“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Guavalab“ın 200 işçisi ixtisar olundu, maaşlar ödənmədi - VİDEO

Tarix 10.02.26, 9:31

Font ölçüsü : - / +
bitmap-img6


"Guavalab" şirkətinin işçiləri qurumun beş aydır əməkhaqqılarını ödəməməsindən şikayətçidirlər.

Baku TV-yə danışan keçmiş əməkdaşlardan biri üzləşdiyi çətinliyi belə izah edib:

"Guavalab" MMC şirkətində çalışmışam. Oktyabrın axırı mən və 200-ə yaxın əməkdaş ixtisar olunmuşuq. İki ayın əməkhaqqısı - sentyabr və oktyabr ayları üzrə ödənişlər hələ də verilməyib. Kompensasiya və məzuniyyət ödənişləri də ödənilməyib. Direktorumuz Fəxri Qasımov 4-5 aydır hər dəfə fərqli məlumatlar verərək bizi gözlədir".

Digər bir şikayətçi isə hüquqlarının pozulduğunu bu sözlərlə vurğulayıb:

"MMC-nin fəaliyyəti Böyük Britaniyada fəaliyyət göstərən "Guava Pay" şirkətinə texniki dəstək və IT xidmətlərinin göstərilməsindən ibarət olub. İxtisara düşdüyümüz anda Əmək Məcəlləsinin bir neçə maddəsi üzrə hüquqlarımız pozulub. Bunlara son haqq-hesab ödənişlərinin verilməməsi və istifadə olunmayan məzuniyyət günlərinə görə kompensasiyaların ödənilməməsi daxildir".

Mövcud vəziyyətlə bağlı adıçəkilən şirkətin rəhbəri Fəxri Qasımov ittihamlara belə cavab verib:

"Başqa bir şirkətin borcu var. Ona görə də hazırda şirkətdə maliyyə problemləri yaşanır. Bu səbəbdən maaşlar ödənilə bilmir".





Xəbərin oxunma sayı : 124




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap