“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycanda gömrük sadələşdirilir? - Yeni sənəd qəbul edildi

Tarix 09.12.25, 10:33

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan gömrük sistemi yeni mərhələyə keçid edir.

AzFakt.com "Modern.az"a istinadən xəbər verir ki, Prezident tərəfindən bir neçə gün əvvəl təsdiqlənən “Etibarlı Tərəfdaş Konsepsiyası” ölkədə xarici ticarətlə məşğul olan şirkətlər üçün həm qaydaların sadələşdirilməsini, həm də daha şəffaf və etimad əsaslı əməkdaşlıq modelinin qurulmasını nəzərdə tutur.

Konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, gömrük orqanları ilə münasibətlərində qanunlara əməl edən, sənədləşməni düzgün aparan, risk yaratmayan və ümumi ticarət mədəniyyətinə hörmətlə yanaşan şirkətlər dövlət tərəfindən “etibarlı tərəfdaş” kimi tanınacaq və bundan sonra xüsusi üstünlüklər əldə edəcəklər.

Yeni sistemə görə belə şirkətlər üçün fiziki yoxlamalar minimuma endiriləcək, sərhəddə gözləmə müddəti xeyli azalacaq, bəzi mallar isə “dərhal buraxılış” adlı xüsusi mexanizmlə daha sürətli şəkildə rəsmiləşdiriləcək. Bu statusu qazanan bizneslər gömrük ödənişlərini hissə-hissə ödəmək imkanı da əldə edəcək ki, bu da xüsusilə kiçik və orta sahibkarların maliyyə yükünü azalda bilər.

Eyni zamanda “Yaşıl dəhliz” buraxılış sistemindən geniş şəkildə istifadə hüququ da məhz etimad qazanmış şirkətlər üçün nəzərdə tutulur.

Konsepsiya yalnız daxili inkişafı deyil, Azərbaycanın beynəlxalq ticarətdə daha rahat tanınmasını da hədəfləyir. Sənəddə göstərilən “Səlahiyyətli İqtisadi Operator” statusu sayəsində yerli şirkətlər digər ölkələrin gömrük xidmətlərində də üstünlük qazana bilər, çünki bu status beynəlxalq səviyyədə etibarlılığı təsdiq edən mexanizmdir. Gömrük anbarlarının fəaliyyəti ilə bağlı qaydalar da yenilənəcək, anbarlarda malların saxlanması və emalı ilə bağlı imkanlar genişlənəcək.

Prezidentin imzaladığı konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, düzgün işləyən şirkət daha az maneə, daha çox dəstək görəcək. Nəzarətin əsas yükü riskli, qaydalara əməl etməyən subyektlərin üzərinə yönləndiriləcək.



Xəbərin oxunma sayı : 607




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap