Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

MEDİA rəhbəri D-8-in Baş katibi ilə görüşdü - FOTOLAR

Tarix 20.05.26, 12:54

Font ölçüsü : - / +
bitmap-img6


Medianın İnkişafı Agentliyində (MEDİA) Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə ikitərəfli görüş keçirilib.

AzFakt.com xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov D-8 üzv dövlətləri arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin, media qurumları və aidiyyəti sahə üzrə məsul institutlar arasında təcrübə mübadiləsinin təşviqinin əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, müasir informasiya mühitində media savadlılığının gücləndirilməsi, yanlış məlumatlandırma və dezinformasiyaya qarşı koordinasiyalı fəaliyyət mexanizmlərinin formalaşdırılması, eləcə də rəqəmsal transformasiya şəraitində peşəkar və dayanıqlı media mühitinin inkişafı xüsusi aktuallıq kəsb edir.

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Sohail Mahmud D-8 üzv dövlətləri arasında media sahəsində qarşılıqlı səfərlərin, peşəkar mübadilə proqramlarının, birgə media təşəbbüslərinin və ortaq layihələrin təşviqinin vacibliyini vurğulayıb.

O, media məzmununun hazırlanması və yayımı sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinin, həmçinin innovativ texnologiyaların, o cümlədən süni intellekt həllərinin media sahəsində məsuliyyətli tətbiqinin müasir dövrdə xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Eyni zamanda D-8 Media Mükəmməllik Mərkəzinin fəaliyyətinin təşkili, Mərkəzin koordinasiyalı kommunikasiya təşəbbüsləri üçün platforma kimi fəaliyyət imkanları müzakirə olunub, media və informasiya təhlükəsizliyi sahəsində birgə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

media-da-d-8-in-bas-katibi-ile-gorus






Xəbərin oxunma sayı : 214




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap