Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Qubad İbadoğlunun qardaşının məhkəməsi olub - İki maddə ilə təqsirli bilinir

Tarix 22.10.25, 21:33

Font ölçüsü : - / +
bitmap-img6


İqtisadçı Qubad İbadoğlunun qardaşı, "QHT işi" üzrə ittiham olunanlardan biri - İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramovun (Toğrul) cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

Oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Q.Bayramov elan olunan ittiham üzrə özünü təqsirli bilməyib.

Növbəti proses noyabrın 5-nə təyin edilib.

Q.Bayramov haqqında istintaq dövrü üçün polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Məhkəmə bu qətimkan tədbirinin məhkəmə sürən müddətdə də qüvvədə saxlanmasına qərar verib.

Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi başlanıb, ibtidai istintaq aparılır. Onlardan bəzilərinin təmsilçiləri hazırda həbsdədir. Həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin 193-1.2.2-ci, 193-1.2.3-cü və 193-1.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı təkrar leqallaşdırma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilən QHT təmsilçilərinin hamısı ittihamları qəbul etmirlər.



Xəbərin oxunma sayı : 196




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap