“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Günün transfer xəbərləri: “Çelsi“ heyətini dünya ulduzu ilə gücləndirəcək?

Tarix 05.07.22, 19:05

Font ölçüsü : - / +
bitmap-img6


Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Jurnalist Canluka Di Martsiodan xəbərlər: 

"Real Madrid"in futbolçusu Luka Yoviç "Fiorentina"ya keçəcək".

"Milan" "Brügge"nin futbolçusu Şarl de Ketelare üçün 22 milyon avro təklif edib. "Lids" də hadisələrin gedişatını izləyir".

"Milan" Hakim Ziyeşin transferi üzərində işləməyə davam edir. Futbolçunun İtaliya klubuna keçməsi real görünür".

"PSJ və "Sassuolo" Canluka Skamakkanın transferi üçün danışıqlarını davam etdirir".

"Montsa" "Şaxtyor"dan Marlosu almaq istəyir".

"İnter" Dortmund "Borussiya"sının müdafiəçisi Manuel Akancini heyətniə qatmaq istəyir".

“Budyo-Qlimt” və “Krasnodar”ın sabiq hücumçusu Erik Botheym İtaliyaya gəlib. Sabah o, "Salernitana" ilə müqavilə bağlamaq üçün tibbi müayinədən keçəcək".

Kristian Folk, "Bild" nəşrinin jurnalisti: "Mateys de Liqt "Yuventus" rəhbərliyinə "Bayern Münhen"ə keçmək istədiyini söyləyib. Tərəflər mümkün transferi müzakirə edir. Münhen klubu tələb olunan 70 milyon avronu ödəməyə hazır deyil".

"Fotomaç" saytı: "Uzun müddətdir "Fənərbağça"nın heyətinə düşə bilməyən Məsut Özil komandadan ayrılmaq niyyətindədir. Onun agenti MLS komandaları ilə əlaqə saxlayır".

Fabritsio Romano, insayder: "Şalke 04" yaponiyalı mərkəz müdafiəçisi Maya Yoşida ilə müqavilə imzalamaq niyyətindədir. Sabah o, tibbi müayinədən keçmək üçün Almaniyaya yollanacaq".

David Ornşteyn, insayder: "Çelsi" Kriştianu Ronaldunu transfer etmək niyyətindən əl çəkməyib". 

Baş tutmuş transfer xəbərləri: 

26 yaşlı müdafiəçi Andreas Kristensen azad agent qismində "Barselona"ya keçib. Müqavilənin müddəti 2025/26-cı illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

Nunu Eşpiritu Santu "Əl-İttihad"ın (Səudiyyə Ərəbistanı) yeni baş məşqçisidir. Müqavilənin müddəti 2023/24-cü illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

İqor Tüdor "Olimpik Marsel"in yeni baş məşqçisidir. Müqavilənin müddəti 2023/24-cü illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

"Latsio"nun 25 yaşlı sabiq müdafiəçisi Luis Felipe azad qismində "Real Betis"ə keçib. Müqavilənin müddəti 2026/27-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

35 yaşlı portuqaliyalı yarımmüdafiəçi Joau Moutinyu "Vulverhempton"la müqaviləsinin müddətini 2022/23-cü illər mövsümünün sonuna qədər uzadıb.



Xəbərin oxunma sayı : 628




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap