Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Nazirliyin kvadratı 435 manata satdığı mənzillər “yoxa çıxıb“ - Açıqlama

Tarix 22.10.25, 10:16

Font ölçüsü : - / +
bitmap-img6


20 sentyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarında 1080 mənzil satışa çıxarılmışdı. Yerləşmə ərazisindən asılı olaraq mənzillərin 1 kvadratmetr üçün qiyməti 435-850 AZN aralığında dəyişir.

Milli.Az-a müraciət edənən vətəndaşlar bildirirlər ki, nisbətən aşağı qiymətə satışa çıxarılan mənzillər birdən-birə "yoxa çıxıb".

Belə ki, hazırda saytda aktiv şəkildə yalnız Abşeron rayonunda 50 mənzilin qaldığı və digər mənzillərin bron olunduğu qeyd olunur. 

1030 mənzil satıldı?

Qaydalara görə, mənzillərdən almaq istəyən şəxslərə qeyd edilən portala (ms.sosial.gov.az) daxil olaraq mənzillərlə tanış ola,   almaq istədiyi mənzili seçərək, onu portaldakı "Bron et" düyməsini sıxmaqla bron edə bilər. 

Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır, ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var. 


Vətəndaşlar bildirir ki, ilk vaxtdan həmin mənzilləri bron etmək olmurdu. 

Məsələ ilə bağlı Milli.Az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən mənzil satışı proqramı çərçivəsində Bakının Ramana və Ümid qəsəbələrində, eləcə də Abşeron və Samux rayonlarında yerləşən yeni yaşayış binalarında ümumilikdə 1080 mənzil satışa çıxarılıb:

"Hazırda qeyd olunan ərazilərdə mənzil satışı davam edir. Vətəndaşlar ms.sosial.gov.az portalına daxil olaraq mövcud mənzillərə baxa və bron edə bilərlər. Portaldakı "Bu mənzil artıq satılmışdır" statusu mənzilin artıq satıldığını bildirir və belə mənzillərin bron edilməsi mümkün deyil". 

Qeyd edək ki, bir mənzil eyni vaxtda üç vətəndaş tərəfindən bron edilə bilər, bu halda həmin mənzil üzrə bron prosesi müvəqqəti dayandırılır və portalda "Yeni bron edilmişdir" qeyd edilir. Bu status yalnız mənzilin müvəqqəti olaraq bron olunduğunu göstərir, mənzilin satıldığı mənasını daşımır. 

Bron edən şəxslərlə növbəlilik prinsipi əsasında əlaqə saxlanılır. Əgər bron edən şəxslərdən biri mənzildən imtina edərsə, həmin mənzil yenidən satış üçün açılır. Buna görə də satış üçün açılan mənzilləri vaxtında bron edə bilmələri üçün vətəndaşlara portaldakı mənzil siyahısını mütəmadi izləmələri tövsiyə olunur".



Xəbərin oxunma sayı : 226




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap