bağlı çağırış etdi - Video
-
İqtisadiyyat Nazirliyində yeni təyinatlar - Aparat rəhbəri dəyişdi
-
Neft Fondu pullarını hansı ölkələrdə saxlayır? - Tam siyahı
-
Ədliyyə Nazirliyində yüksək vəzifəyə təyinat - Nazir əmr imzalayıb
-
“Çelikoğlu“ MMC işçilərə minimum əmək haqqından da aşağı maaş verirmiş - Cərimələndi
-
Azərbaycanın dövlət xadimləri adından saxta məlumatlar yayılır - Xəbərdarlıq
-
Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? - SİYAHI
-
Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir - Sabiq nazirin biznesdəki problemləri
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“MSDIS Holding“ cərimələndi - Valyuta qaydalarını pozduğuna görə
-
“Bakı Qida və Yağ Fabriki“ tullantı sularını çaya axıdıb - Fotolar
-
100 minə yaxın qanunsuz tikilmiş evlər sənədləşdiriləcək - Əmlak Xidməti rəsmən açıqladı
-
Neft Fondundakı pullar hansı valyutalarda saxlanılır? - SİYAHI
-
Kəmaləddin Heydərov bu idarəyə yeni rəis təyin etdi - FOTO
-
Hərbçimiz xəstəlikdən dünyasını dəyişdi - RƏSMİ
-
Bakıda qalmaqallı “Ekol Media” işi - Aktyor olmaq istəyənlər aldadıldıqlarını iddia edir
-
Daha dörd rayona prokuror təyin edildi - Kamran Əliyevdən əmr
-
Suriya rəsmən Türkiyədən hərbi dəstək istədi - Milli Müdafiə Nazirliyindən açıqlama
-
Abşeron-Xızı Regional Təhsil İdarəsində yoxlama - Pozuntular aşkarlandı
-
Prezident sərəncam imzaladı:2 milyon manat ayrıldı
-
Qəza zamanı xanımının ölümünə səbəb olmuşdu - Hökm oxundu
-
“Narkozu çox vurdular, 3 yaşlı uşağımın ürəyi partladı“ - VİDEO
-
Azərbaycanda ev tikmək üçün ən sərfəli şəhər və rayonlar - Tam siyahı
-
İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanılıb - VİDEO
-
“Defacto“ mağazası cərimələndi: Paltarı 5 manat baha satıb
-
Türkiyənin ilk hipersəsli ballistik raketi təqdim edildi - 3 min km. məsafədəki hədəfləri vurur
-
“Məgər Konfederasiyasının pulu yoxdur?“ - “Rəhbərlik maaş istəyənləri, şikayət edənləri hədələyir“
-
İcra hakimiyyətlərində islahatlar başlayır - Bır sıra qurumlar ləğv ediləcək
-
Prezident İlham Əliyev Misirin dövlət başçısına məktub göndərib - MƏTN
-
Fransa kəşfiyyatının Bakıdakı məxfi işləri ifşa oldu - Əyləncəli tədbirlər təşkil edib...
-
Tehranda mühüm görüş: Rusiya, Çin və İran bir araya gəldi
-
Sənədsiz evlərlə bağlı yenilik: 15 gün vaxt veriləcək
-
Mərkəzi Bankdan qərar qərar - Uçot dərəcəsi azaldıldı
-
İran uranın zənginləşdirilməsini davam etdirəcək - Pezeşkian
-
Sumqayıtda baş vermiş dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO
-
Ağdam və Ağdərədə meşəlik ərazidə yanğın başlayıb - İki helikopter havalanıb
-
Günlük kirayə bağ evlərinə tələbat artıb - VİDEO
-
III Şuşa Qlobal Media Forumu - qlobal məsələlərin müzakirəsi baxımından önəmli platformadır
-
Azərbaycan Prezidenti III Şuşa Qlobal Media Forumunda Dünyaya verilən mesajlar
-
Milli mətbuatın 150 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
-
“Bu müğənnilər məni sənətdən iyrəndirir!” - Toya gedib camaatı aldadırlar
-
Çimərliklərə getmək istəyənlərin NƏZƏRİNƏ
-
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb, memorandum imzalanıb - FOTOLAR
-
Sumqayıtda kişini küçədə daşla vurub öldürdülər - Yeniyetmə oğulları saxlanıldı
-
50 milyondan çox pulu Azərbaycana qaytarmayan kimdir? - İlham Abbasov yoxsa...
-
Magistraturaya qəbul üçün keçirilən müsabiqənin nəticələri elan olundu
-
Bakının bu hissələrində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Prezident media nümayəndələrinə müraciət ünvanlayıb - MƏTN
-
İrandan gələn kələmlərin içindən külli miqdarda narkotik vasitə çıxdı - FOTOLAR
-
244 milyonluq azalma - “Neftin qiyməti çox aşağı düşəcək”
-
Azərbaycan ədalətin bərpa olunmasını tələb edir
-
Beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılacaq - Sərəncam
-
Aysunun yeni sevgilisi var? - FOTOLAR
-
“Aİ-yə üzvlük yolunda Türkiyəyə qarşı siyasi baryerlər təcili aradan qaldırılmalıdır“ - Ərdoğan
-
Rusiyada saxlanılan daha 4 azərbaycanlıya hökm oxunub - Bu qədər həbs cəzası verildi
-
Ceyhun Bayramov Gürcüstan Prezidenti ilə görüşdü - FOTO
-
Hərbi Prokurorluqda yüksək vəzifəyə yeni - Təyinat
-
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTOLAR
-
“Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimadqurucu tədbirlər çox önəmlidir“ - Nazir
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
III Şuşa Qlobal Media Forumu - təkcə diplomatik ritorika deyildi, xalqın iradəsi, dövlətin hüquqi mövqeyi və ədalətin səsidi
-
Mask “McDonald`s”a rəqib olmaq qərarına gəldi - “Tesla” restoranı açır
-
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb - RƏSMİ
-
Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyi artırılacaq - SƏRƏNCAM
-
“Sözün əsl mənasında dastan yazırıq“ - Ərdoğan
-
“İranla mübarizəmiz bitməyib“ - İsrailin Baş Qərargah rəisi
-
Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə görüşdü - FOTOLAR
-
“Rusiyanın və Azərbaycanın Ukrayna ilə bağlı mövqeləri fərqlənir“ - Peskov
-
Sabah maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
-
“Azəriqaz” əvvəl mexaniki, indi də ağıllı sayğac quraşdırmaq qərarına gəlib - 2 ildə nə dəyişdi?
-
Bakıda yeni metro stansiyaları tikiləcək - 35,4 milyon manat ayrıldı
-
İlham Əliyev Donald Trampın paylaşımına reaksiya verdi: “Həm qlobal, həm də regionumuzda...“
-
7 ayda 3 sui-qəsd cəhdi - Türk kəşfiyyatı Şaranın həyatını xilas edib
-
Binəqədidə ağacları kəsib yerində qanunsuz obyekt tikilir? - VİDEO
-
Prezident yol tikintisinə 2,1 milyon manat ayırdı - SƏRƏNCAM
-
“Azərbaycan mediası təsirli “yumşaq güc” vasitələrindən biridir“ - Hikmət Hacıyev
-
“Medipoint“ klinikasında qanunsuzluq - Blogeri reklam çəkilişi üçün əməliyyat otağına saldılar
-
Bakıda 37, rayonlarda 41 dərəcə isti olacaq - Sabahın havası
-
Türkiyənin Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? - Tam siyahı
-
“Temu”dan gələn Hadisə” - Nəfəsə sərt iradlar yazıldı - VİDEO
-
Naxçıvanı Türkiyəyə bağlayacaq dəmiryolu xətti - 2,4 milyardlıq xarici investisiya tapılıb
-
“Hazırda Fransada istənilən texnologiya şirkəti “cinayətkar qrup“ elan edilə bilər“ - Durov
-
Rezidenturaya qəbul imtahanının II mərhələsinə qeydiyyat BAŞLADI
-
Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi - FOTO
-
Çimərliyə gedənlərə xəbərdarlıq - Yeni virus yayılıb
-
Tramp İlham Əliyevin çıxışını paylaşdı - VİDEO
-
Rusiya-Ukrayna danışıqları bu tarixdə olacaq - Zelenski açıqladı
-
Kredit götürərkən nələrə diqqət etməliyik? - VİDEO
-
Prezidentdən Milli Mətbuat Günü ilə bağlı – Paylaşım
-
Cəbrayıla növbəti köç yola düşdü - FOTOLAR
-
Sərnişin avtobusu işıq dirəyinə çırpılıb - Yaralananlar var
-
“ABŞ İranın nüvə obyektlərinə yenidən zərbələr endirməyə hazırdır“ - Tramp
-
Xarici ölkə vətəndaşları da azad edilmiş ərazilərə səfər edə biləcəklər - VİDEO
-
Sahibkar obyektini sığorta etdirə bilmədiyini iddia edir - VİDEO
-
AZAL-ın təyyarəsini bu şəxs vurub - FOTO
-
150 illik milli mətbuat tariximizin şərəfl inkişaf yolu
-
Azərbaycan mətbuatı - 150 yaşında!
-
Xaricdə “Abu Malik“ adı ilə vətəndaşlarımızı tutdurdular - Özünü DTX həbs etdi
-
Azərbaycan dövləti obyektiv və qərəzsiz mətbuatın inkişafında maraqlı olduğunu dünyaya həmişə açıq şəkildə göstərir
-
Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub
-
22 İyul - Milli Mətbuat Günü xalqın səsinin, cəmiyyətin güzgüsünün, milli kimliyin və dövlətçiliyin təbliğatçısı olan mətbuat nümayəndələrinin peşə bayramıdır
-
Prezident media nümayəndələrini təltif etdi - SİYAHI
-
Masallıda əməliyyat keçirilib - 39 kq narkotik aşkar olunub
-
Türkiyə bu təyyarələr üçün 6 milyarda yaxın vəsait ödəyəcək - Sazişin gələn həftə imzalanacağı deyilir
-
İstehlak kreditlərinin yarıdan çoxu 2 bankın payına düşüb - Tam siyahı
-
Kiyevdəki səfirliyimizin ətrafı raketlə vuruldu: Ölənlər var (FOTO)
-
Azərbaycanda qəribə hadisə - Atasının cinsi qadın kimi qeyd olundu
-
Bakıda taksidə intim əlaqəyə girən qadın məmur: başına nələr gəldi?
-
Yeni komissiya yaradılıb - DTX və XİTDX birgə məlumat yayb
-
Sumqayıtda binada yanğın olub, 22 nəfər təxliyə edilib - VİDEO
-
Dünyanın ən böyük su elektrik stansiyası: Çin yeni layihəyə başlayır
-
Tramp əfqan qaçqınların müdafiəsinə qalxdı: Deportasiyaya imkan verməyəcək
-
Bakıda mənzillər buna görə bahalaşır - VİDEO
-
Azərbaycanda tərəvəz ucuzlaşıb: Alıcılar razı, fermerlər isə narazıdırlar
-
“Bu ilin sonunadək Xocalıya daha 400 ailə qayıdacaq“ - Prezidentin xüsusi nümayəndəsi
TOP 10
ARXİV