Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Demokratlar Baydeni vəzifəsindən uzaqlaşdırmaqla hədələyiblər - “NY Post“

Tarix 23.07.24, 9:46

Font ölçüsü : - / +
bitmap-img6


Demokrat Partiyasının yüksək vəzifəli rəsmiləri ABŞ lideri Cozef Baydenin prezidentlik yarışından çəkilməyə razı olmayacağı təqdirdə onu vəzifəsindən uzaqlaşdırmaqla hədələyiblər.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən "New York Post" nəşri yazıb.

Partiya elitaları Baydeni yenidən seçilməkdən imtina etməyə inandırmaq istədikləri zaman siyasətçi qəzəb, paranoya və məyusluq nümayiş etdirib.

Nəşr qeyd edib ki, prezident sonuna qədər müqavimət göstərib. Yekun qərar isə partiyanın yüksək vəzifəli şəxslərinin Baydeni hədələməyə başlamasından sonra verilib.

ABŞ Konstitusiyasına edilən 25-ci düzəlişə əsasən, vitse-prezident prezidentin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi və ya fəaliyyət qabiliyyətini itirdiyi halda dövlət başçısı vəzifəsini icra edir. Bundan əlavə, düzəliş Amerika liderinin müvəqqəti fəaliyyət qabiliyyətini itirməsinin müəyyən edilməsi prosedurunu müəyyən edir, bu zaman vitse-prezident ölkə rəhbəri kimi fəaliyyət göstərməyə başlayır.

Bayden iyulun 21-də vitse-prezident Kamala Harrisin Demokratlar Partiyasından prezidentliyə namizəd kimi irəli sürülməsini dəstəkləyərək, yenidən dövlət başçısı seçilmək istəməyəcəyini açıqlayıb.



Xəbərin oxunma sayı : 505




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap