| |
|
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Azərbaycan xalqına qarşı reklam terroru - “Dəmirörən” şirkətinin xalqımıza vurduğu zərbələr və qazanılan pullar…
Tarix 04.02.26, 17:16 |
|
Xarici ölkələrdə bir qayda olaraq qumar oyunlarınıa daha çox varlılar meyl edirlər. Çünki bu, onlar üçün bir əyləncədir. Azərbaycanda isə daha çox kasıb adamları qumara cəlb etmək üçün hər şey edilir...
Qumarın fərdlər, ailələr və bütövlükdə cəmiyyətlər üçün nə qədər ağır fəsadlar yaratdığıının isbata ehtiyacı yoxdur. Ta qədim zamanlardan insanlar bu fəsadlardan qorxub və qumarı ən pis və günah əməllər içinə salblar. Bu baxımdan qumar Azərbaycan milli mentalitetində həmişə yasaqlanıb. Lakin son zamanlar bu dəyişib və artıq biz sadəcə qumar reklamlarının birbaşa təsirləri altında yaşayırıq.
Ötən yazılarımızda “Azərlotoreya” və “Misli”nin mərc oyunları və onlayn qumar masalarının Azərbaycanda 7/24 rejimində bütün informasiya resurlarında reklam olunmasının yaratdığı təhlükələrdən yazmışdıq. Növbəti yazımızda bu reklamların yaratdığı sosial və psixoloji təsirləri və öz əlimizlə, hətta dövlət dəstəyi ilə yaratdığımız faciləri araşdırmışıq.
Poliqon-un əməkdaşı bü aktual mövzunu “Sağlam Cəmiyyət” Hərəkatının sədri, sosioloq Elçin Bayramlı və “İntellekt” Akademiyasinin rəhbəri, psixoloq Fərqanə Mehmanqızı ilə müzakirə edib.

“Çox təəssüf ki, son zamanlar Azərbaycanda bir lotereya, qumar bumu yaşanır”.
Bu bir tələdir…
Elçin Byramlı Poliqon-a açıqlamasında bildirib ki, artıq bir neçə ildir Azərbaycanda mərc və onlayn qumar masaları kütləvi şəkildə reklam olunur və bu da insanlarda asan qazanc əldə etmək həvəsini gücləndirir. Sosioloq hesab edir ki, bu reklamların əsas hədəfi də elə budur: yəni daha çox insanı qumara alışdırmaq, onları qumardan asılı vəziyyətə salmaq…
“Sonda onlar asan yolla qazanc əldə edə bilməslər də, sonuc budur ki, bu reklamlar insanların mərc oyunlarına və onlayn qumar masalarına axınını artırır. Əslində elə bu reklamların məqsədi də ondan ibarətdir. Yəni bu bizim insanlara qarşı bir tələdir və reklamların da bu səviyyədə artması, bütün informasiya resurslarını əhatə etməsi onu deməyə əsas verir ki, tələ öz işini görür və bu işin başında duranlara yaxşı qazanc gətirir. Əks təqdirə qarşı tərəf reklama bu qədər pul xərcləməyə də maraqlı olmaz”.
Sosioloq bildirib ki, Azərbaycanda hər il 100 milyonlarla manat vəsait mərc oyunlarına və onlayn qumar masalarına yönləndirilir. Bu pullar uduzular və ölkədən çıxarılır.
“Yəni bizim insanlarımıza, xüsusən də kasıb insanlarımıza hər il yüz milyonlarla manat ziyan vurulur. Kimsə deyirsə ki, qumar və mərc oyunları kiməsə qazandırır, bu yalanadır. Əgər qumarı oynadanlar ziyana düşsələr, o zaman onu reklam da eləməzlər. Bu aksiomadır”.
Boşanmalar və qumar reklamları...
Elçin Bayramoğlu hesab edir ki, qumar ailələri dağıdan əsas faktorlardan biridir. Azərbaycanda isə son illər boşanmaların sayı sürətlə artıb və bu da təbii ki, demoqrafik vəziyyəti daha da pisləşdirir. Yəni sözü gedən reklamlar ailə institutunun sıradan çıxmasına bu və ya digər şəkildə təsir edir.
“Qumar ailələri dağıdan əsas amillərdən biridir və bu gündə biz görürük boşanmaların sayı həddindən artıq artıb. Bu boşanmaların neçə faizinin qumarla bağlı olduğunu biz deyə bilməsək də, mərc oyunlarının və onlayn qumarın ölkədə bu qədər kütləvi şəkildə reklam olunmasına nəzərən deyə bilərik ki, qumar Azərbaycanda yaşanan boşanma səbəbləri arasında heç də sonuncu deyil. Məhz futbol və digər onlayn qumar hesabına insanlar müflis olur, borca düşür, evlərini satır, nəticədə ailələrini və normal xoşbəxt həyatlarını itirilər. Açığı Azərbaycanda hazırda bu sahədə böyük faciələr yaşanır və bu fonda mərc oyunlarının reklam sahələri və resurları genişlənir.
Bayramlı qeyd edib ki, buna son veriməzsə, biz daha böyük faciə ilə üzləşəcəyik.
Burada bir haşiyə çıxaq: yerli mətbuatda dərc olunan statistik məlumatlarda bildirilir ki, “Azərlotoreya” və “Misli”nin oyunlarından qazanmaq şansı 0.00002%-dir. Yəni lotoreya və mərc oyunlarına, o cümlədən onlayn qumara yönələn yüz milyonlarla manat vəsaitin demək olar ki, 100%-i sadəcə bu oyunları təşkil edənlərin, yəni Dəmirörənlərin cibinə axır. Bu zaman Azərbaycan vətəndaşları sadəcə daha da kasıblaşır və reklamların səviyyəsinə baxaraq deyə bilərik ki, daha çox kasıblaşmağa davam edəcək.
Dəmirörənlərə bu qədər geniş imkanların verilməsi isə onu deməyə əsas verir ki, bu sahədə Dəmirörənlərin çox güclü bir şəriki var və o şərikin kimliyini biz faktiki olaraq bilmirik.
Din xadimləri niyə susurlar?
Qumarın dini baxımdan da haram olduğuna diqqət çəkən sosioloq bildirib ki, din xadimlərinin və dindar adamların bu bəlaya susqunluq nümayiş etdirmələri heç də anlaşılan deyil.
“Qumar dini baxımdan da günahdır və islam dinində böyük günahlar sırasındadır. Milli menatlitet baxımından da qumar hər zaman ən pis əməlllər sırasında yer alıb və bu mərəzin bu kütləvi şəkildə reklam olunması açıqcası başa düşülən də deyil. Niyə “Azərlotoreya”ya bu qədər geniş imkanlar tanınır, bu da anlaşılan deyil. Səhərdən axşama spirtli içkilərin haram olmasından danışan din xadimləri də bu məsələdə susurlar. Qumar insani normaları, mənəvi normaları ən ağır şəkildə pozan bir günahdır. Mən hətta buna cinayət də deyərdim. Çünki söhbət başqasının halal pulunu haramcasına mənimsəməkdən gedir və bu məsələ həm də dini-mənəvi məsələdir. Ona görə də bu məsələ ilə bağlı, yəni hər gün, hər saat qumar reklamlarının evimizə, qulağımıza və beynimizə belə asanlıqla xitab eləməsinə din xadimlərinin, dindar adamların susqunluq nümayiş etdirmələri anıaşılmazdır”.
Qumar oyunları dövlətə və xalqın rifahına heç bir xeyir vermir...
Sosoioloq hesab edir ki, bu məsələdə dövlət müşahidəçi vəziyyətindən çıxaraq öz üzərinə düşəni etməlidir.
“Mən hesab edirəm ki, bu məsələdə dövlət təcili fəaliyyətə keçməli və istər onlayn, istərsədə real adına lotoreyalar deyilən qumar masaları qadağan olunmalıdır. Təkcə reklam deyil, həm də oyunların böyük əksəriyyəti qadağan olunmalıdır. Çünki bu böyük faciələrə yol açır, insanlarda neqativ asılıqlar yaradır, dövlətə və xalqın rifahına heç bir xeyir vermir, əksinə xalqın daha çox kasıblaşmasına, intihara qədər aparan psixoloji pozğunluqlara və ailələrin dağılmasına səbəb olur. Heç kim qalxıb deyə bilməz ki, səhərdən-axşama, axşamdan-səhərə reklam olunan bu qumar oyunları xalqa, ya da dövlətə hansısa hansısa anlamda fayda verir, rifaha səbəb olur. Qumar ancaq bədbəxtliklərə yol açır. Ondan əldə olunan pulllar isə çox kiçik bir qrupun cibinə axır. Bir daha qeyd edim ki, Azərbaycanda bu sektordan qazanılan pulların əksər hissəsi ölkədən çıxarılır. Yəni bir qrup adam vətəndaşlarımızı aldadaraq onların pullarını mənimsəyirlər”.
Ən böyük zərər yeniyetmə və gənclərə verilir…
Sosioloq qeyd edir ki, bu kütləviləşən reklamlar ən çox yeniyetmə və gənclərə mənfi təsir edir, onların həyatını və gələcəyini korlayır, faktiki olaraq yeniyetmə və gənclərimiz üçün faciələrin qapısını açır.
“Qumar xüsusən yeniyetmələrin və gənclərin həyatını məhv edir. Bu gün Bakı şəhərinin bütün küçə və ictimai yerləri, hətta məktəblərin yaxınlığı lotoreya kuponları satışı ilə doludur. Bu satışa yaş məhduduyyəti belə qoyulmayıb. Eyni vəziyyət onlayn məkanda da mövcuddur. İstənilən şəxs yaşına və başına baxmadan “Misli”nin saytına girib onlayn qumar oynaya bilər. Ona görə də bu gün uşaqlar çox asanlıqla bu mərəzə qoşulurlar və artıq vəziyyət kütləvi hal almağa başlayıb.
Bəs gələcəkdə bu uşaqlar qumar asılılığından xilas ola biləcəklərmi? Mən qəti şəkildə dedyirəm: Heç vaxt azad ola bilməyəcəklər. “Azərlotoreya”nın qumarı bu qədər kütləviləşdirməsi bizim gələcəyimizi məhvə aparır və bu mənzərə qorxuncdur”.
Qumar oynayanlar da, oynadanlar da cəzalanmalıdırlar…
Elçin Bayramlı fikirini yekunlaşdıraraq bildirib ki, qumarın bütün növlərini oynamaq cinayət hesab olunmalıdır.
“Bir daha altını çizərək vurğulayıram ki, dövlət təcili fəaliyyətə keçməli və istər küçələrdə, istərsə də onlayn məkanda tüğyan edən qumar bumu qadağan edilməlidir. Mənə görə, “Azərlotoreya” ümumuiyyətlə milliləşdirilməli və tam olaraq dövlətin nəzarətinə keçməlidir. Lotoreyadan söhbət gedirsə, sovet dönəmindəki lotoreya sisteminin fəaliyyəti bərpa olunmalıdır və bundan başqa bütün oyunlar qadağan olunmalıdır. Məncə cəmiyyətimizi qumar fəsadından, gələcək fəlakətlərdən və faciələrdən qorumağın yolu budur. Eyni zamanda internet resurlar vasitısi ilə qumar reklamların xaricdən ölkəmizin internet məkanına daxil olmasının qarşısı alınmalıdır və bu seqment tam şəkildə bloklanmalıdır.
Ümumiyyətlə isə qumarın bütün növlərini oynamaq cinayət hesab olunmalıdır və düşünürəm ki, bu məsələ də qanunla təsdiq edilməlidir. Çünki qumar insanları cinayət etməyə sövq edən faktorlardan biridir və bu cinayət mənbəyi sözün əsl mənasında qapadılmalıdır. Qumar sosial problemdir və bu problemin ayaq açıb yeriməsinə imkan vermək özü-özlüyündə bu sektorun yaratdığı cinayətlərə şərik olmaq deməkdir.
Qanunvericilik səviyyəsində qumar onyanlara da, o oynadanlara qarşı da cəzalar sərtləşdirilməlidir. Əgər biz azərbaycanlıyıqsa, türküksə və müsəlmanıqsa, bu ağır günahdan kənarda durmalıyıq, bizi bu günaha sövq edənləri də cazalandırmalıyıq”.

Fərqanə Mehmanqızı: “Azart oyunlarının davamlı reklamı bizim gələcəyimiz üçün ancaq faciələr vəd edə bilər”.
İnternet saytlarında belə reklamlar qadağan olunmalıdır…
Psixoloq, “İntellekt” Akademiyasinin rəhbəri Fərqanə Mehmanqızı da Poliqon-a açıqlamasında bidirib ki, mərc və onlayn qumar oyunları asılıq yaradan oyunlardır və cəmiyyətimizin sağlamlığı üçün bu oyunlar qadağan olunmalıdır.
“Mərc və onlayn qumar oyunları asılıq yaradan oyunlardır. Bu oyunlar alkoloji, narkoloji və tütün məhsullarının yaratdığı asılıq kimi insanlarda psixoloji asılıq yaradır. Ona görə də mərc oyunlarının və onlayn qumar masalarının reklamı qadağan olunmalıdır. Bu reklamların yeniyetmə və gənclərə təsirləri isə daha böyük fəsadlar yaradır. Bu üzdən də bu reklamlarən azından 18 yaşından yuxarı insanlara ünvanlanmalıdır və gecə yarısı yayımlanmalıdır. Ümumilikdə sosial şəbəkələrdə, adi telefon oyunlarında və internet saytlarında belə reklamların getməsi qadağan olunmalıdır və bu qanunvericiliklə təsbit olunmalıdır.”
Qumar asılılığı ailələrin dağılmasına, cinayətlərə, intaharlara yol açır…
Fərqanə Mehmanqızı deyir ki, hər kəs pul uduzduqca, ailədə daha çox söz-söhbətlərin, dava-dalaşın yaranmasına səsbəb olur. Bu asılıq daha sonra ailənin dağılmasına, cinayətlərə, intiharlara qədər gedib çıxa bilir.
“Bu tip reklamların yeniyetmə və gənclərin psixologiyasına mənfi təsiri barədə isə onu deyə bilərəm ki, hər şeydən əvvəl qumar reklamları onları asan və tez bir zamanda pul qazanmağa şirnikləşdirir və bu psixoloji aludəçilik yaradır. İkinci mərhələdə isə pul uduzmalar davam etdikcə bu insanlar bir tərəfdən itirdiklərini geri qaytarmağa çalışır, digər tərəfdən isə ailə-məişət problemləri yaradırlar. Təbii ki, hər kəs pul uduzduqca, ailədə daha çox söz-söhbətlərin, dava-dalaşın yaranmasına səbəb olur. Bu asılıq daha sonra ailənin dağılmasına, cinayətlərə, intaharlara qədər gedib çıxa bilir. Yəni asan yolla pul qazanmağın reklam olunmasının hər bir halda faciəvi nəticələr doğurur. Bir çox halalrda qumar aslılığı özüylə bərabərində alkoqalizm, ya da nanakotik asılıq da gətirir. Ümumiyyətlə isə hər üç faktor insanların həyatında faciələr yaradır. Bəziləri alkoqolu, ya da qumarı narkotikdən daha az ziyanlı hesab edirlər, amma bilməliyik ki, hər üç asılıq eyni dərəcədə insanların gələcəyi, ailəsi və sağlamlığı üçün təhlükəlidir. Qumar asılılığının sağlamlığa yaratdığı təhlükə barədə isə onu deyə bilərəm ki, bir çox halalrda böyük məbləğlərdə uduzmaqdan sonra insanlar çıxış yolunu yalnız intiharda görürlər.
Ona görə də, deyə bilərəm ki, azart oyunlarının davamlı reklamı bizim gələcəyimiz üçün ancaq faciələr vəd edə bilər”.
Xatırladaq ki, “Dəmirörən” şirkəti qardaş Türkiyədə də mərc oyunlarını və onlayn qumar biznesini idarə edir. Orda da vəziyyət demək olar ki, bizdəki kimidir. Lakin son zamanlar Türkiyədə qumar reklamına qarşı səslər yüksəlir və bu sahədə bir sıra addımlar atılır. Bizdən fərqli olaraq isə Türkiyədə onlayn qumar və mərc oyunlarınn reklamları bu qədər yayğınlaşmayıb.
Xəbərin oxunma sayı : 1795
Gündəm
Xəbərlər
-
Naxçıvanda məktəblərdə tədris dayandırıldı - İranın hücumuna görə
-
Azəraycan XİN sərt bəyənat yaydı - “Cavab tədbirləri görmək hüququnu özündə saxlayır...“
-
Baş prokuror Sabunçuda vətəndaşları qəul edəcək - Bu tarixdə
-
İran Naxçıvan aeroportuna dron hücumu etdi - Dağıntılar var
-
“Səhiyyə nazirinin özü də etiraf etdi ki…” - Qənirə Ataşovadan sərt açıqlama
-
Abbas Əraqçı ABŞ-ni hədələdi: “Peşman olacaqlar“ - FOTO
-
Turistlər Şuşada adambaşına 188, Ağdərədə isə 28 manat xərcləyiblər - Siyahı
-
Nazirlik Nərmin Qaralovanı cərimələdi - İşçiləri qanunsuz işdən çıxarıb
-
“Mövcud iqtisadi artım templəri bizi qane etmir“ - Mikayıl Cabbarov
-
Kürd qruplaşmaları MOSSAD-ın dəstəyi ilə İrana qarşı əməliyyata hazırlaşır - Axios
-
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin son qiymətləri - VİDEO
-
“TikTok”da canlı yayımda qəlyan çəkdi - 750 manat cərimələndi
-
Aylardır 60 min manatdan çox pulunu ala bilmir - İDDİA /VİDEO
-
Psixoloq seansları cib yandırır: Bir görüş 500 manata qədər - VİDEO
-
7 milyonluq infrastruktur layihəsi ləğv olundu - SƏBƏB
-
ABŞ kəşfiyyatı İranın Ali Liderinin seçilməsi prosesini izləyir - Ağ Ev
-
Sabirabad polisindən əməliyyat - 25 yaşlı qadın saxlanıldı
-
Yasamalda binanın zirzəmisi zəbt edildiyindən çıxarış ala bilmirlər - VİDEO
-
Bu gün Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır
-
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib
-
“Neftçi“nin azərbaycanlı vingeri maaşının artırılmasını tələb edir - MƏBLƏĞ
-
Daha bir icra hakimiyyətində ixtisar- 36 əməkdaş çıxarıldı
-
Şəhərin mərkəzində onlarla mənzilə istilik verilmir - ŞİKAYƏT /VİDEO
-
Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib - FOTOLAR
-
Gədəbəydə dövlət məmuruna mükafat verən “jurnalist“ həbs olundu - VİDEO
-
Aslan Əliyevin 4,2 milyonluq əmlakı müsadirə olundu - FOTO
-
Xətaidə çökmənin ətrafdakı evlərə yaratdığı təhlükə - VİDEO
-
Sabunçu rayonunda gölün qanunsuz doldurulması işləri davam edir - VİDEO
-
Ramazan ayının on beşinci günü - İmsak və iftar vaxtı
-
Azərbaycan enerji ixrac marşrutlarının şaxələndirilməsi istiqamətində yeni mərhələyə qədəm qoyub
-
50 mindən çox vəsaitin leqallaşdırılması iddiası - Zamin Zəkiyə 8 il həbs istənildi
-
ASCO sədrindən tapşırıq - Qohumlar bir yerdə işləyə bilməyəcəklər
-
“Ermənistanın təhlükəsizlik təminatı kağız üzərində idi“ - PAŞİNYAN
-
“İranın yanında olan hər kəsə təşəkkür edirəm“ - PEZEŞKİAN
-
Bakıda məşhur restoran söküləcək - Qaz xəttinin üzərində tikilibmiş
-
Evdə oturduğumuz halda kartımızdan gedişhaqqı çıxırlar - Kütləvi ŞİKAYƏT
-
Azərbaycan artıq təkcə enerji istehsalçısı deyil, qlobal enerji təhlükəsizliyinin formalaşmasında söz sahibi olan strateji aktordur
-
Məktəblərdə bu qidaların satışı qadağan edildi - SİYAHI
-
Qətərdə fövqəladə vəziyyət elan edilib - Qaz hasilatı tam dayandırılıb
-
Anar Qasımov vəzifəsindən azad edildi - Əmr imzalanıb
-
“Feniksal Group“ MMC-dən ŞİKAYƏT: “Bina üç ildir təhvil verilmir“ (VİDEO)
-
Əcnəbi turistlər Azərbaycanda yeyib-içməyə nə qədər pul xərcləyiblər? -SİYAHI
-
“Alimentlə bağlı icraatda olan işlərin sayı son 5 ildə 10 minədək artıb“ - Nazir müavini
-
Vüsal-300-ün adamları sosial şəbəkələrdə qanunsuz lizinqi reklam edir - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanın beynəlxalq hava limanlarında tranzit zonaları yaradılır - YENİ QAYDA
-
“Nazirlikdə 64-ü rəhbər vəzifələrdə olmaqla 4134 qadın əməkdaş xidmət edir“ - General
-
İran Türkiyə istiqamətində ballistik raket atıb - Müdafiə Nazirliyi məlumat yayıb
-
Sabiq rəisin məhkəməsi - 143 milyon manatlıq mənimsəmə
-
Prezident onları təltif etdi - SƏRƏNCAM
-
Yeni nazir təyin olundu - Fərid Bağırzadə kimdir7 + DOSYE
-
“Namizədlər müəyyənləşib“ - İranın Ekspertlər Məclisi
-
Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
-
“Çətin vəziyyətdir, ölkədə biabır oldu” - İlham Pirməmmədov
-
İmişlidə məktəb direktorunun şagirdi döyməsi faktı öz təsdiqini tapır - VİDEO/FOTO
-
“Maşın Şou”da qazandığı avtomobili məhkəmədə uduzdu - Şikayətləri təmin edilmədi
-
Tanışının çiyninə toxunduğuna görə öldürüldü - Mərhumun anasından ilginc ifadə
-
Gənc istedadlara xüsusi təqaüdlər verilməsi üçün 62 min manata yaxın vəsait ayrılıb - SƏRƏNCAM
-
Prezident İranın ölkəmizdəki səfirliyində oldu, başsağlığı verdi - FOTOLAR
-
İran ABŞ-la danışıqlar aparmayacaq - Xameneinin müavini
-
Binəqədi rayonu “SOCAR” ərazisində daha bir qanunsuz tikinti - İcazəni hansı məmur icazə verib?
-
Penisiyalar tez ödəniləcək... - Nazirlik məlumat yaydı
-
MEDİA-dan Yaxın Şərqlə bağlı çağırış - “Manipulyasiyaya yol verməyin”
-
Azərbaycan telekanallarında qadağadan sonra efirlər belə oldu - VİDEO
-
Deputat-rektor paradoksu: Kooperasiya Universiteti ləğv oluna bilər
-
Apteklərdə kütləvi yoxlamalar aparıldı - Ciddi nöqsanlar aşkarlandı
-
Yevlax təhsilində Namidə Abbasova tandemi - Sektor müdirini kim qoruyur?
-
Əxlaqsız paylaşımlarına görə 3 qadın saxlanılıb - Naxçıvanda
-
Arıqlama çayları və kofeləri alarkən diqqətli olun! - VİDEO
-
“Şahın oğlu İranda hakimiyyət üçün düşündüyümüz şəxslər arasında deyil“ - Tramp
-
Nazir yeni direktorlarla məktəb idarəetməsini müzakirə etdi - Fotolar
-
Azərbaycana müalicə üçün gələn əcnəbilər - Onlar hansı ölkələrdəndi?
-
“Hörmüz boğazı açılmasa, neftin qiymətləri hamını məhv edəcək“ - Vuçiç
-
Xaricdə təhsil alan tələbələr diplomlarının tanınması üçün nə etməlidirlər? - VİDEO
-
Artan boşanmaların səbəbi: “Hər dəqiqə telefonu mənə göstərməlisən“ - VİDEO
-
Trampdan Hörmüz boğazı ilə bağlı mesaj: “Lazım gələrsə, tankerləri müşayiət edəcəyik“
-
“Xoşbəxtəm ki, bir çox qadının idealıyam“ - Fotolar
-
Aviabiletlər bahalaşdı - Bu istiqamətlər üzrə (VİDEO)
-
“İranın qonşu ölkələrlə problemi yoxdur“ - Abbas Əraqçi
-
NATO İranın nüvə və raket potensialının ləğvini dəstəkləyir - RUTTE
-
Avtobusların dəyişdirilməsi sərnişinlərin narazılığına səbəb olub - VİDEO
-
“İspaniya bildirib ki, onların bazalarından istifadə edə bilmərik, amma...“ - Tramp
-
Gədəbəydə məmura müəmmalı mükafat təqdim olundu - VİDEO
-
Mehriban Əliyeva Od çərşənbəsi münasibəti ilə paylaşım edib - FOTO
-
Ramazan ayının on dördüncü günü - İmsak və iftar vaxtı
-
Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar...
-
Azərbaycanda daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
-
“İçərişəhər”in sektor müdiri Çopurov hərbi xidmətdən necə yayınıb? - İLGİNC
-
Gecə paltarlarını reklam edən bloqer cərimələndi - FOTOLAR
-
ABŞ və İsrailin öldürdüyü 168 şagird dəfn olundu - “Bu, vəd edilən azadlıqdır?” + VİDEO
-
Müharibə Türkiyəyə yayılarsa, cavablarını alacaqlar - Hakan Fidan
-
“Referans”ın baş həkimi şantajda ittiham olunur - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
-
Şərurda şəkər xəstələrinə dövlətin ayırdığı dərmanlar satışa çıxarılıb? - İDDİA
-
“A-Qroup Sığorta” batır? - Şirkətin yığımları 55,32 faiz azalıb
-
İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
-
Ceyhun Bayramovla Fransa XİN başçısı telefonda danışdı - Nələr müzakirə edilib?
-
“Qızıl Ay” restoranı qanunsuz reklama görə cərimələndi - 1500 manat
-
Müşfiq Abbasov bu statuslarına görə həbs edilib - Çingiz Abdullayev, “Epşteyn işi”...
-
“İranla danışıqlar aparmaq üçün artıq gecdir“ - Tramp
-
Azərbaycanda 5 icra başçısının müavinlərinin sayı azaldıldı - SİYAHI
-
Bəzi yerlərdə yağıntı intensivləşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Turistlər Azərbaycanda nə qədər pul xərcləyib? - Ölkələr üzrə siyahı
-
Ağır xəstəlikdən əziyyət çəkən azyaşlıya toplanan pulu taladı - VİDEO
-
Vens əməliyyata qarşı çıxıb - Trampı o şəxs razı salıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Temperatur enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
-
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
-
Vilayət Eyvazov Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
-
Şirkət rəhbəri 20 min cərimələndi - Təhsil ekspertinə görə
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Milyonluq tenderlərdən qara siyahıya: Zakir Fərəcovla Vidadi İsayevin “favorit”i saxta sənədlə ifşa olundu
-
“Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialımız olacaq“ - Prezident
-
İran Qətərdəki ABŞ aviabazasını vurdu - BƏƏ-də isə neft yatağına zərbə endirdi
-
Baş nazirdən aksiyalarla bağlı qərar - Burda da qadağan edildi
-
Azərbaycan və Pakistanın XİN başçıları arasıda telefon danışığı: Regiondakı son vəziyyət müzakirə edildi
-
Sosial şəbəkədə çılpaq videolar yayan qadınlar həbs edilib - Təfərrüat
-
Beyləqanda Bədən Tərbiyəsi və İdman Günü qeyd edildi - FOTOLAR
-
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək - QANUN DƏYİŞDİ
-
SOCAR-da nə baş verir? - Rentabellilik gətirən işçiləri ixtisar edir, baş ofis işçilərini artırırlar...
-
Təqsirsizlik prezumpsiyası hansı hallarda pozulur və cəzası nədir? - Ali Məhkəmədən xüsusi QƏRAR
TOP 10
ARXİV






