Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Toyuq ixracı dayandırıldı - Azərbaycanda qiymətlər dəyişəcək?

Tarix 09.02.26, 16:14

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə bu gündən etibarən toyuq məhsullarının ixracı müvəqqəti olaraq dayandırılacaq. Qeyd olunur ki, bu qərarın əsas məqsədi daxili bazarda qiymət artımının qarşısını almaqdır...

Bəs, Azərbaycanda vəziyyət necədir?

Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən  "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib ki, son aylarda həm toyuq əti, həm də yumurta qiymətlərində artım müşahidə olunmayıb.

Onun sözlərinə görə, 2016-cı ildən bu günə qədər yumurta qiymətlərində heç bir artım qeydə alınmayıb:

"Toyuq ətinin qiymətinə gəldikdə isə, 2016-cı ildə bir kiloqram toyuq əti 2.95 AZN olub. İnflyasiya və kommunal xərclərin artması səbəbilə, qiymət cüzi şəkildə yüksələrək hazırda 3.60 AZN təşkil edir".

M.Həsənli qeyd edib ki, ölkədə hazırda yumurta istehsalı 130%-in üzərindədir. Yəni kifayət qədərdir və bazar tam təmin olunub. Nəzərə çatdırıb ki, 2024-cü ildə adambaşına düşən illik yumurta istehlakı 147 ədəd olub. Bu il isə həmin göstərici 174-180 ədəd arasında dəyişir.

Assosiasiya sədri əlavə edib ki, son dörd ayda ixrac həyata keçirilməyib. İxrac olsa idi, qiymət artımı müşahidə oluna bilərdi. Dediyinə görə, gələcəkdə də qiymət artımı gözlənilmir. Lakin hesab edir ki, yaxın dövrdə ixracın yenidən bərpası planlaşdırılır:

"Hazırda toyuq əti istehsalı ölkə əhalisinin tələbatının 85-90 faizini ödəyir. Eyni zamanda anbarlarda kifayət qədər toyuq əti ehtiyatı mövcuddur. Xaricdən idxal olunan toyuq əti əsasən kolbasa və sosiska kimi məhsullarının istehsalında istifadə olunur. Onların az bir qismi, xüsusilə Belarusiyadan gələn toyuqlar satışda var".



Xəbərin oxunma sayı : 964




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap