“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Ev almaq üçün 39 min manatı verəndən sonra onu tapa bilmirəm“ - VİDEO

Tarix 20.01.26, 21:26

Font ölçüsü : - / +
bitmap-img6


Bakı sakini ev almaq istədiyi zaman dələduzluğun qurbanı olduğunu iddia edir.

Qəpik-qəpik yığdığı pulu ev almaq məqsədi ilə maklerə verən qadın dələduzluğa məruz qaldığını deyir. İndi nə 39 min manat pulu var, nə də ki evi.

Xezerxeber.az-ın məlumatına görə, paytaxt sakini Sahibə Əsədova iddia edir ki, ötən ilin noyabr ayında Sabunçu rayonu, Ramana qəsəbəsində ev almaq məqsədi ilə alqı-satqı ofislərindən birinə gedib.

Orada Daşqın adlı şəxslə danışıb elə qəsəbədəki 1 sot torpaq sahəsində tikilən evə baxış keçiriblər. Yarımçıq təmirli olan evin qiyməti qadının yığdığı pula uyğun olduğu üçün tərəflər razılaşıblar. 

Zərərçəkmiş sonradan əlindən olan notarial sənədə baxış keçirdikdə müəyyən edib ki, həmin pulu makler Daşqın Nadirova borc müqaviləsi əsasında verib.  Aldadıldığını başa düşəndən sonra əlacsız qalan qadın ərazi üzrə 12-ci polis şöbəsinə gedib və ərizə ilə müraciət edib.

Adıçəkilən makler Daşqın Nadirovla əlaqa saxlamağa çalışdıq, telefonu sönülü olduğundan qardaşı Coşqun Nadirovla danışdıq. Coşqun Nadirov bildirdi ki, həmin məsələdən xəbərdardır və ev təmir edilib mart ayında satılandan sonra Sahibə Əsədovanın pulu geri qaytarılacaq.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli ``Xəzər Xəbər``ə bildirdi ki, qeyd olunan məsələ ilə bağlı ərazi polis orqanında araşdırma aparılır.





Xəbərin oxunma sayı : 1222




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap