Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Hadisədən əvvəl bir neçə nəfəri cərəyan vurub“ - MƏHKƏMƏ

Tarix 22.10.25, 18:57

Font ölçüsü : - / +
bitmap-img6


Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmədə şahidlər ifadə verib.

"Report" un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi iclasda şahid qismində dindirilən Validə Əliyeva ifadəsində bildirib ki, mərkəzdə neonatoloq işləyib:

"Hadisə baş verən gün uşaq çox idi, eləcə də dörd otaq işləyirdi. Yanğın baş verən otaqda doqquz körpə var idi. İşə gələndə uşaqları müayinə etdim. Bir müddət sonra şüşədə alovun əksini gördüm. Əvvəlcə elə bildim ki, çöldə nəsə yanır. Daha sonra yaxınlaşdım və yanğın olduğunu müəyyən etdim. Küvəzlər pəncərəyə yaxın idi. Köməyə gələnlərlə birlikdə alovu söndürməyə çalışdıq. Otağa qatı tüstü dolmuşdu. Yanğınsöndürən balonu gətirən oğlan özündən gedib yerə yıxıldı. Həmin vaxta qədər beş körpəni təxliyə etmişdik".

Şahid əlavə edib ki, mərkəzdə işlədiyi 30 il ərzində ilk dəfə belə hadisə ilə qarşılaşıb: "Hadisədən əvvəl tibb bacıları bir neçə nəfəri cərəyan vurduğunu demişdilər. Həmçinin, otaqlarda elektrik uzadıcılarından istifadə olunurdu".


Növbəti iclas noyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.



Xəbərin oxunma sayı : 175




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap