“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

112 min manatlıq qanunsuz qumar əməliyyatı - TƏFƏRRÜAT

Tarix 28.09.26, 15:36

Font ölçüsü : - / +
bitmap-img6


Qazaxıstan ərazisində internet vasitəsilə qeyri-qanuni qumar oyunları təşkil edərək 112 min manatdan çox qanunsuz gəlir əldə etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən, müttəhim 2023-cü ilin sentyabr ayının əvvəlində Qazaxıstanın Almatı şəhərində olarkən həmin ölkənin iki vətəndaşı ilə qabaqcadan əlbir olaraq “Telegram” platformasında “Grand Casino KZ” onlayn kazino oyunlarının təşkilində iştirak edib.

Araşdırma zamanı müəyyən edilib ki, qanunsuz qumar oyunları Qazaxıstanın oyun biznesi haqqında qanunvericiliyi ilə müəyyən edilmiş məkanlardan kənarda, internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməklə təşkil olunub.

İttihama görə, həmin oyunlar həm Qazaxıstan, həm də Azərbaycan ərazisindən onlayn idarə edilib və nəticədə ümumilikdə 112 682,77 manat qanunsuz gəlir əldə olunub.

Məhkəmə araşdırması zamanı məlum olub ki, sözügedən vəsait Qazaxıstanda fəaliyyət göstərən “KaspiBank”ın müxtəlif şəxslərin adına açılmış bank hesablarına daxil olub.

Müttəhim isə məhkəmədə ittihamı qəbul etməyib. O, ifadəsində Qazaxıstan vətəndaşı olan Ramil adlı şəxslə ortaq dostları vasitəsilə tanış olduğunu bildirib.

Onun sözlərinə görə, Ramil Azərbaycanda müvəqqəti qeydiyyata düşmək üçün ona müraciət edib və bunun müqabilində 300 manat pul verib. Daha sonra Ramil Çindən mal gətirib ticarətlə məşğul olmaq istədiyini deyərək bank kartlarının məlumatlarını istəyib.

Müttəhim bildirib ki, Ramilin kartlardan qumar oyunları üçün istifadə etməsindən xəbəri olmayıb. Onun sözlərinə görə, kart məlumatlarının istifadəsinə görə Ramil ona ayda təxminən 600-1 000 manat arasında pul göndərib.

Məhkəmədə verilən ifadəyə əsasən, müttəhim beş bank kartının məlumatlarını həmin şəxsə təqdim edib. O, kartlardan ikisinin öz adına, ikisinin qardaşının adına Azərbaycanda, birinin isə Qazaxıstanda öz adına açıldığını deyib.

Müttəhim həmçinin Qazaxıstana 2023 və 2024-cü illərdə musiqiçi kimi konsertlərlə əlaqədar getdiyini, lakin onlayn qumar fəaliyyəti barədə məlumatının olmadığını bildirib.

Məhkəmə araşdırması nəticəsində onun təqsirli olduğu qənaətinə gəlinib.

Müttəhim Cinayət Məcəlləsinin 244-1.2.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz qumar oyunlarının təşkili və ya keçirilməsi), 244-1.2.4-cü maddəsi (internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə qanunsuz qumar oyunlarının təşkili və ya keçirilməsi) və 244-1.2.5-ci maddəsi (xeyli miqdarda qanunsuz gəlir əldə etməklə törədilən qanunsuz qumar fəaliyyəti) ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.



Xəbərin oxunma sayı : 79




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap