| |
|
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı“ ilə bağlı nümayəndə heyətini qəbul edib - FOTOLAR
Tarix 21.01.26, 10:52 |
|
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, "Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib.
AzFakt.com həmin görüşdən hazırlanan materialı təqdim edir.
Azərbaycana həmişə məmnunluqla səfər etdiklərini deyən qonaqlar qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Onlar 2026-cı il üzrə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim olunacağını bildirərək, bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə mükafatın təntənəli təqdimat mərasiminin keçiriləcəyini dedilər, həmin tədbirdə fəxri qonaq qismində iştirak üçün dəvət məktubunu Prezident İlham Əliyevə təqdim etməkdən şərəf hissi duyduqlarını vurğulayıblar.
Qeyd olunub ki, "Zayed İnsan Qardaşlığı Mükafatı" Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edir.
Dövlət başçısının bu mükafata layiq görülməsi, eyni zamanda, Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibin, Roma Papası XIV Leonun və münsiflər heyətinin Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verdikləri qiymətin təcəssümü kimi dəyərləndirildi.
"Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvlərinin ötən il dünya üzrə bütün sülh modellərinin araşdırılmasından sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin modelinin münaqişə və müharibə olan digər bölgələrdə də tətbiqi üçün gözəl nümunə olması barədə qərarın qəbul edildiyi bildirilib.
Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam: Münsiflər heyətinin adından demək istərdim ki, sülh sazişi üzrə uğurun əldə olunması üçün Zati-alinizin gördüyü işlər bizim hamımızı ruhlandırır və dünyanın müxtəlif yerlərində mövcud münaqişə bölgələri üçün sülhün möhtəşəm bir nümunəsidir.
Biz və bütün dünya bunu dəyərlər baxımından yüksək qiymətləndiririk, çünki dünyanın həqiqətən buna ehtiyacı var. Həmin mükafatın Sizə təqdim edilməsi sazişin sülh, barışıq və regional sabitliyin bərqərar edilməsi baxımından əhəmiyyətini göstərir. Cənab Prezident, Sizə həqiqətən təşəkkürümüzü bildiririk.
"Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvü, Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel: "Hesab edirəm ki, Sizin Ermənistanla birgə icra etdiyiniz sülh razılaşması dünya ölkələri üçün çox güclü bir siqnaldır. Yəni çətinliklərə, keçmiş və indiki iztirablara baxmayaraq, gələcəyə kiçik də olsa, nikbinliklə və ümidlə baxmaq üçün ortaq iradə var. Bu da bizim təşviq və müdafiə etmək istədiyimiz dəyərlərə bağlıdır. Çünki biz hesab edirik ki, bu dəyərlər gələcəkdə daha çox təşviq olunmalıdır. Bir daha qeyd etmək istəyirəm, biz Sizin liderliyinizi, bu sülh razılaşmasını təqdir edirik. Mükafatla bağlı verdiyimiz qərarla biz bu sülh razılaşmasının reallığa çevrilməsi üçün Sizin göstərdiyiniz bütün səylərə dəstək olduğumuzu nümayiş etdirmək, region və Cənubi Qafqaz, həmçinin daha geniş bölgə üçün müsbət ümidlər və perspektivlər arzulamaq istəyirik".
"Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvü, Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Faki: "Düşünürəm ki, sülh və sabitlik çox zəruridir. Fikrimcə, baxışlarınız və rəhbərlik keyfiyyətləriniz çox yüksək dəyərləndirilir. Münsiflər heyətinin üzvü kimi Sizi təbrik etmək istəyirəm və görüşümüzdə iştirak etmək üçün razılıq verdiyinizə, bütün dünyaya və region xalqlarına sülhün və cəsarətin nədən ibarət olduğunu göstərdiyinizə görə minnətdaram. Qeyd etdiyiniz kimi, son vaxtlara qədər qətl və qan tökülməsi müşahidə olunurdu. Lakin indi irəliyə doğru getmək, sülhü və sabitliyi bərqərar etmək cəsarətini nümayiş etdirdiniz. Zati-aliləri, təbrik edirəm".
x x x
Xoş sözlərə və dəvətə, həmçinin regionda sülhün bərqərar olunması istiqamətində Azərbaycanın səylərinin yüksək qiymətləndirilməsinə görə münsiflər heyətinə minnətdarlığını ifadə edən dövlət başçısı dəvəti məmnunluqla qəbul etdiyini vurğulayıb.
Sülhün regional sabitlik və firavanlıq baxımından önəminə toxunan Prezident İlham Əliyev deyib ki, işğal zamanı xalqımızın üzləşdiyi əziyyətlərə, verdiyi qurbanlara baxmayaraq, Azərbaycan dayanıqlı sülhün bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirib. Prezident İlham Əliyev sülh razılaşmasının məhz Azərbaycan tərəfindən hazırlanaraq Ermənistana təqdim olunduğunu və bu istiqamətdə səylərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev: "Sizin də düzgün qeyd etdiyiniz kimi, sülh bütün regiona sabitlik və firavanlıq gətirəcək. Yaxın keçmişə nəzər salsaq, bizim məsələmizin bir növ nadir olduğunu görərik. Yaxın keçmiş deyərkən, son onilliyi nəzərdə tuturam. Son qanlı döyüşlərdən sülhə gedən yol iki il zaman apardı. Əziyyətə və qurbanlara baxmayaraq, biz sülhün birdəfəlik bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirdik və artıq bunun bəhrəsini görürük".
Dövlət başçısı cəmi beş ildir sülh şəraitində yaşadığımızı qeyd edərək vurğulayıb ki, son aylar sülh artıq ticarət sahəsi də daxil olmaqla, praktik müstəviyə keçib.
Azərbaycan Prezidenti bu xüsusda 2025-ci il avqustun 8-də Vaşinqton görüşündə sülh gündəliyi ilə bağlı əldə olunmuş razılaşmaların tarixi əhəmiyyətini qeyd etdi, bu məsələdə ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndirib.
Prezident İlham Əliyev: "Sülh şəraitində yaşamağa öyrəşirik. İnanın mənə, bu, xoş hissdir. Hiss edirsiniz ki, müharibə artıq yoxdur, əlavə qurbanlar yoxdur, qan artıq tökülmür. Siz xalq, ölkə və inkişaf, rifah, sabitlik üçün daha çox işlər görə bilərsiniz. Yenə də düşünürəm ki, Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşma və bu cür mötəbər şəxslərdən ibarət qrupun verdiyi qiymət həqiqətən göstərir ki, sülhə nail olmaq üçün sizdə güclü siyasi iradə lazımdır. Bunu ürəkdən arzulamalısınız. Bunu sözdə yox, əməldə etməlisiniz. Bu cür səylər dəyərləndirildiyi halda Siz daha da həvəslənirsiniz və qlobal xəritədə insanların hələ də müharibədə öldüyü digər yerlərə də sülh mesajını verirsiniz".
"Zayed İnsan Qardaşlığı Mükafatı"ndan danışan dövlət başçısı bildirib ki, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın xatirəsinə dünyada böyük rəğbət bəslənilir.
Prezident İlham Əliyev, eyni zamanda, onun xələfi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla qardaşlıq münasibətlərinin olduğunu qeyd edib.
Bu xüsusda dövlət başçısı mükafata layiq görülməsinin onun üçün ikiqat şərəf olduğunu deyib.
Prezident İlham Əliyev regionda sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətlərə göstərdikləri dəstəyə və onun fəaliyyətinə verdikləri qiymətə görə, həmçinin Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxinə və Roma Papasına minnətdarlığını çatdırmağı xahiş edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.












Xəbərin oxunma sayı : 1441
Siyasət
Xəbərlər
-
ABŞ ordusu Sakit okeanda üzən gəmini vurdu - İki nəfər öldürüldü
-
“Guavalab“ın 200 işçisi ixtisar olundu, maaşlar ödənmədi - VİDEO
-
"Şəki-Qala" restoranının işçiləri maaşlarını ala bilmirlər - VİDEO
-
“Yükümüzü belimizdə daşıyırıq... “ - Təcili yardım maşını gələ bilmir
-
Azərbaycanda toyuq əti bahalaşacaq? - VİDEO
-
Sevdanın qırmızı obrazı müzakirə yaratdı - FOTOLAR
-
Ronaldo boykotu dayandırdı: Klub onun şərtlərini qəbul etdi
-
“ABŞ ilə İran arasında ani savaş təhlükəsi yoxdur“ - Hakan Fidan
-
Məşhur general Ayaz Həsənov məhkəməyə verildi - Detallar
-
Bakıda kütləvi dava - Hücuma məruz qalan türk iş adamının Əyyubovlarla nə əlaqəsi var?
-
“İrəvan və Bakı sülhü geri dönməz hesab etməyə çox yaxındırlar“ - Nikol Paşinyan
-
“Şeyx Lounge“ restoranını yandıranlar saxlanıldı - VİDEO
-
Bu rayonlarda sabah qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Hamlet İsaxanlının qızları kimlərdir və harada işləyirlər? - DOSYE +FOTO
-
“Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq“ - İlham Əliyev
-
Sabiq deputat Fəzail Ağamalı vəfat etdi - Türkiyədə
-
Vens Paşinyanla görüşdü - Birgə bəyanat imzaladılar
-
Əli Kərimli, Məmməd İbrahim və Eldar Əmirovun həbs müddəti uzadıldı - 4 ay
-
Zaur Axundova cinayət işi açıldı - Külli miqdarda yeyinti
-
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi - FOTOLAR
-
Ramiz Mehdiyevin həbs müddəti bitir - Hansı qərar veriləcək?
-
Neftçala icra hakimiyyətinin hesabat yığıncağında himn qalmaqalı - Başçı təxribatdan şübhələnir...
-
“SS Butik“in satıcısından dələduzluq: Mağazaya şərik edəcəyini dedi...
-
“Bu, dilimizin gələcəyi üçün yol xəritəsidir” - Adəm İsmayıl Bakuvi
-
“Xarici qüvvələrin İrana müdaxilə cəhdləri uğursuz nəticələnib“ - Xamenei
-
4 milyona görə həbs edilən dəstə başçısı da - Ev dustaqlığına buraxıldı
-
Anar Əlizadə haqqında ilginc faktlar - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə...
-
Sahibkarlıq sahəsində aparılan yoxlamalar... - Qadağa uzadıldı
-
Yanardağ Dövlət Qoruğunun ərazisi də satılıb? - Abşeron icra başçısı nə edir? - VİDEO
-
Dövlət qurumunun binasında oğurluq - 5,8 minlik ziyan
-
Pensiyalar bu qədər artacaq - Rəqəmlər açıqlandı
-
“Nar“ın tərəfdaşlığı ilə “GəncVİZYON“ ideyatonu uğurla başa çatıb - FOTOLAR
-
Tahir Budaqov işdən çıxarıldı, bu rayona icra başçısı təyin edildi - Sərəncam
-
Əmək pensiyaları indeksləşdiriləcək - SƏRƏNCAM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Klinika sahibinin qətl törədən oğlu - Bəzi günlərini azadlıqda keçirəcək
-
ABŞ Afrika mineralları ilə bağlı Çinlə “müharibə vəziyyətindədir“ - “Reuters“
-
Toyuq ixracı dayandırıldı - Azərbaycanda qiymətlər dəyişəcək?
-
Xidmətin rəisi əvəzi 28 yaşlı qaynına yüksək vəzifə verdi - FOTO
-
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
Eldar Quliyev həm deputatdır, həm rektor...- Bu necə olur?
-
Prezident Cabbar Musayevi vəzifəsindən azad etdi - SƏRƏNCAM
-
Son etirazlara görə həbs edilənlər əfv olunmayacaq - İranın ədliyyə rəhbəri
-
Bu şəxslərin maaşları artırılacaq - Deputat AÇIQLADI
-
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı - FOTO
-
Nazirlik 157 min manata 12 adda qəzet alacaq - Siyahı
-
DSX-dən İranla sərhəddə əməliyyat: Saxlanılanlar var
-
Prezident daha bir qəbul keçirdi - Video - Fotolar
-
Taksidə gediş haqqı bahalaşdı - 10 faizlik artım
-
DTX bu 9 nəfəri axtarışa verib - ADLAR
-
Şəxsi məlumat yayan media subyekti məsuliyyət daşıyacaq - Ali Məhkəmə
-
Çində ilk mikrodalğalı silah hazırlanıb - Peykləri sıradan çıxara biləcək
-
Xaricdə və Azərbaycanda həkimlər nə qədər qazanır? - SİYAHI
-
DİN-dən xaricdə iş təklifləri ilə bağlı xəbərdarlıq - VİDEO
-
Sabunçuda sakinlər üçün təhlükə yaradan hasar - Daşlar yerə tökülür
-
Naxçıvana yeni Baş nazir təyin olundu - Cabbar Musaye kimdir? + DOSYE
-
AAYDA-da “Həmzəyev piramidası“ - Məmmədov “yağlı” vəzifələri maliyyə rəsinin qohumlarına tapşırıb
-
Vəliyev vəzifəsindən azad olunub - İcra başçısı müavini idi
-
Oğurladığı kartla marketdə alış-veriş etdi - VİDEO
-
“Narahatlığa heç bir əsas yoxdur” – MN-də çağırış
-
Astara sakinlərinin zibil problemi: Tullantılar kanalların yollarını bağlayır
-
Hərbçilər qəzaya düşdü - Ölən və yaralananlar var
-
Baş İdarə əməliyyat keçirib - 21 kq narkotik aşkarlanıb
-
Yeni binalarda ciddi problem aşkarlandı - VİDEO
-
Məktəblilər arasında insident - 15 yaşlı yeniyetmə bıçaqlandı
-
Azərbaycanda yetişdirilən portağal niyə daxili təlabatı qarşılamır? - VİDEO
-
Ödəniş kartları ilə bağlı dələduzluq hallarında artım - VİDEO
-
14 fevral öncəsi restoranlarda fantastik depozit qiymətləri - VİDEO
-
Azərbaycanda toyuq ətinə tələbat kəskin artdı - VİDEO
-
Ən çox istifadə olunan məhsul bahalaşıb - Amma alternativi yoxdur
-
“Nə müəllim, nə də valideyn bu kabusun öhdəsindən gələ bilmir“ - Sabiq deputat
-
Bakıda kanalizasiya xəttinin təmiri üçün qazılan yol niyə bərpa edilmir? - VİDEO
-
AŞPA-nın Azərbaycana qarşı ikili standartlarının arxasında nə dayanır? - VİDEO
-
“Zelenski və Putin mürəkkəb məsələləri razılaşdırmaq üçün şəxsən görüşməlidirlər“ - Andrey Sibiqa
-
Serialları uzun müddət izləmək tənhalıq hissi ilə əlaqəlidir – Araşdırma
-
Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq - Sabahdan
-
Məktəblərdə təhlükəli vəziyyət: Artan insidentlərin pərdəarxası səbəbləri
-
Agentlik Sabirabadda10 mənzil alır - Biri 69 min manatdan
-
Bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərləndi - Qubada
-
Metroya dəstək, avtomobilə alternativ: Bakıya tramvay qayıdır
-
Avropa Ukrayna ilə bağlı Putinlə danışıqlar aparmalıdır - Çexiya Baş naziri
-
Saleh Məmmədovun “topdağıtmaz qohumlar komandası” - Əvəz Qocayev son sipər rolundadır
-
“Neftçi” “Qarabağ”ın azarkeşlərini oyuna buraxmadı - FOTOLAR
-
“İran ABŞ ilə danışıqlarda hərbi personalın iştirakına qəti şəkildə qarşıdır“ - Əraqçı
-
Müəllimini güllələyən şagirdin “TikTok” paylaşımları şok etdi - FOTO
-
Ceyhun Bayramovla Hakan Fidan telefonda danışıdı - Nələr müzakirə olunub?
-
Epşteynlə əlaqələr, korrupsiya, rüşvət - Ermənipərəst konqresmenlərin adları qalmaqalda
-
Hindistan Azərbaycandan qaz ala bilər - SOCAR-la danışıqlar gedir
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Narkotik çəkib maşın sürürdü - Həbs edildi
-
“İran-ABŞ danışıqları irəliyə doğru atılmış addımdır“ - Pezeşkian
-
Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - VİDEO
-
Portağal tələbatı artır, yerli istehsal isə yerində sayır: Niyə idxaldan asılıyıq?
-
Mənzil bazarı: Harda bahalaşır, harda sabit qalır?
-
“ABŞ ilə növbəti danışıqlar başqa yerdə keçirilə bilər“ - Əraqçi
-
Qar yağacağı gözlənilir... - Sabahın havası
-
Zabrat qəbiristanlığı baxımsız halda:Sakinlər yaxınlarını ziyarət edə bilmirlər
-
“Starlink“in söndürülməsi cəbhədəki vəziyyəti dəyişib“ - Ukrayna SQ
-
İcra başçısının müavini ilə dalaşan şəxs yenidən məhkəmə qarşısında:“Təzyiq göstərirlər“
-
Bahalı torba, sönük ekoloji nəticə: Qiymət artdı, vəziyyət dəyişmədi
-
Prezident ailəsinə Şah Abbas məscidində “Qurani-Kərim” hədiyyə etdilər -Fotolar
-
İlon Mask smartfon bazarına daxil olur: "Tesla Phone" gəlir?
-
Bu yol bağlıdır - Sürücülərin nəzərinə +FOTOLAR
-
Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
-
İranın raket proqramı müzakirə mövzusu deyilv - Abbas Əraqçi
-
Prezidentin qızı və gəlini uşaqlarla belə əyləndilər - FOTOLAR
-
200 illik tarixi məscid qəzalı vəziyyətdə: İbadət edənlər Zaqatalaya gedirlər (VİDEO)
-
“Card-to-card“ dövrü bitir? - Hər kəsin bilməli olduğu yenilik
-
Xalq artisti Aygün Kazımovanın yeni görünüşü - VİDEO
-
Ronaldo meydana çıxmaqdan imtina etdi - Nədən narazıdır?
-
Azərbaycanda da 12 illik təhsilə keçiləcək? - AÇIQLAMA
-
Güclü yağışlar nəticəsində dağılan körpü hələ də bərpa olunmayıb - VİDEO
-
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
-
Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər? - VİDEO
-
Müəllimin sinifdən çəkdiyi bu video müzakirə yaratdı - VİDEO
-
At ətini mal ətindən necə ayırmaq olar? - İqtisadçıdan təklif
-
“Uranın zənginləşdirilməsi davam etməlidir“ - Əraqçi
-
Paris parlamentinin növbəti iflası: Hüquqi qüvvəsi olmayan “qətnamə şousu“
-
Nazir əmr imzaladı - XİN-də yüksək vəzifəyə yeni təyinat
-
Ədviyyat bazarında asılılıq problemi: Hansılar daha keyfiyyətlidir?
TOP 10
ARXİV






