“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda futbol klubu oyunçuların maaşlarını ödəmir - Klubdan açıqlama

Tarix 15.07.24, 17:36

Font ölçüsü : - / +
bitmap-img6


"Şamaxı" klubundan ayrılan futbolçular iki aya yaxındır maaş ala bilmədiklərindən şikayətlənsələr də, komanda rəsmiləri problemin ən qısa zamanda həllini tapacağını bildiriblər.

"Şamaxı" klubundan ayrılan futbolçular şikayətlərini mediada yayıblar:

"Burada qalanların pulunu veriblər, bizim isə yox. Get-gələ salırlar. Nə vaxt zəng vururuq, gözləyin deyirlər. Pul yoxdursa, komandada saxladıqları futbolçuların maaşlarını haradan alıb veriblər? AFFA pulu köçürübsə, bəs bizim maaşımız hara gedib? Bunu aydınlaşdırmaq üçün AFFA-ya gedəcəyik. Şəxsən prezidentlə görüşmək istəyirik ki, əsl həqiqəti bilək. "Şamaxı" rəhbərliyi heç kimdən çəkinmir. Deyirlər ki, kimə istəyirsiniz, şikayət edin, bizə heç kim heç nə edə bilməz".

Bu barədə Oxu.Az-a açıqlama verən "Şamaxı" klubunun mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov bildirib ki, komandadan ayrılan bütün futbolçuların borcları ödəniləcək.

"Bəli, hazırda komandada müəyyən pul gecikmələri var. Ancaq bütün futbolçulara bildirilib ki, sizin pullar ödəniləcək, heç kimə sizin pullar ödənilməyəcək deyilməyib. Ayrılan futbolçulardan da maaşları ödənilənlər var, yəni ayrılan futbolçulara pul ödənilməyəcək fikri tam əsassız bir şeydir, hissə-hissə bütün borcları bağlayacağıq. Hamı əmin olsun ki, heç kimin bir qəpiyi bu klubda qala bilməz".



Xəbərin oxunma sayı : 1033




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap