Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Bakıda parkın ərazisi niyə hasarlanıb? - Sakinlərdən şikayət

Tarix 23.03.26, 8:54

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın Nərimanov rayonu ərazisində, Seyid Cəfər Pişəvəri parkında gəzinti üçün nəzərdə tutulan piyada səkiləri qapadılıb. Bu da həmin vətəndaşların istirahətində və gediş-gəlişində maneələr törədib.

Bu barədə Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar bildiriblər. 

<iframe width="640" height="360" src="https://www.youtube.com/embed/gUdW7SgQTiM" title="&quot;Bunu nəzərə alsalar, daha yaxşı olardı&quot; | Parkın ərazisi niyə hasarlanıb? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Məsələ ilə bağlı sakinlərdən biri narazılığını belə ifadə edib:

"Bu tikintinin tikilməyi xalqımız üçün xeyirlidir. Amma insanların istirahəti üçün maneçilik yaradırlar. Yaxşı olardı ki, elə bir mövqe seçərdilər ki, insanlar sərbəst burada hərəkət edə bilsinlər. Mən bu gün velosipedlə qayıdanda gördüm maneçilik yaranır, məcbur olub başqa bir yoldan getmişəm".

Digər bir sakin isə mövzuya bu cür münasibət bildirib:

"Yəqin ki, bunlar təhlükəsizliyə görə bağlayıblar buranı. Orada bina tikilir. Əvvəldən düşünsələr, daha yaxşı olardı. Biz bu yolla gedib-gəlirdik, indi məcburuq digər yolla gedək".

Məsələ ilə bağlı parkın rəhbərliyindən bildirilib ki, sözügedən ərazidə mövcud kommunikasiyaların daha böyük diametrli xətlərlə yenilənməsi işləri aparılır. İşlər lokal xarakter daşıyır və ən qısa zamanda yekunlaşacaq.



Xəbərin oxunma sayı : 136




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap