Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Güzəştlər ləğv olunur - Bu avtomobillər bahalaşacaq

Tarix 21.10.25, 19:21

Font ölçüsü : - / +
bitmap-img6


2026-cı il yanvarın 1-dən etibarən xaricdən idxal olunan hibrid və elektrik avtomobillərinə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatır. Sözügedən güzəştlər sayəsində son illərdə ölkəmizin avtoparkında əhəmiyyətli dərəcədə yenilənmə baş verib. Hər il on minlərlə hibrid və elektromobilin ölkəyə gətirilməsi nəticəsində minlərlə köhnə və texniki cəhətdən nasaz nəqliyyat vasitəsi daha müasir və ekoloji baxımdan üstün avtomobillərlə əvəz olunub.

Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, qeyd olunan güzəştlərin ləğvi əslində arzuolunan deyil.

“Çünki bu güzəştlərin tətbiq olunmasında əsas məqsəd Azərbaycanın avtomobil parkını yeniləmək, ekoloji cəhətdən daha təhlükəsiz və müasir texnologiyalara əsaslanan, ətraf mühitə az zərər vuran avtomobillərin ölkəyə gətirilməsinə stimul vermək idi”.

Ə.Hüseynovun sözlərinə görə, hazırda ölkəmizdə avtomobil parkı çox köhnəlib:

“Azərbaycanda istismarda olan avtomobillərin 85 faizindən çoxu 10 ildən artıq yaşı olan nəqliyyat vasitələridir. Avtobus və yük avtomobillərinin vəziyyəti isə daha da acınacaqlıdır. Bu kateqoriyalarda həm avtomobillərin yaşı daha çoxdur, həm də onların texniki vəziyyəti daha bərbaddır. Yük avtomobillərində isə müşahidə olunan vəziyyət xüsusilə narahatlıq yaradır”.

O həmçinin vurğulayıb ki, avtomobil parkının yenilənməsinə ciddi ehtiyac var:

“Bu məqsədlə utilizasiya proqramı da qəbul olunub və artıq qeyd edilən istiqamətdə müəyyən addımlar atılıb. Bir tərəfdən köhnə avtomobillərin utilizasiyası, digər tərəfdən isə elektromobillərə və ekoloji nəqliyyat vasitələrinə tətbiq edilən gömrük və vergi güzəştləri bu prosesi sürətləndirə bilərdi”.

Nəqliyyat eksperti eyni zamanda nəzərə çatdırıb ki, əvvəlki illərlə müqayisədə bu il xüsusilə Çin istehsalı olan avtomobillərə maraq daha da artıb. Onun fikrincə, bu baxımdan güzəştlərin ləğvi müəyyən olunmuş strateji hədəflərin yarımçıq qalması ilə nəticələnə bilər:

“Vurğulamaq vacibdir ki, güzəştlərin ləğv olunmasının birbaşa iqtisadi nəticələri də olacaq. Belə ki, idxal rüsumları və vergilər yenidən tətbiq olunarsa, bu, avtomobillərin idxal dəyərinin artmasına səbəb olacaq. Bu isə istər yeni, istərsə də ikinci əl avtomobillərin satış qiymətinə birbaşa təsir edəcək. Burada fərq etməz, avtomobil hansı ölkədən gətirilib və ya hansı üsulla gətirilib, güzəşt ləğv olunursa, qiymət artacaq. Nəticədə daxili bazarda avtomobillərin əlçatanlığı azalmaqla yanaşı, habelə satış qiymətləri də artacaq”,- deyə Ə.Hüseynov qeyd edib.

Modern.az




Xəbərin oxunma sayı : 151




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap