“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Toyuq filesi marketlərdə niyə yoxdur? - AÇIQLANDI

Tarix 28.09.26, 13:55

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda bir sıra marketlərdə toyuq filesinin satışda olmadığı, bəzi satış nöqtələrində isə məhsulun əvvəlki dövrlə müqayisədə daha baha qiymətə təklif edildiyi müşahidə olunur.

AzFakt.com xəbər verir ki, Modern.az-ın apardığı müşahidələr zamanı bir neçə məşhur market şəbəkəsində toyuq filesinə rast gəlinməyib. Satıcıların sözlərinə görə, məhsul bir müddətdir ki, mağazalara əvvəlki həcmdə gətirilmir.

File almaq istəyən istehlakçılar isə əsasən ixtisaslaşmış toyuq məhsulları mağazalarına üz tutmalı olurlar. Bu satış nöqtələrində də qiymətlər əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Hazırda toyuq filesinin ən ucuz qiyməti 8,5 manatdan başlayır.

Satıcılar son bir ay ərzində məhsulun qiymətinin təxminən 1,5 manat artmasını toyuq filesi üzrə yaranan qıtlıqla əlaqələndirirlər.

Bəs marketlərdə toyuq filesinin azalmasının və qiymət artımının səbəbi nədir? Ölkədə həqiqətən file qıtlığı yaranıb, yoxsa vəziyyət müvəqqətidir?

Bu suallarla Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənliyə müraciət edilib.

O, açıqlamasında bildirib ki, son dövrlərdə toyuq filesi və doğranmış toyuq hissələri üzrə ciddi qıtlıq müşahidə olunmur. Lakin bəzi satış nöqtələrində yaranan çatışmazlığın əsas səbəblərindən biri tələbatın artmasıdır.

Onun sözlərinə görə, sentyabr ayında insanların tətildən qayıtması, eləcə də ölkəyə gələn turistlərin sayının çoxalması toyuq ətinə, xüsusilə file və bud hissələrinə tələbatı artırıb. Bundan başqa, qırmızı ətin son dövrdə 1-2 manat bahalaşması da istehlakçıların toyuq ətinə yönəlməsini gücləndirib.

"Yaxın 3-5 gündə bu qıtlıq aradan qalxacaq. Hazırda kifayət qədər istehsalda olan toyuq var", – deyə Mürvət Həsənli bildirib.

Assosiasiya sədri qiymət artımının da gözlənilmədiyini deyib. O bildirib ki, yemin və enerji daşıyıcılarının qiymətində artım olmayıb.

Mürvət Həsənlinin sözlərinə görə, ölkədə ciddi istehsal həyata keçirən 50-yə yaxın fabrik fəaliyyət göstərir və əsas istehsal müəssisələrində hazırda problem yoxdur.

O qeyd edib ki, hazırda toyuğun 85-87 faizi soyudulmuş, təzə kəsilmiş şəkildə bütöv halda satılır. Dondurulmuş file və bud hissələrinə isə əsasən otellər və digər ictimai iaşə obyektləri üstünlük verir.



Xəbərin oxunma sayı : 82




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap