| |
|
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
Kamran Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsində müşavirə keçirdi - FOTO
Tarix 22.01.26, 15:42 |
|
Yanvarın 22-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
AzFakt.com xəbər verir ki, müşavirə iştirakçıları tərəfindən əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.
Müşavirədə giriş nitqi ilə çıxış edən Baş prokuror bildirib ki, Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünün keçirildiyi 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" kimi qeyd edilməsi, beynəlxalq hüququn effektivliyinə və qlobal idarəetmə mexanizmlərinə etibarın sarsıldığı bir vaxtda, Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq dövlət quruculuğu fəlsəfəsinin ən ali və ülvi niyyəti kimi qəbul edilmiş, humanizm dəyərləri ilə zəngin olan Konstitusiyamızın və onun əsasında formalaşan milli qanunvericiliyimizin beynəlxalq hüququn ən mütərəqqi prinsipləri və fundamental insan hüquqları ilə mükəmməl bir vəhdət halında tətbiqinin formasıdır.
Çıxışda həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və diqqəti, habelə Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə işğaldan azad edilmiş Azərbaycan ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bu proses ölkəmizin həm daxili resurslara əsaslanan inkişaf modelinə sadiqliyini, həm də suverenliyini möhkəmləndirməkdə qətiyyətli olduğunu nümayiş etdirir. 2026-cı ilə qədəm qoyduğumuz bu dövrdə bərpa və quruculuq işləri artıq keyfiyyətcə yeni, daha genişmiqyaslı mərhələyə keçib.
2025-ci ilin dövlətimiz və Azərbaycan xalqı üçün bir sıra mühüm, eyni zamanda əlamətdar siyasi hadisələrlə yadda qalmasını xatırladan Baş prokuror 2025-ci il avqust ayının 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını xüsusi vurğulayaraq, bu nailiyyətin ölkəmizin və xalqımızın gələcək təhlükəsizliyinə hesablanmasını, bununla da uzun illər ikili siyasət zəminində müzakirə predmeti olmuş milli maraqlarımızın beynəlxalq səviyyədə rəsmiləşdirilməsini, eyni zamanda müqavilənin regional iqtisadi münasibətlərin inkişafına əhəmiyyətli təkan verəcəyini iclas iştirakçılarının diqqətinə çatdırdı.
Daha sonra çıxışda korrupsiyadan azad mühit və şəffaflıq kimi komponentlərin daim diqqətdə saxlanıldığı, bu istiqamətdə müntəzəm olaraq hüquqi-institusional və normativ-hüquqi tədbirlərin həyata keçirildiyi, müasir qloballaşma şəraitində transmilli mütəşəkkil cinayətkarlığın artan tendensiyaları və potensial təhlükələrin aktuallığı fonunda, hesabat dövrü ərzində beynəlxalq tərəfdaşlar və təşkilatlarla əməkdaşlığın dərinləşdirildiyi, eləcə də mövcud kommunikasiya platformalarının təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin davam etdirildiyi qeyd olunaraq, ötən ilin 19-23 may tarixlərində BMT-nin 128 ölkənin korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış 237 qurumunu və müşahidəçi statusa malik 18 beynəlxalq təsisatı bir araya gətirən Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) Altıncı Plenar İclası və İdarəetmə Komitəsinin Onuncu İclasının paytaxt Bakıda yüksək peşəkarlıqla keçirilməsinin cinayətkarlığa və onun korrupsiya təzahürünə qarşı mübarizə sahəsində ölkəmizin beynəlxalq nüfuzu baxımından xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.
Məruzə ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov hesabat dövrü ərzində Baş İdarədə baxılmış müraciətlər, cinayət xarakterli məlumatlar, həyata keçirilmiş əməliyyat və qabaqlayıcı tədbirlər, onların müsbət nəticələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq, Baş İdarədə başlanmış, ibtidai istintaqı tamamlanmış və məhkəmələrə göndərilmiş cinayət işləri, istintaq zamanı vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar görülmüş tədbirlər barədə olan statistik məlumatları müqayisəli şəkildə təhlil etməklə müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Bildirilmişdir ki, qeyd olunan dövrdə Baş İdarə tərəfindən vətəndaşların 11671 müraciətinə baxılıb.
Bundan başqa, əlaqəli dövlət qurumları ilə birgə yerinə yetirilmiş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən böyük əksəriyyətinin müsbət həll edilməsi təmin edilmiş, zəruri hallarda cinayət-hüquqi tədbirlər görülüb.
Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması istiqamətində prokuror təsir tədbirlərinin tətbiqindən də müvafiq dövr ərzində istifadə edilmiş, yol verilmiş qanun pozuntularının səbəblərinin müəyyən edilməsi və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif qurumlara 133 təqdimat göndərilmişdir. Həmin təqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilib.
Bununla yanaşı, müvafiq dövr ərzində Baş İdarədə 910 vətəndaşın qəbul edilməsi təmin edilib.
Qeyd edilən müddət ərzində Baş İdarədə 315 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılmış, 267 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, 48 material, o cümlədən 14-ü üzrə vurulmuş maddi ziyan məbləğlərinin ödənilməsi də nəzərə alınmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul olunub və digər prokuror təsir tədbirləri tətbiq edilib.
Əməliyyat qurumları tərəfindən 114 cinayət işi başlanılmış, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 18 şəxs cinayət başında yaxalanıb.
Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 174 şəxs barəsində 104 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır.
Hesabat ili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 35 milyon 391 min 465 manat məbləğində maddi ziyandan 11 milyon 634 min 316 manatının ödənilməsi təmin olunub.
Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 27 milyon 439 min 745 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.
Hesabat dövrü ərzində Baş İdarənin fəaliyyətinin və antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib.
Ümumilikdə ötən illər ərzində görülmüş işlərin nəticəsi kimi Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Anti-korrupsiya Şəbəkəsi də daxil olmaqla beynəlxalq təşkilatların hesabatlarında ölkəmizdə bu istiqamətdə həyata keçirilən bir sıra tədbirlər müsbət dəyərləndirilib.
Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror, vətəndaşların müraciətlərinə baxılması, xüsusilə "161-Qaynar xətt" əlaqə mərkəzinin fəaliyyətinin daha da gücləndirilməsi, korrupsiyaya daha çox məruz qalan sahələrlə bağlı davamlı təhlillərin aparılması, digər hüquq mühafizə orqanları və Baş Prokurorluğun aidiyyəti struktur qurumları ilə birgə fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində müvafiq işlərin davam etdirilməsi, zəruri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin diqqətdə saxlanılması, cinayət işlərinin istintaqı zamanı vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi, əmlakın bərpası, qətimkan tədbirlərinin səmərəli tətbiqinə nail olunması məsələlərinə xüsusi önəm verilməsi, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində zəruri işlərin görülməsi, əməkdaşların müvafiq sahələr üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha da artırılması və digər bu kimi məsələlər ətrafında təhlillər apararaq tapşırıq və tövsiyələrini verib.



Xəbərin oxunma sayı : 172
Sosial
Xəbərlər
-
Prezident Qəzza ilə bağlı həmin sənədi imzaladı - VİDEO
-
Kamran Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsində müşavirə keçirdi - FOTO
-
Sahil Babayev sabiq bankiri direktor təyin etdi - FOTO
-
“Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır“ - Tramp
-
Masazırda zibil dizə çıxır - Bələdiyyə və icra hakimiyyəti susur - Fotolar
-
“Qarabağ“ hansı hallarda pley-offa çıxacaq? - Şanslar və ehtimallar
-
Yalnız bu şəxslər aptek işlədəcək - Nazirdən yeni qərar
-
“Aİ ABŞ-nin yeni tariflərinə qətiyyətli cavab verəcək“ - Almaniya Kansleri
-
Həmkarımıza biganə qalmayaq - Gülşən Şərifə dəstək olaq!
-
Taksi sürücülərinin növbəti imtahanı - DİM-dən açıqlama
-
Mədəniyyət Nazirliyi Azər Aydəmirə 657 min manat ödəyəcək - Müqavilə
-
Ödəmə terminallarında 500 manatlıq əskinas qəbul edilmir? - VİDEO
-
İqbal Məmmədovun “Lerik Broyler“i fəaliyyətini dayandırdı - Səbəb nədir?
-
Meymunçiçəyi virusu dəyişir: Alimlər yeni mutasiya dalğasını aşkarladılar
-
Ev alarkən “torpaq tarixini“ yoxlayın: Ekspertlər xəbərdarlıq edirlər
-
Yaşayış binasındakı təkər satışı anbarı bağlandı - VİDEO
-
Putin Qrenlandiyaya qiymət qoydu - 1 milyard dollara qədər...
-
Buraxılış və qəbul imtahanları - DİM vaxtını açıqladı
-
Azərbaycanda daimi yaşama icazəsi istəyən şəxslərin sayı açıqlandı - SİYAHI
-
Masazırda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
-
Bakıda 5 nəfər dəm qazından öldü - Birinin 10 yaşı var
-
“Ayntraxt“ı məğlub edən “Qarabağ“ ÇL-də nə qədər pul qazanıb? - MƏBLƏĞ
-
Hansı hallarda mənzillər premium sayılır? - VİDEO
-
Səlim Müslümovla Vilyam Hacıyevin əmlakları satılır - Siyahı
-
ABŞ 2026-cı Kuba hökumətini devirmək niyyətindədir - İlin sonuna qədər
-
Yevlaxda 5 nəfər dəm qazından zəhərlənib - Ölən var
-
Tələbə olmaq istəyənlərə şad xəbər - Bu şəxslərin təhsil haqqını dövlət qarşılayacaq
-
“Hakimin ədalətsiz qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı“ - İlham Əliyev
-
Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir
-
Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur
-
İnstaqramda bu günün paylaşımları - FOTOLAR
-
“Qarabağ“dan möhtəşəm qələbə - “Ayntraxt“ı son dəqiqədə aşırdı
-
Azərbaycanın büdcə mövqeyi dayanıqlı qalır - “Moody`s“
-
Prezident Davosda Marta Kosla görüşdü - FOTOLAR
-
Mərdəkanda kanalizasiya sularıdan şikayət - VİDEO
-
Kir Starmer Trampa meydan oxudu: Mən geri çəkilməyəcəyəm!
-
Prezident və ailə üzvüləri Davosda panel iclasa qatıldı - FOTOLAR
-
Binəqədidə açıq özbaşınalıq: Qadağan olunmuş zonada tikinti (VİDEO)
-
“Almanları məğlub etdikdən sonra Qrenlandiyanı Danimarkaya verdik“ - Tramp
-
Ölkənin idxalı və ixracı bərabərləşir - Xarici ticarətdə müsbət saldo 8.3 dəfə azalıb
-
Məktəblərdə dərslər dayandırılacaq? - Agentlikdən açıqlama
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
“ABŞ olmasaydı, indi hamınız alman və ya yapon dilində danışardınız“ - Tramp
-
Bakı və Ankara ilə nizamlamada hiss olunan uğurlara nail olduq - Mirzoyan
-
İcra Hakimiyyətində ciddi kadr dəyişiklikləri - Kimlər vəzifəsindən azad edildi?
-
“Azərişıq“ cənub rayonlarında elektrik enerjisinin verilişini bərpa etmək üçün fasiləsiz işləyir - VİDEO
-
“Maduro saxlanılan kimi Venesuela rəhbərliyi razılaşma istədi, ağıllı adamlardır“ - Tramp
-
Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?
-
Çətir tutan şəxs işdən çıxarıldı - İsa Həbibbəyli ona niyə hisrlənib?
-
“Ermənistan və Azərbaycanın enerji sistemləri TRIPP çərçivəsində birləşdiriləcək“ - Paşinyan
-
“Amerika çiçəklənəndə dünya da çiçəklənir” - Tramp
-
Banklar faizlərdən 5 milyard manat qazanıblar - Tam siyahı
-
Azərbaycanın nüfuzunu və iqtisadi gücünü dünyaya nümayişi - Davos Forumu
-
Ət qutabını at əti ilə bişirirmişlər - Agentlikdən yoxlama (VİDEO)
-
Esatınalma portalında son iki ilin hesabatı niyə açıqlanmır? - Maraqlı detallar
-
Naxçıvanda sakinlərin bitməyən su problemi - ŞİKAYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Fuad Nağıyevin sevimli şirkəti: Agentlik bir ildə bu şirkətə 2,5 milyon ödəyib
-
Yanvarda Kiyevdən 600 min nəfər köçdü - Kliçkodan şok açıqlama
-
Nazirlik bu şirkətdən stadion icarəyə götürür - 49 min manatlıq müqavilə
-
“Ştutqart” necə “Şassi olub? - Nəriman Əliyev 30 milyonluq biznesi ələ keçirib
-
Davos İqtisadi Forumu xarici iqtisadi əlaqələr üçün unikal platformadır
-
“Tramp haqlıdır, Arktikanı Rusiya və Çinin təsirindən qorumalıyıq“ - NATO Baş katibi
-
Rauf Vəliyevin qardaşı oğlu erməni Karina ilə evli imiş:10 il gizlədilən sirr üzə çıxdı
-
Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI
-
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
-
Bakıda biznesmenin yarım milyon manatdan çox pulu mənimsənildi - TƏFƏRRÜAT
-
Tovuzda təcili yardım ağır xəstə olan azyaşlını yolda düşürüb? - VİDEO
-
Minimum əmək haqqının tənzimlənməsi qaydası dəyişir - RƏSMİ
-
Hüseyn Əzizoğlunun “Papaq Lounge” da nələr baş verir? - Hüzn günündə içki var, məclis var
-
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir - FOTO
-
Azərbaycan və İsrail prezidentləri görüşdü - FOTOLAR
-
`Mənim heç vaxt çətirim olmayıb“ - İsa Həbibbəyli
-
Bu şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər - Açıqlama
-
Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - TAM SİYAHI
-
“Mənə sui-qəsd olarsa, İran yer üzündən silinəcək“ - Tramp
-
İçib “Range Rover“lə təhlükəli manevr etdi - Həbs olundu
-
Prezident Davosda görüşlər keçirdi - FOTOLAR
-
ABŞ Suriyaya kömək edib - Tramp açıqladı
-
“Nə statistika var, nə audit“ - Ekspert “Azəriqaz“ı tənqid etdi
-
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı“ ilə bağlı nümayəndə heyətini qəbul edib - FOTOLAR
-
Ali Məhkəmə daha bir vahid qərar verdi - Plastik əməliyyatlarla bağlı
-
Bu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO
-
Hansı iqtisadi rayonda fərdi sahibkarların sayı daha çox artıb? - CƏDVƏL
-
Tramp Azərbaycan Sülh Şurasına dəvət etdi - Rəsmi Bakı razılıq verdi
-
“Bakı Metropoliteni”nin departament rəhbəri işdən çıxarıldı - Yeni təyinat
-
Aeroport yolu buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib - FOTO
-
Hansı çaylar gündəlik istehlak üçün ən faydalıdır? - TOP-10
-
Böyük Qayıdış davam edir - Xankəndi şəhərinə ilk köç yola salındı
-
Mehriban Əliyeva İlham Əliyevin Davosda panel iclasda iştirakı ilə bağlı paylaşım edib - FOTO
-
Klublarımızın qış planları: Kim gəlir, kim gedir?
-
Prezident Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşdü - FOTO
-
ABŞ Avropanı özünə tabe etdirmək istəyir - Makron
-
“İlham Əliyev böyük, dahi liderlərdən biridir“ - Serbiya prezidenti
-
Bir milyard dollarlıq üzvlük: Sülh Şurasına kimlər dəvət alıb?
-
Hamı ondan danışır - O isə “nə olub?” soruşur... + VİDEO
-
Atasının ad gününə hədiyyə etmək üçün sifariş etdiyi avtomobil yandı - VİDEO
-
“Topu “Qarabağ”a verməyəcəyik“ - “Ayntraxt“ın baş məşqçi əvəzi
-
“Qrenlandiyanın suverenliyi ticarət mövzusu deyil“ - Kallas
-
“Ev almaq üçün 39 min manatı verəndən sonra onu tapa bilmirəm“ - VİDEO
-
Məşhur “Karvan“ restoranı İsa Həbibbəylinin imiş - FOTO
-
Suriya sərhədində təxribat - Bir qrup şəxs Türkiyə bayrağını endirib
-
“Bu, gələcəkdə 5-6 aylıq sülh deyil...“ - Prezident İlham Əliyev
-
“Aİ Qrenlandiya üçün investisiya və müdafiə paketi hazırlayır“ - Fon der Lyayen
-
Dostunun şəhid olmasında özünü günahkar sayır: “Hər il eyni ağrını yaşayıram“
-
Etiraz baha başa gələ bilər: Seneqal millisi DÇ-2026-da diskvalifikasiya ilə üzləşib
-
“NATO ciddi şəkildə Rusiya ilə müharibəyə hazırlaşır“ - Lavrov
-
“Azərişıq“ Lerikdəki problemlə bağlı məlumat yaydı - VİDEO
-
“Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir” - Prezident
-
“Qarabağ“dan yeni transfer - Qurban Qurbanov açıqladı
-
“Ermənistanın reytinqini Azərbaycanla danışıqlarda irəliləyişlə əlaqələndirir“ - “Fitch“
-
ABŞ və Danimarka Qrenlandiya ilə bağlı sazişə yenidən baxa bilərlər - CNN
-
Sabirabadda 16 yaşlı gəlinin qətli ilə bağlı YENİ DETALLAR
-
Bu ərazilərə qar yağır - 12 dərəcəyədək şaxta qeydə alınıb
-
İcra başçısının müavinin qalmaqalları bitmək bilmir - Alı Alıyevin tapşırığı gülünc doğurdu
-
“Azərbaycan artıq Avropa Parlamentinin tənqidinə reaksiya vermir“ - Prezident
-
Səfər Əbiyev əsəbiləşdi - “Bəsdir, sual verdin, mən vətənimdəyəm“
-
“2019-2023-cü illərdə Türkiyə İsrailin ən böyük ticarət tərəfdaşlarından olub“ - “Al Jazeera“
-
Dünyanın ən dəyərli 500 markası açıqlanıb - “Apple“ yenə liderdir
-
Vəhdət Partiyası 150 şəhidin şəkli ilə yürüşə çıxdı - FOTOLAR
TOP 10
ARXİV






