“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Binəqədi şosesindəki məşhur əmlak kompleksi 25,5 milyona satışa çıxarıldı - Fotolar

Tarix 28.10.26, 11:52

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın Binəqədi rayonunda, Binəqədi şosesində yerləşən, “Zəngəzur” adı ilə tanınan məşhur əmlak kompleksi satışa çıxarılıb.

Yeniavaz.com xəbər verir ki, satış elanında kompleksin 25 milyon 500 min manata satışa çıxarıldığı qeyd olunub.

Bildirilir ki, kompleks 3,55 hektar torpaq sahəsində yerləşir və ümumi tikili sahəsi 15 min 300 kvadrat metrə bərabərdir.

Qeyd edilir ki, əmlak kompleksinin tərkibində 10 istehsalat zavodu, anbar kompleksi, qida emalatxanası, şadlıq sarayı, restoran və digər obyektlər yer alır.
Məlumat üçün bildirək ki, “Zəngəzur” adı ilə tanınan əmlak kompleksi tanınmış iş adamı Nəbi İmanov tərəfindən qurulub.

Təxminən 10 il əvvəl “Zəngəzur Nəbi” ləqəbli iş adamının təsis etdiyi “Zəngəzur” İstehsalat-Kommersiya Firmasına (VÖEN – 1000035191) qarşı müxtəlif məhkəmə iddiaları qaldırılıb. Vergi borcu səbəbindən Dövlət Vergi Xidməti tərəfindən də məhkəməyə müraciət edilib.

2015-ci ildə iş adamının qardaşı oğlunun borc səbəbindən intihar etdiyi barədə məlumatlar yayılıb. Daha sonra əmlak kompleksinin başqa şəxslərə satıldığı barədə xəbərlər yayılıb. Bir neçə il əvvəl kompleksin üzərində yazılan “Zəngəzur” sözü də dəyişdirilib.











Xəbərin oxunma sayı : 304




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap