“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Narkotik istifadəçisi deyiləm, amma…” - Nicat üzr istədi - VİDEO

Tarix 07.02.25, 12:31

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslam ifaçı Nicat Məhərrəmlinin onun adından insanlardan pul aldığını, adamları aldatdığını deyib.

Nicat məsələ ilə bağlı açıqlama yayıb. O, Xatirədən üzr istəyib:

"Xatirə İslamın üzərimdə əməyi böyükdür. Maddi və mənəvi mənə dəstək olub. Səhv hərəkətimlə bağlı Xatirənin şəxsiyyətinə ziyan vuracaq bir şey etmişəm və buna görə üzr istəyirəm. Ona sayqım böyükdür, belə də davam edəcək".

Nicat bildirib ki, insanlar onun narkotik aludəçisi olduğunu iddia edib:

"Pis vərdişlər kəliməsi yanlış anlaşılıb. Əgər siz düşünürsünüzsə, pis vərdiş narkotikdir, yalandır. Bu yaşıma qədər heç vaxt narkotik istifadə etməmişəm. 36 yaşım var, hazıram analiz verib, sübut etməyə. Aludəçilik dedikdə, spirtli içki deyilib. Bu da ağır günlərimə görə olub. Bununla fəxr etmirəm, yanlışdır. Amma depressiyada olmuşam və istifadə etmişəm".

X.İslam isə Nicatın video açıqlamasına şərh yazaraq, bunları qeyd edib:

"Həyatda ən böyük arzularımdan biri də səni səhnədə, efirdə görməkdir. İnanıram ki, sən mənim o videomdan bir nəticə çıxardıb, məni sevindirəcəksən. Bu günə qədər elədiyin bütün xoşagəlməz nələr var idisə, onların hamısını silib yeni həyata başlamağı arzu edirəm. Sənə pis nəsə arzu edə bilmərəm"./Axşam.az





Xəbərin oxunma sayı : 976




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap