“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Kir Starmer Trampa meydan oxudu: Mən geri çəkilməyəcəyəm!

Tarix 21.01.26, 22:50

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp tərəfindən tarif hədələri səsləndirilməsinə baxmayaraq, Qrenlandiya məsələsində mövqeyindən geri çəkilməyəcəyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Starmer parlamentdə “Baş nazirə suallar” sessiyasında çıxış edərək deyib:

“Müttəfiqlərə təzyiq göstərmək məqsədilə tarif hədələrindən istifadə edilməsi tamamilə yanlışdır. Açıq şəkildə demək istəyirəm: “Mən geri çəkilməyəcəyəm”. Böyük Britaniya da tarif təhdidləri altında Qrenlandiyanın gələcəyi ilə bağlı öz prinsip və dəyərlərindən geri addım atmayacaq”.

Starmer bildirib ki, London tərəfi konstruktiv dialoq aparmağa hazırdır, lakin Qrenlandiya məsələsində mövqeyi qətidir. Onun sözlərinə görə, Qrenlandiyanın gələcəyi yalnız Qrenlandiya xalqının və Danimarka Krallığının qərarı olmalıdır.

Baş nazir, həmçinin Trampın Böyük Britaniyanın Çaqos adaları ilə bağlı razılaşmasını tənqid etməsini Qrenlandiya mövqeyini dəyişməyə yönəlmiş təzyiq cəhdi kimi qiymətləndirib. O qeyd edib ki, Trampın Çaqos adaları ilə bağlı son açıqlamaları Ağ Evdə keçirilən əvvəlki görüşlərdə səsləndirdiyi dəstək ifadələrindən fərqlənib və bu sözlər məhz Britaniya hökumətinə təzyiq göstərmək məqsədi daşıyıb.

“Prezident Tramp istəyir ki, mən Qrenlandiya ilə bağlı mövqeyimdən geri çəkilim, lakin mən bunu etməyəcəyəm”, - deyə Starmer əlavə edib.



Xəbərin oxunma sayı : 193




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap