| |
|
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Metroya dəstək, avtomobilə alternativ: Bakıya tramvay qayıdır
Tarix 08.02.26, 18:57 |
|
Ötən həftə rəsmi şəkildə açıqlanıb ki, Bakının şimal istiqamətində yerləşən qəsəbələri şəhər mərkəzi ilə birləşdirəcək "Mehdiabad - 28 May" tramvay xəttinin çəkilməsi planlaşdırılır. Dövlət Proqramında prioritet kimi yer alan bu layihə təkcə yeni nəqliyyat xəttinin yaradılması deyil, paytaxtda ictimai nəqliyyatın rolunun gücləndirilməsi və avtomobil asılılığının azaldılması məqsədi daşıyır. Xətt metro və dəmiryolu ilə inteqrasiya ediləcək, gündəlik minlərlə avtomobil səfərinin azalmasına səbəb olacaq. Bəs tramvay xətlərinin tətbiqi Bakıya nə vəd edir və bu layihə nəqliyyatdakı mövcud problemlərin həllinə hansı töhfəni verə bilər?
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
"Şəhərin istənilən istiqamətinə rahatlıqla gedə biləcəklər"
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, tramvay xəttinin çəkilməsi artıq planlaşdırılıb. Xətt Abşeron yarımadasının şimal hissəsindən başlayaraq Mehdiabad, Məmmədli və Binəqədidən keçməklə "28 May" stansiyasınadək uzanacaq: "Başqa istiqamətlərdə də tramvay xətlərinin çəkilməsi nəzərdən keçirilə bilər. Lakin nəzərə almaq lazımdır ki, Bakı artıq formalaşmış şəhərdir: binalar və obyektlər tikilib, yeni xətlərin çəkilməsi üçün genişmiqyaslı söküntülərə ehtiyac yaranar. Bu isə hazırkı mərhələdə real görünmür. Qeyd olunan istiqamətdə isə mövcud nəqliyyat dəhlizi olduğuna görə tramvay xəttinin çəkilməsi mümkündür".
Y.Mustafayevin fikrincə, bu xəttin çəkilməsi həmin istiqamətdən gələn sərnişinlərin şəhər mərkəzinə çatdırılmasında mühüm rol oynayacaq: "Çünki "28 May" nəqliyyat qovşağıdır və sərnişinlər buradan şəhərin istənilən istiqamətinə rahatlıqla gedə biləcəklər. Üstəlik, qeyd edilən istiqamətlərdə nə metro, nə də dəmiryolu xətti mövcuddur. Avtobuslar isə müxtəlif marşrutlar üzrə hərəkət edir. Bu səbəbdən atılan addımın sərnişindaşımaya ciddi töhfə verəcəyi gözlənilir. Sərnişinlərin yalnız avtobusdan istifadə etməməsi tıxacların azalmasına da müsbət təsir göstərəcək".
"Tramvay avtomobilə rəqib olacaq"
Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyevin sözlərinə görə, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramında Mehdiabad tramvay xəttinin prioritet kimi nəzərdə tutulması təsadüfi deyil: "Tramvay xətlərinin tətbiqi ilk növbədə şəhərdə ictimai nəqliyyatın cəlbediciliyini artırır. Tramvay rels üzərində hərəkət etdiyinə görə marşrutu sabitdir, gözlənilməz manevrlər etmir və vaxt itkisi minimuma enir. Bu isə sərnişin üçün daha proqnozlaşdırılan, rahat və psixoloji baxımdan etibarlı səyahət deməkdir. Eyni zamanda tramvay ekoloji cəhətdən daha təmizdir, səs-küyü azdır və böyük sərnişin tutumuna malikdir. Bu xüsusiyyətlər onu şəxsi avtomobilə real alternativə çevirə bilər".
A.Nəbiyev düşünür ki, yeni yaradılacaq xətlərin səmərəliliyi üçün ayrı olması vacibdir: "Bakının mövcud yol strukturu baxımından tramvay seçimi müəyyən şərtlərlə doğru hesab edilə bilər. Şəhərin bir çox əsas prospekt və magistrallarında yolun en kəsiyi kifayət qədər geniş olan hissələr mövcuddur. Düzgün planlaşdırma ilə tramvay xətti ya yolun orta hissəsində, ya da ayrıca ayrılmış zolaqda təşkil edilə bilər. Əsas məsələ tramvayın avtomobil axını ilə qarışmamasıdır, yəni özünə məxsus yol infrastrukturu olmalıdır. Əks halda, o da avtobus kimi tıxacın bir hissəsinə çevrilə bilər. Yəni tramvay Bakıya uyğundur, lakin bu uyğunluq birbaşa düzgün layihələndirmədən asılıdır".
"Metronun da yükünü azaldacaq"
A.Nəbiyevin fikrincə, metro ilə müqayisədə tramvayın üstünlükləri və zəif cəhətləri var. Tramvayın əsas üstünlüyü onun daha ucuz və daha qısa müddətdə inşa edilməsidir: "Yeraltı qazıntılara ehtiyac olmadığı üçün həm maliyyə yükü azalır, həm də şəhər uzun illər tikinti əziyyəti çəkmir. Tramvay marşrutlarının genişləndirilməsi və dəyişdirilməsi də metroya nisbətən daha çevikdir. Zəif tərəfi isə sürət və ötürmə qabiliyyətidir. Metro daha sürətlidir və pik saatlarda daha çox sərnişin daşıya bilir. Yəni tramvay metronu əvəz etmir, onu tamamlayır və qidalandırıcı rol oynayır".
A.Nəbiyevin fikrincə, nəqliyyatda mövcud problemlərin həllində tramvayın əsas dəstəyi balans yaratmaqdır: "Bu gün Bakıda əsas problem bütün yükün ya şəxsi avtomobillərin, ya da məhdud sayda ictimai nəqliyyat növlərinin üzərinə düşməsidir. Tramvay yeni bir sütun kimi sistemə daxil olur və yükü bölüşdürür. Xüsusilə şəhərətrafı qəsəbələrdən mərkəzə yönələn gündəlik axının bir hissəsini üzərinə götürə bilsə, avtobusların və minik avtomobillərinin sayı avtomatik azalacaq. Bu da ümumi sistemin nəfəs almasına imkan verəcək. Mehdiabad - "28 May" xəttinin tıxac problemini azaldıb-azaltmaması birbaşa tətbiq modelindən asılıdır. Əgər bu xətt "park et - davam et" prinsipi ilə işləsə, yəni Mehdiabad və ətraf ərazilərdə insanlar avtomobillərini saxlayıb tramvaya minsələr, real təsir göstərmək mümkün olacaq. Əks halda, xətt sadəcə yeni bir marşrut kimi qalarsa, tıxacın azalması məhdud olacaq. Tramvay tıxacı möcüzəvi şəkildə aradan qaldırmır, lakin düzgün inteqrasiya olunarsa, onu ciddi şəkildə zəiflədə bilər".
Bu halda real fayda verəcək
Ekspertin sözlərinə görə, səmərəlilik baxımından tramvay xəttinin yalnız Mehdiabad - "28 May" arasında deyil, yolboyu böyük yaşayış massivlərini, universitetləri, biznes mərkəzlərini və nəqliyyat qovşaqlarını əhatə etməsi vacibdir: "Xüsusilə metro stansiyaları, avtovağzal və əsas avtobus xətləri ilə kəsişmə nöqtələri düzgün seçilməlidir. Bu halda tramvay təkbaşına deyil, vahid nəqliyyat sisteminin bir hissəsi kimi işləyəcək və real fayda verəcək".
Xəbərin oxunma sayı : 931
Sosial
Xəbərlər
-
Naxçıvanda məktəblərdə tədris dayandırıldı - İranın hücumuna görə
-
Azəraycan XİN sərt bəyənat yaydı - “Cavab tədbirləri görmək hüququnu özündə saxlayır...“
-
Baş prokuror Sabunçuda vətəndaşları qəul edəcək - Bu tarixdə
-
İran Naxçıvan aeroportuna dron hücumu etdi - Dağıntılar var
-
“Səhiyyə nazirinin özü də etiraf etdi ki…” - Qənirə Ataşovadan sərt açıqlama
-
Abbas Əraqçı ABŞ-ni hədələdi: “Peşman olacaqlar“ - FOTO
-
Turistlər Şuşada adambaşına 188, Ağdərədə isə 28 manat xərcləyiblər - Siyahı
-
Nazirlik Nərmin Qaralovanı cərimələdi - İşçiləri qanunsuz işdən çıxarıb
-
“Mövcud iqtisadi artım templəri bizi qane etmir“ - Mikayıl Cabbarov
-
Kürd qruplaşmaları MOSSAD-ın dəstəyi ilə İrana qarşı əməliyyata hazırlaşır - Axios
-
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin son qiymətləri - VİDEO
-
“TikTok”da canlı yayımda qəlyan çəkdi - 750 manat cərimələndi
-
Aylardır 60 min manatdan çox pulunu ala bilmir - İDDİA /VİDEO
-
Psixoloq seansları cib yandırır: Bir görüş 500 manata qədər - VİDEO
-
7 milyonluq infrastruktur layihəsi ləğv olundu - SƏBƏB
-
ABŞ kəşfiyyatı İranın Ali Liderinin seçilməsi prosesini izləyir - Ağ Ev
-
Sabirabad polisindən əməliyyat - 25 yaşlı qadın saxlanıldı
-
Yasamalda binanın zirzəmisi zəbt edildiyindən çıxarış ala bilmirlər - VİDEO
-
Bu gün Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır
-
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib
-
“Neftçi“nin azərbaycanlı vingeri maaşının artırılmasını tələb edir - MƏBLƏĞ
-
Daha bir icra hakimiyyətində ixtisar- 36 əməkdaş çıxarıldı
-
Şəhərin mərkəzində onlarla mənzilə istilik verilmir - ŞİKAYƏT /VİDEO
-
Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib - FOTOLAR
-
Gədəbəydə dövlət məmuruna mükafat verən “jurnalist“ həbs olundu - VİDEO
-
Aslan Əliyevin 4,2 milyonluq əmlakı müsadirə olundu - FOTO
-
Xətaidə çökmənin ətrafdakı evlərə yaratdığı təhlükə - VİDEO
-
Sabunçu rayonunda gölün qanunsuz doldurulması işləri davam edir - VİDEO
-
Ramazan ayının on beşinci günü - İmsak və iftar vaxtı
-
Azərbaycan enerji ixrac marşrutlarının şaxələndirilməsi istiqamətində yeni mərhələyə qədəm qoyub
-
50 mindən çox vəsaitin leqallaşdırılması iddiası - Zamin Zəkiyə 8 il həbs istənildi
-
ASCO sədrindən tapşırıq - Qohumlar bir yerdə işləyə bilməyəcəklər
-
“Ermənistanın təhlükəsizlik təminatı kağız üzərində idi“ - PAŞİNYAN
-
“İranın yanında olan hər kəsə təşəkkür edirəm“ - PEZEŞKİAN
-
Bakıda məşhur restoran söküləcək - Qaz xəttinin üzərində tikilibmiş
-
Evdə oturduğumuz halda kartımızdan gedişhaqqı çıxırlar - Kütləvi ŞİKAYƏT
-
Azərbaycan artıq təkcə enerji istehsalçısı deyil, qlobal enerji təhlükəsizliyinin formalaşmasında söz sahibi olan strateji aktordur
-
Məktəblərdə bu qidaların satışı qadağan edildi - SİYAHI
-
Qətərdə fövqəladə vəziyyət elan edilib - Qaz hasilatı tam dayandırılıb
-
Anar Qasımov vəzifəsindən azad edildi - Əmr imzalanıb
-
“Feniksal Group“ MMC-dən ŞİKAYƏT: “Bina üç ildir təhvil verilmir“ (VİDEO)
-
Əcnəbi turistlər Azərbaycanda yeyib-içməyə nə qədər pul xərcləyiblər? -SİYAHI
-
“Alimentlə bağlı icraatda olan işlərin sayı son 5 ildə 10 minədək artıb“ - Nazir müavini
-
Vüsal-300-ün adamları sosial şəbəkələrdə qanunsuz lizinqi reklam edir - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanın beynəlxalq hava limanlarında tranzit zonaları yaradılır - YENİ QAYDA
-
“Nazirlikdə 64-ü rəhbər vəzifələrdə olmaqla 4134 qadın əməkdaş xidmət edir“ - General
-
İran Türkiyə istiqamətində ballistik raket atıb - Müdafiə Nazirliyi məlumat yayıb
-
Sabiq rəisin məhkəməsi - 143 milyon manatlıq mənimsəmə
-
Prezident onları təltif etdi - SƏRƏNCAM
-
Yeni nazir təyin olundu - Fərid Bağırzadə kimdir7 + DOSYE
-
“Namizədlər müəyyənləşib“ - İranın Ekspertlər Məclisi
-
Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
-
“Çətin vəziyyətdir, ölkədə biabır oldu” - İlham Pirməmmədov
-
İmişlidə məktəb direktorunun şagirdi döyməsi faktı öz təsdiqini tapır - VİDEO/FOTO
-
“Maşın Şou”da qazandığı avtomobili məhkəmədə uduzdu - Şikayətləri təmin edilmədi
-
Tanışının çiyninə toxunduğuna görə öldürüldü - Mərhumun anasından ilginc ifadə
-
Gənc istedadlara xüsusi təqaüdlər verilməsi üçün 62 min manata yaxın vəsait ayrılıb - SƏRƏNCAM
-
Prezident İranın ölkəmizdəki səfirliyində oldu, başsağlığı verdi - FOTOLAR
-
İran ABŞ-la danışıqlar aparmayacaq - Xameneinin müavini
-
Binəqədi rayonu “SOCAR” ərazisində daha bir qanunsuz tikinti - İcazəni hansı məmur icazə verib?
-
Penisiyalar tez ödəniləcək... - Nazirlik məlumat yaydı
-
MEDİA-dan Yaxın Şərqlə bağlı çağırış - “Manipulyasiyaya yol verməyin”
-
Azərbaycan telekanallarında qadağadan sonra efirlər belə oldu - VİDEO
-
Deputat-rektor paradoksu: Kooperasiya Universiteti ləğv oluna bilər
-
Apteklərdə kütləvi yoxlamalar aparıldı - Ciddi nöqsanlar aşkarlandı
-
Yevlax təhsilində Namidə Abbasova tandemi - Sektor müdirini kim qoruyur?
-
Əxlaqsız paylaşımlarına görə 3 qadın saxlanılıb - Naxçıvanda
-
Arıqlama çayları və kofeləri alarkən diqqətli olun! - VİDEO
-
“Şahın oğlu İranda hakimiyyət üçün düşündüyümüz şəxslər arasında deyil“ - Tramp
-
Nazir yeni direktorlarla məktəb idarəetməsini müzakirə etdi - Fotolar
-
Azərbaycana müalicə üçün gələn əcnəbilər - Onlar hansı ölkələrdəndi?
-
“Hörmüz boğazı açılmasa, neftin qiymətləri hamını məhv edəcək“ - Vuçiç
-
Xaricdə təhsil alan tələbələr diplomlarının tanınması üçün nə etməlidirlər? - VİDEO
-
Artan boşanmaların səbəbi: “Hər dəqiqə telefonu mənə göstərməlisən“ - VİDEO
-
Trampdan Hörmüz boğazı ilə bağlı mesaj: “Lazım gələrsə, tankerləri müşayiət edəcəyik“
-
“Xoşbəxtəm ki, bir çox qadının idealıyam“ - Fotolar
-
Aviabiletlər bahalaşdı - Bu istiqamətlər üzrə (VİDEO)
-
“İranın qonşu ölkələrlə problemi yoxdur“ - Abbas Əraqçi
-
NATO İranın nüvə və raket potensialının ləğvini dəstəkləyir - RUTTE
-
Avtobusların dəyişdirilməsi sərnişinlərin narazılığına səbəb olub - VİDEO
-
“İspaniya bildirib ki, onların bazalarından istifadə edə bilmərik, amma...“ - Tramp
-
Gədəbəydə məmura müəmmalı mükafat təqdim olundu - VİDEO
-
Mehriban Əliyeva Od çərşənbəsi münasibəti ilə paylaşım edib - FOTO
-
Ramazan ayının on dördüncü günü - İmsak və iftar vaxtı
-
Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar...
-
Azərbaycanda daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
-
“İçərişəhər”in sektor müdiri Çopurov hərbi xidmətdən necə yayınıb? - İLGİNC
-
Gecə paltarlarını reklam edən bloqer cərimələndi - FOTOLAR
-
ABŞ və İsrailin öldürdüyü 168 şagird dəfn olundu - “Bu, vəd edilən azadlıqdır?” + VİDEO
-
Müharibə Türkiyəyə yayılarsa, cavablarını alacaqlar - Hakan Fidan
-
“Referans”ın baş həkimi şantajda ittiham olunur - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
-
Şərurda şəkər xəstələrinə dövlətin ayırdığı dərmanlar satışa çıxarılıb? - İDDİA
-
“A-Qroup Sığorta” batır? - Şirkətin yığımları 55,32 faiz azalıb
-
İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
-
Ceyhun Bayramovla Fransa XİN başçısı telefonda danışdı - Nələr müzakirə edilib?
-
“Qızıl Ay” restoranı qanunsuz reklama görə cərimələndi - 1500 manat
-
Müşfiq Abbasov bu statuslarına görə həbs edilib - Çingiz Abdullayev, “Epşteyn işi”...
-
“İranla danışıqlar aparmaq üçün artıq gecdir“ - Tramp
-
Azərbaycanda 5 icra başçısının müavinlərinin sayı azaldıldı - SİYAHI
-
Bəzi yerlərdə yağıntı intensivləşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Turistlər Azərbaycanda nə qədər pul xərcləyib? - Ölkələr üzrə siyahı
-
Ağır xəstəlikdən əziyyət çəkən azyaşlıya toplanan pulu taladı - VİDEO
-
Vens əməliyyata qarşı çıxıb - Trampı o şəxs razı salıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Temperatur enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
-
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
-
Vilayət Eyvazov Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
-
Şirkət rəhbəri 20 min cərimələndi - Təhsil ekspertinə görə
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Milyonluq tenderlərdən qara siyahıya: Zakir Fərəcovla Vidadi İsayevin “favorit”i saxta sənədlə ifşa olundu
-
“Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialımız olacaq“ - Prezident
-
İran Qətərdəki ABŞ aviabazasını vurdu - BƏƏ-də isə neft yatağına zərbə endirdi
-
Baş nazirdən aksiyalarla bağlı qərar - Burda da qadağan edildi
-
Azərbaycan və Pakistanın XİN başçıları arasıda telefon danışığı: Regiondakı son vəziyyət müzakirə edildi
-
Sosial şəbəkədə çılpaq videolar yayan qadınlar həbs edilib - Təfərrüat
-
Beyləqanda Bədən Tərbiyəsi və İdman Günü qeyd edildi - FOTOLAR
-
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək - QANUN DƏYİŞDİ
-
SOCAR-da nə baş verir? - Rentabellilik gətirən işçiləri ixtisar edir, baş ofis işçilərini artırırlar...
-
Təqsirsizlik prezumpsiyası hansı hallarda pozulur və cəzası nədir? - Ali Məhkəmədən xüsusi QƏRAR
TOP 10
ARXİV






