“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Nə müəllim, nə də valideyn bu kabusun öhdəsindən gələ bilmir“ - Sabiq deputat

Tarix 08.02.26, 22:17

Font ölçüsü : - / +
bitmap-img6


"Məktəblərdə baş verən insidentlərin səbəbləri valideynlərdə axtarılır. Dünən AzTV-də gedən bir süjetdə də analoji fikirlər səsləndirildi. Bəs məktəb? Pedaqoq və psixoloqların işi nədən ibarət olmalıdır?" 

Bu barədə keçmiş deputat Etibar Əliyev sosial şəbəkə hesabında paylaşım edib.

Etibar Əliyev daha sonra yazır: "Uşaqlar 1- ci növbədə saat 8-dən 13:00 qədər, ikinci növbədə isə saat 19:00 qədər məktəbdə olmalıdırlar. Sonra isə hazırlıqlar başlayır. Heç kim etiraf etmir ki, müəllim artıq tərbiyə etmək funksiyasını itirib. Bu vacib komponentə heç cavabdehlik də daşımır. Yeni nəsil müəllimlər “Pedaqogika” və “Psixologiya” elmlərindən xəbərsizdirlər. Yeni nəsil dərsliklər yazılmır. Dünyanın inkişaf etmiş təhsil sistemlərində çoxfunksiyalı telefonların ziyanı barədə qalaq-qalaq kitablar yazılır. Valideyin-müəllim dialoqu gündəmin əsas mövzusu olur. Bizdə nə müəllim, nə də valideyn bu kabusun öhdəsindən gələ bilmir. Test üzərində qurulmuş birölçülü təhsil sistemimizdə istedadlar yoxa çıxır. 


Məktəb kitabxanaları funksionallığını tam olaraq itirib. Məktəb təhsil mühiti tam olaraq aşılanıb. Kədərli mənzərə ilə üzləşmişik. Yeniyetmə və gənclərin canlı ünsiyyəti telefon ekranında baş verir. Mütəxəssislər bunu FOMO- itirilmiş imkanlar sindromu adlandırır. İtirilmiş imkanlar sindromunda istedadları itirə-itirə yolumuza davam edirik. Bir vaxtlar müəllim həm də şagirdin məktəbdən kənar davranışına cavabdehlik daşıyırdı. İndi məktəb direktorların tam əksəriyyəti məktəb işini bilməyənlərdir. Savadlı müəllimlərimiz çoxdur, lakin mövcud təhsil sistemi şagirdlərin istedadını aşkara çıxarmaq imkanlarını azaldır.

Gələk valideynlərə. Evlərdə kitabxanası olmayan valideynlər uşaqlarla nə barədə danışırlar. Seriallar, şit komedialar evlərimizə soxulub. Uşaqların və gənclərin davranışında bir xətt özünü açıq-aydın göstərir-kimisə güldürmək. Bu amil yeniyetmə və gənclərin xarakterinə mənfi təsir göstərir. 

Böyük Kant yazırdı:”Uşaqlarda əvvəlcə xarakter formalaşdırın, sonra biliklər verin.” 


Xarakteri məktəb və valideyn birgə formalaşdırmalıdır. Repetitoruna pul aparan şagirdin müəllimə nə hörməti ola bilər…"



Xəbərin oxunma sayı : 655




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap