“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Söküntüyə razı olmayan ev sahibini nə gözləyir? - Vəkildən açıqlama

Tarix 01.10.26, 12:38

Font ölçüsü : - / +
bitmap-img6


Tikinti və ya söküntü planına düşən ərazidə yerləşən bina mənzillərinin və həyət evlərinin sahibləri ilə tikinti şirkəti arasında kompensasiya və əmlakın təhvil verilməsi ilə bağlı müqavilə bağlanır.

Bəs ərazidəki mülkiyyətçilərdən biri şirkətin təklif etdiyi kompensasiya məbləği ilə razılaşmasa, daha yüksək məbləğ tələb etsə və ya ümumiyyətlə evini verməkdən imtina etsə, hüquqi baxımdan proses necə davam edir?

Vəkil Mehman Muradlı Valyuta.az-a bildirib ki, Bakı şəhərində söküntü proseslərində mülkiyyət və kompensasiya problemləri həddindən artıq çoxdur:

“Bəzən belə hallarla qarşılaşırıq ki, bir mənzilin və ya evin mülkiyyətçisi evini tikinti şirkətinə vermək istəmir və ya daha böyük kompensasiya tələb edir. Bu tələb olunan məbləğ real bazar qiymətindən baha başa gəlir. Yəni, normalda satsa, əldə edəcəyi qiymətdən tamamilə fərqli olur. Bəzən bu məsələlərdə sui-istifadə halları da çox olur; düşünürlər ki, şirkətdir, məcbur olub verəcək.

Bu problemlər məhkəmə qaydasında həll olunsa da, şirkət azından bir xeyli geriyə düşür, ziyan çəkir. Tək şirkət yox, evləri sökülən şəxslər də faktiki olaraq ziyan çəkirlər. Şirkətin onların kirayə haqqını və digər xərclərini qarşılamasına baxmayaraq, evləri sökülmüş mənzil mülkiyyətçilərinin də mülkiyyət hüquqları pozulur. Çünki tikinti şirkətinin vəd verdiyi vaxtdan artıq çəkəndə həm mülkiyyətçilər, həm də əlavə kirayə haqqı ödəyən şirkət itirir. Hətta şirkətin sonradan əlavə iddia qaldırıb itirdiyi məbləği geri tələb etmək hüququ da yaranır”.

“Məhkəmə qaydasında həll olunan məsələlərdə məhkəmə həmin ərazidəki real bazar qiymətini və likvidlik dərəcəsini nəzərə alır. Bazar qiymətinə uyğun olaraq məhkəmə şirkətin üzərinə kompensasiyanın təmin edilməsi vəzifəsini, mənzil mülkiyyətçisinin üzərinə isə mənzilin boşaldılması vəzifəsini qoyur. Sonda məhkəmə istənilən halda öz qətnaməsini çıxarır. Tərəflərin bu qərarla razılaşıb-razılaşmaması məsələyə o qədər də aidiyyəti olan bir məqam deyil. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra məsələ icra qaydasında öz həllini tapır. Bu mərhələdən sonra tərəflərin razılaşması və ya razılaşmaması artıq əsas şərt sayılmır”– deyə vəkil qeyd edir.



Xəbərin oxunma sayı : 1252




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap