“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Onlayn kreditlərdə yeni dövr: Vətəndaşlar blok qoya biləcək

Tarix 01.10.26, 10:01

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda bankların kredit risklərinin idarə edilməsi mexanizminə mühüm yeniliklər edilib.

AzFakt.com xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov tərəfindən aprelin 28-də təsdiqlənmiş yeni qaydalar 1 oktyabrdan qüvvəyə minib.

Vətəndaşlara onlayn kredit qadağası qoymaq imkanı verilir

Yeni tələblərə əsasən, banklar müştərinin yazılı müraciəti əsasında onun adına distant (onlayn) yolla istehlak kreditinin rəsmiləşdirilməsinə və ya mövcud limitin artırılmasına tam məhdudiyyət qoymalıdır. Bu qadağa bütün satış platformalarında tətbiq edilməlidir. Müştəri tətbiq etdiyi bu bloku yalnız banka şəxsən yaxınlaşmaqla, gücləndirilmiş e-imza və ya gücləndirilmiş müştəri autentifikasiyası vasitəsilə yazılı ərizə təqdim edərək ləğv edə bilər.

Yoxlama və xəbərdarlıq sistemləri

Kredit verən təşkilat daxili sistemləri vasitəsilə borcalanın belə bir qadağasının olmadığını müəyyən etdikdən sonra, bu məlumatı mütləq Kredit Bürosunun bazası üzərindən də dəqiqləşdirməlidir. Onlayn kredit stopu olan şəxslərə distant formada yeni kreditin verilməsi və ya limitin qaldırılması qətiyyən mümkün olmayacaq. Əgər belə bir məhdudiyyət qoymuş şəxs adından məsafədən kredit müraciəti olunarsa, bank bu barədə müştəriyə dərhal mobil tətbiq və ya SMS vasitəsilə bildiriş göndərəcək.

Vəsaitlərin ödənilməsinə vaxt məhdudiyyəti (gözləmə müddəti)

Onlayn rəsmiləşdirilən kreditlər üzrə pulun müştəriyə ötürülməsi (əvvəlcədən xəbərdar edilmək şərtilə) müəyyən olunmuş vaxt çərçivəsində həyata keçiriləcək:

– Minimum əməkhaqqının 2 mislinədək olan məbləğlər – müqavilə bağlandıqdan və ya dəyişiklik edildikdən 2 saat sonra;
– Minimum əməkhaqqının 2 mislindən yuxarı olan məbləğlər – müqavilə bağlandıqdan və ya dəyişiklik edildikdən 24 saat sonra.

Əlavə tələblər

İstehlak krediti müqavilələrinə kreditin və ya limit artımının həyata keçirildiyi halda borclunun həmin öhdəlikdən azad edilməsini nəzərdə tutan bənd əlavə olunmalıdır. Eyni zamanda, məsafədən rəsmiləşdirmə zamanı borcalanın belə bir məhdudiyyətinin olub-olmaması haqqında məlumatlar kredit dosyesinin ümumi sənədlər paketində öz əksini tapacaq.

Bütün bu yeni qaydalar və məhdudiyyətlər banklarla yanaşı, Bank Olmayan Kredit Təşkilatlarına (BOKT) da eyni qaydada şamil edilir.



Xəbərin oxunma sayı : 100




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap