“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Bakıda kanalizasiya xəttinin təmiri üçün qazılan yol niyə bərpa edilmir? - VİDEO

Tarix 08.02.26, 21:54

Font ölçüsü : - / +
bitmap-img6


Bu küçədə bir problem həlli üçün aparılan iş, digər problemi ortaya çıxarıb...

Xezerxeber.az xəbər verir ki, kanalizasiya xəttinin təmiri üçün qazılan yol bərpa edilməyib.

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi Eldar Xəlilov 34 ünvanında yaşayan sakinlər deyirlər ki, təxminən 1 il əvvəl yolun bir hissəsində kanalizasiya xətti ilə bağlı qazıntı işləri aparılıb. Lakin, dağıdılan yol hələ də təmir edilmir:

Sakinlərin sözlərinə görə, yağış suları yolun qəzalı hissəsinə dolur, ordan da yolun kənarındakı evlərin zirzəmisinə. Ən çox da avtomobillər bu yolda ziyan görür.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlasaq da, sualımıza gün ərzində cavab verilmədi.

Avtomobil yolları Dövlət Agentliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən ərazidə mövcud olan problemlə bağlı məlumatlıdırlar. Qeyd olundu ki, ərazidə bərpa işlərinin aparılmasına görə məsuliyyət qazıntı işlərini həyata keçirən təşkilatın üzərinə düşür. "Həmin küçədə qazıntı işləri İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən aparılıb. Hazırda bərpa işlərinin görülməsi üçün qeyd olunan qurum tərəfindən müvafiq ödəniş təmin edilmədiyindən, tərəfimizdən bərpa işlərinin icrası mümkün deyil. Ödəniş həyata keçirildiyi təqdirdə, dərhal ərazidə bərpa işlərinə başlanılacaq",-deyə Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi.






Xəbərin oxunma sayı : 655




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap