“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Mirsaleh Seyidov niyə “vuruldu”? - Həbsxana qalmaqalları, kadr təmizləmələri…

Tarix 27.10.26, 16:29

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov vəzifəsindən azad edilib. Onun yerinə Sahib Rzayev təyin olunub.

AzFakt.com bakupost-a istinadən xəbər verir ki, 2023-cü ilin iyulundan Penitensiar Xidmətə rəhbərlik edən Mirsaleh Seyidovun fəaliyyəti dövründə bir sıra qalmaqallar, kadr dəyişiklikləri və cəzaçəkmə müəssisələrindən daxil olan şikayətlər mətbuatın gündəmində olub.

Uzun illər penitensiar sistemdə çalışmış Seyidov ədliyyə naziri Fikrət Məmmədovun dövründə bu vəzifəyə gətirilib. Lakin 2024-cü ilin fevralında Fərid Əhmədovun ədliyyə naziri təyin edilməsindən sonra nazirlikdə yeni idarəçilik yanaşmaları və kadr islahatları həyata keçirilməyə başlanılıb.

Bu dəyişikliklər Penitensiar Xidmətdən də yan keçməyib.

Diqqətçəkən məqamlardan biri 2025-ci ilin noyabrında nazir Fərid Əhmədovun qərarı ilə Penitensiar Xidmətin iki vəzifəli şəxsinin ədliyyə orqanlarından xaric edilməsi olub.

Belə ki, xidməti vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiklərinə görə Penitensiar Xidmətin Daxili təhqiqat şöbəsinin rəisi Fəqan Yaqubov və ədliyyə orqanlarının sərəncamında olan Altay Abdullayevin qulluğuna xitam verilib.

Bundan başqa, xidməti işlərinə məsuliyyətsiz yanaşdıqlarına və fəaliyyətlərində ciddi nöqsanlara yol verdiklərinə görə Penitensiar Xidmətin bir qrup əməkdaşı da intizam məsuliyyətinə cəlb olunub.

Nazirliyin mətbuat xidməti həmin vaxt bu məlumatları təsdiqləyib.

Xüsusilə Daxili təhqiqat şöbəsinin rəhbərinin kobud pozuntulara görə sistemdən uzaqlaşdırılması diqqət çəkmişdi. Çünki sözügedən struktur Penitensiar Xidmət daxilində qanun pozuntularının araşdırılması və xidməti intizamın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Digər tərəfdən, Seyidovun rəhbərlik etdiyi dövrdə cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin hüquqları və onlarla rəftarla bağlı şikayətlər də mətbuatda müzakirə olunub.

Bu və digər müraciətlər penitensiar müəssisələrdə daxili nəzarətin effektivliyi, məhkumların hüquqlarının qorunması və şikayətlərin obyektiv araşdırılması məsələlərini yenidən gündəmə gətirmişdi.

Maraqlıdır ki, Ədliyyə Nazirliyinin rəhbərliyi də son illərdə Penitensiar Xidmət qarşısında şəffaflığın artırılması, qanunçuluğun möhkəmləndirilməsi və nizam-intizamın gücləndirilməsi ilə bağlı konkret tələblər qoyurdu.

2025-ci ilin fevralında keçirilən əməliyyat müşavirəsində cəzaçəkmə müəssisələrində aparılmış monitorinqlərin nəticələri, saxlanma şəraiti və məhkumların hüquqlarının təmin olunması məsələləri müzakirə edilmiş, müvafiq tapşırıqlar verilmişdi.

2026-cı ilin iyulunda keçirilən müşavirədə də nazir Fərid Əhmədovun şəffaflıq, qanunçuluq və nizam-intizamla bağlı tapşırıqları bir daha diqqətə çatdırılmışdı.

Bütün bunlar fonunda Mirsaleh Seyidovun vəzifədən azad olunması Penitensiar Xidmətdə aparılan islahatların növbəti mərhələsi kimi qiymətləndirilə bilər.

Bununla belə, onun işdən çıxarılmasının məhz hansı idarəçilik qərarları, xidməti nöqsanlar və ya şikayətlərlə bağlı olduğu rəsmən açıqlanmayıb.

İndi əsas sual budur: Penitensiar Xidmətin rəhbərliyindəki dəyişiklik sadəcə növbəti kadr təyinatıdır, yoxsa uzun müddətdir həyata keçirilən islahatların və sistem daxilində aşkarlanan problemlərin nəticəsi?

Yeni rəis Sahib Rzayevin təyinatından sonra bu sahədə hansı dəyişikliklərin aparılacağı da maraq doğurur…



Xəbərin oxunma sayı : 205




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap