“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Pediatrik onkoloji xidmətləri icbari tibbi sığorta qarşılayacaq - Açıqlama

Tarix 27.01.26, 13:34

Font ölçüsü : - / +
bitmap-img6


Pediatrik onkoloji xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək.

AzFakt.com xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Agentlik səhiyyə xidmətlərinin əhatəliliyini genişləndirmək, xüsusilə həssas əhali qruplarının tibbi təminatını gücləndirmək istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirir. Bu çərçivədə, uşaqlar arasında onkoloji xəstəliklərin müalicəsinin əlçatanlığının artırılması prioritetlərdən biridir: “Keçən ilin sonundan etibarən bununla bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə işçi qrupu yaradılıb. Bu il pediatrik onkoloji xidmətlərin icbari tibbi sığorta təminatına alınması ilə bağlı hazırlıq işləri davam edir.

Hazırlıq işləri Xidmətlər Zərfinə daxil ediləcək xidmətlərin, əhatə olunacaq yaş qruplarının və diaqnostikadan müalicəyə qədər təmin ediləcək mərhələlərin müəyyənləşdirilməsini əhatə edir. Bu, geniş və kompleks bir prosesdir.

Planlaşdırılır ki, 2027-ci ildən pediatrik onkoloji xidmətlərin icbari tibbi sığorta hesabına kompleks tətbiqinə başlanılsın. Bu mərhələ bitdikdən sonra isə digər yaş qrupundakı onkoloji xəstələr üçün tibbi xidmətlərin təminatına keçid ediləcək. Nəticədə yaxın illərdə onkologiya sahəsinin geniş şəkildə icbari tibbi sığorta təminatına daxil edilməsi planlaşdırılır”(qafqazinfo).



Xəbərin oxunma sayı : 142




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap