Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“MilliÖn” rəsmən “Paşa Holdinq”in oldu - FOTO

Tarix 04.07.22, 10:14

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda elektron ödəniş sistemləri bazarının aparıcı şirkətlərindən olan "Komtec Ltd” MMC-nin adı dəyişərək "Pashapay” MMC-yə çevrilib.

Yeniavaz.com xəbər verir ki, Vergilər Xidmətinin reyestr məlumatlarında əvvəllər "Komtec Ltd” MMC-yə məxsus olan VÖEN-in (1300615891) artıq "Pashapay” MMC-yə məxsus olduğu qeyd olunub.

Reyestrdə son dəyişikliyin bu ilin may ayında olduğu bildirilir.

Lakin, "Komtec Ltd” MMC-nin "Pashapay” MMC-yə nə zaman və hansı formada çevrildiyi barədə açıq resurslarda heç bir məlumat yoxdur.

"Vergilər” qəzetinin "vergilər.az” saytında da "Komtec Ltd” MMC-nin ləğv olunması barədə heç bir elana rast gəlmək olmur.

Nizamnamə kapitalı 22 min manat olan "Pashapay” MMC-nin "Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər pr. Ev 153-də yerləşdiyi bildirilir. MMC-yə Məmmədov Samir Sabir oğlu rəhbərlik edir. Məmmədov Samir Sabir oğlu daha əvvəl səhmləri "Paşa Holdiq”ə məxsus olan "Kapital Bank”da Marketinq və Agile metodologiyanın tətbiqi idarəsinin Baş Direktoru olub.

Qeyd edək ki, artıq "Pashapay” MMC-nin saytında da "MilliÖn” terminallarının onlara məxsus olduğu yazılır.

Bildirilir ki, 3000-dən çox ödəniş terminallarına malik "MilliÖn” şəbəkəsində 150-dən artıq şirkət və 500-dən artıq xidmət növü mövcuddur.

"Million.az” saytında isə "MilliÖn” ticarət nişanının "Komtec Ltd” MMC-yə məxsus olduğu barədə məlumat yer alıb. Ehtimal etmək olar ki, "MilliÖn”nün "Komtec Ltd” MMC-dən "Pashapay” MMC-yə keçməsi yaxın tarixlərdə olduğu üçün saytda müvafiq düzəlişlər edilməyib.
 






Xəbərin oxunma sayı : 805




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap