Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Hibrid avtomobillər bahalanacaq? - Güzəşt ləğv olunur

Tarix 23.10.25, 17:38

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olacaq.

AzFakt.com APA-ya istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, 2026-cı il yanvarın 1-dən 1 il müddətinə yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilir.
Qeyd edək ki, 1 yanvar 2022-ci ildən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı da 3 il müddətinə 18%-lik ƏDV-dən azad edilib. Bu ilin sonunda tətbiq edilən güzəşt müddəti başa çatır.  Açıqlanan məlumatdan belə görünür ki, gələn ildən güzəşt müddəti uzadılmayacaq.

Qeyd edək ki, güzəşt tətbiq edildikdən sonra ölkəyə idxal olunan hibrid avtomobillərin sayında kəskin artım olub. Əgər 2021-ci ildə ölkəyə idxal olunan 91 min 194 ədəd avtomobilin 14,2%-i və ya 12 min 936 ədədi hibrid avtomobil olubsa, ötən il bu göstərici 28,5% və ya 26 min 197 ədədə yüksəlib. Bu ilin ilk 7 ayında isə artım daha böyük olub. Belə ki, bu ilin yanvar-iyul aylarında ölkəyə idxal olunan 63 min 401 ədəd avtomobilin 47,3%-i və ya 29 min 958 ədədi hibrid avtomobil olub.



Xəbərin oxunma sayı : 376




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap