Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Nazim Qasımov həkim olmayan Nigar Sultanovaya necə şəhadətnamə verib? - Araşdırma

Tarix 22.10.25, 12:21

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar bəzi kosmetoloqların sertifikatlarının olub-olmaması və mövcud sertifikatların doğruluğunu araşdırmaq məqsədilə sosial şəbəkələrdə müzakirələr davam edir.

AzFakt.com  xəbər verir ki, müzakirələrdə onların təhsilinin olmadığı halda işləmələri cəmiyyət tərəfindən birmənalı qarşılanmır.

Lakin bəzi həkim-kosmetoloqlar bu ittihamları qəbul etmirlər.

Açıklama yok.

Həkim-kosmetoloq Nigar Sultanovanın saxta sənədi sertifikat kimi paylaşmaqla izləyicilərini və xəstələrini aldatmağa davam etdiyi iddia olunur.

Həmin görüntünü təqdim edirik:

media-677

Bu fotoya əsasən, o həm diplomunun, həm də kosmetoloq fəaliyyəti ilə məşğul olması ilə bağlı kurs keçdiyini bildirir. Həmin şəhadətnamədə kosmetoloqun 29 sentyabr 2021-ci il tarixindən 11 fevral 2022-ci il tarixə qədər 5 ay müddətində “Tibbi kosmetologiya” üzrə ixtisaslaşma kursu keçdiyi qeyd olunub.

Bəs bu şəhadətnaməni kim verib? 

Açıklama yok.

Bir az daha araşdırmaq etdikdə məlum olur ki, sözügedən sənəd T.e.d. Qasımov Nazim Akif oğlu tərəfindən verilib. Məlumat üçün qeyd edək ki, Nazim Qasımov. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) rektorudur. Az.DHTİ isə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) həkimlərin və əczaçıların elmi-texniki tərəqqinin müasir səviyyəsində dünya və ölkənin təhsil standartlarına uyğun ixtisas artırma və kadrların yenidən hazırlanmasını təmin edən müəssisədir.

Kosmetoloqun paylaşdığı fotoda ixtisası əczaçılıq kimi qeyd olunub.

Bəs əczaçılıq ixtisasını bitirənlər kosmetoloji prosedurlar həyata keçirə bilər? 

Bununla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq.

Sorğumuza cavab olaraq bildirildi ki, Nigar Sultanova adı Tibbi Kadrların Vahid Məlumat Reyestrində yoxdur.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, sertifikatsız şəxslər tibbi və əczaçılıq fəaliyyəti göstərə bilməzlər.

Qeyd edək ki, sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800-1000, hüquqi şəxslər 6000-8000 min manat məbləğində cərimə olunur. Mərkəzdən həmçinin bildirildi ki, tibbi fəaliyyət yalnız müvafiq ali tibbi təhsili olan və sertifikata malik şəxslər tərəfindən həyata keçirilə bilər, sertifikatsız fəaliyyət qanunsuz hesab olunur və məsuliyyət yaradır.

Qeyd edək ki, Nigar Sultanova 2016-cı ildən 2 nömrəli Tibb Baza Kollecində müəllim kimi, 2017-ci ildən isə “Laser Beauty” Klinikasında həkim-kosmetoloq kimi fəaliyyət göstərməkdədir.Milli.Az



Xəbərin oxunma sayı : 187




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap