“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

İçib “Range Rover“lə təhlükəli manevr etdi - Həbs olundu

Tarix 21.01.26, 11:54

Font ölçüsü : - / +
bitmap-img6


DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 11-ci taqımının əməkdaşları tərəfindən Ələt–Astara avtomobil yolunun 143-cü kilometrində hərəkət zamanı qayda pozuntularına yol verən "Range Rover” markalı, 90-YC-977 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılıb.

İdarədən verilən xəbərə görə, məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edən sürücünün hərəkətlərinin qarşısı alınaraq qanunvericiliyə uyğun tədbirlər görülüb.

Araşdırmalarla sürücü Əli Rəsulovun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında, sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilib. Faktla bağlı toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Rəsulov inzibati qaydada həbs edilib.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan sürücülərlə bağlı qanunvericiliyin tələblərinə uyğun qətiyyətli tədbirlər görülür və bu istiqamətdə nəzarət davam etdirilir.

Unutmayaq ki, yollar ictimai məsuliyyət məkanıdır. Polis xidmətinin əsas məqsədi cəzalandırmaq deyil, vətəndaşların həyat və sağlamlığını qorumaq, yol hərəkətinin təhlükəsizliyini təmin etmək və hər kəs üçün etibarlı yol mühiti yaratmaqdır", məlumatda deyilir.



Xəbərin oxunma sayı : 178




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap