“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycan xurmanı hansı ölkələrə və neçəyə satıb? - Siyahı

Tarix 28.09.26, 16:25

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-iyul aylarında Azərbaycandan xarici ölkələrə 32 milyon 99,16 min dollar dəyərində 40 527,48 ton təzə xurma ixrac edilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan məhsulların 1 kiloqramının orta gömrük dəyəri təxminən 0,79 dollar (1,35 manat) təşkil edib.

Azərbaycandan təzə xurma ən çox Rusiyaya ixrac olunub. Bu ölkəyə 32 min 766,86 ton məhsul göndərilib. Rusiyaya ixrac olunan xurmanın ümumi dəyəri 24 milyon 962,29 min dollar, 1 kiloqramının orta gömrük dəyəri isə 0,76 dollar (1,30 manat) olub.

İkinci böyük ixrac istiqaməti Ukrayna olub. Bu ölkəyə 3 min 2,93 ton təzə xurma ixrac edilib. İxracın ümumi dəyəri 3 milyon 379,48 min dollar, 1 kiloqramın orta gömrük dəyəri isə 1,13 dollar (1,92 manat) təşkil edib.
Xurma ən baha qiymətə Belarusa, ən ucuz qiymətə isə Qazaxıstana ixrac edilib. Belarusa ixrac olunan xurmanın 1 kiloqramının orta gömrük dəyəri 1,53 dollar (2,60 manat), Qazaxıstana ixrac olunan xurmanın 1 kiloqramının orta gömrük dəyəri isə 0,55 dollar (0,94 manat) olub.

Bu ilin yanvar-iyul aylarında ixrac edilən təzə xurmanın ölkələr üzrə miqdarı və 1 kiloqramının orta gömrük dəyəri (ölkədən çıxış qiyməti) aşağıdakı kimi olub:
Rusiya – 32 766 ton 860 kq (0,76 dollar);
Ukrayna – 3 002 ton 930 kq (1,13 dollar);
Türkiyə – 2 193 ton 910 kq (0,63 dollar);
Belarus – 826 ton 390 kq (1,53 dollar);
Qazaxıstan – 777 ton 410 kq (0,55 dollar);
Suriya – 712 ton 150 kq (0,65 dollar);
Moldova – 54 ton 940 kq (0,80 dollar);
İraq – 19 ton 420 kq (0,60 dollar);
Türkmənistan – 19 ton 90 kq (1,10 dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 154 ton 240 kq (0,94 dollar);
Səudiyyə Ərəbistanı – 140 kq (1 dollar).



Xəbərin oxunma sayı : 100




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap