“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Xidmətin rəisi əvəzi 28 yaşlı qaynına yüksək vəzifə verdi - FOTO

Tarix 09.02.26, 15:57

Font ölçüsü : - / +
bitmap-img6


Traybalizmin hökm sürdüyü Dövlət Su Ehtiyatları Agentliyində növbəti belə hal üzə çıxıb.

Mia.az-ın əldə etdiyi məlumata görə, qudalarından biri - Əsəd Şirinovu özünə müşavir, digəri Fuad Quliyevi isə aparat  rəhbəri təyin edən Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun qurumun tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin (keçmiş "Azərsu" ASC) sədr vəzifəsinin icraçısı təyin etdiyi Tahir Xəlilov da ondan geri qalmayıb.

Məlumata görə, Tahir Xəlilov sədr vəzifəsinin icraçısı təyin olunandan az sonra xeyli qohumlarını bu sahədə işlə təmin edib: "Sədr əvəzinin ən unikal kadr təyinatı isə qaynı Ramil Abdurahmanovla bağlı olub. Tahir Xəlilov 28 yaşlı qaynı Ramili Gəncə Şəhər Sukanal İdarəsinə rəis müavini təyin edib. Bu, o Ramildir ki, təyinata qədər bir gün belə su sistemində işləməyib...

Əlbəttə, kasıb, himayəsiz, arxasızlar, lakin savadlı gənclərə gələndə, imtahan, bir neçə illi təcrübə-filan o qədər bəhanə gətirilir. Bəs Ramil necə oldu ki, birdən-birə ölkənin ikinci böyük şəhərində strateji bir qurumun ikinci şəxsi olub? Hansı mütərəqqi imza sahibidir?..."

Məlumatda deyilir ki, Gəncə Şəhər Sukanal İdarəsində illərini vermiş peşəkar kadrlar hazırda belə naşı, təcrübəsiz, lakin ədalı adamların əlində gicələk qalıblar: "Tahir Xəlilov isə qaynını yüksək vəzifəyə oturtmaqla yetmir, hətta onun xidmətinə dövlətin "CİP Pajero" markalı maşınını da verib.

Tahir Xəlilovun bununla yanaşı, dayısı və digər qohumlarını haralara yerləşdirməsini də araşdırmaq gərək deyilmi? Nədir, bu da özünü Zaur Mikayılovla müqayisə edir?!...".

Məlumat üçün bildirək ki, ADSEA-da qohumları vəzifəyə qoymaq artıq ənənə halını alıb.

Onu da qeyd edək ki, Agentlikdə dolaşan söz-söhbətə görə, Tahir Xəlilovu tezliklə tender ustası olan “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Orxan İmanlı əvəzləyəcək.
img



Xəbərin oxunma sayı : 376




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap