“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Bu, əvvəlcədən planlanlaşdırılmış, kəşfiyyatı aparılmış bir hadisədir” - Türkiyəli general

Tarix 27.01.23, 14:29

Font ölçüsü : - / +
bitmap-img6


“Hər hansı bir adamın əlinə silah alıb səfirliyin işçisinə hücum edərək onu öldürməsi mümkün deyil. Hesab edirəm ki, bu, əvvəlcədən planlanlaşdırılmış, kəşfiyyatı aparılmış bir hadisədir”.

Bu fikirləri “Report”un Ankara Bürosuna ehtiyatda olan türkiyəli general Yücel Karauz Azərbaycanın İrandakı səfriliyinə edilən silahlı terrorla bağlı mövqeyini bildirərkən deyib.

“Bir ölkədə başqa bir ölkənin diplomatik korpusununun qorunması, mühafizəsi o dövlətin ən əsas vəzifəsidir. İran-Azərbaycan münasibətlərindəki mövcud durumu nəzərə alaraq, bu mühafizənin daha da gücləndirilməsi lazım olduğu halda, belə bir hadisənin baş verməsini sıradan bir hadisə kimi qiymətləndirmək olmaz”, - Y.Karauz əlavə edib.

Generalın fikrincə, bu hadisədə İran dövləti məsuliyyət daşıyır.

“Bu cür terror hadisələrinin təkrarlanmaması üçün çox diqqətli olmaq lazımdır”, - o, vurğulayıb.

General qeyd edib ki, məsələyə Türkiyənin rəsmi mövqe bildirməsi bir daha Azərbaycanın yanında olduğunu nümayiş etdirdi:

“Şuşa Bəyannaməsi ilə tarixdə münasibətləri ən üst səviyyəyə gələn Türkiyə-Azərbaycan əlaqələrinin bir nümunəsi olaraq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu hadisəyə ən tez şəkildə mövqeyini bildirdi, həmkarı Ceyhun Bayramovla əlaqə saxladı və Azərbaycanı dəstəklədiyini bir daha vurğuladı. Türkiyə hər şeydən öncə Qafqazda daimi sülh istəyir. Azərbaycan zəfərindən kimsə narahat olmamalıdır. Nə Türkiyənin, nə Azərbaycanın başqalarının torpaqlarında gözü yoxdur”.



Xəbərin oxunma sayı : 685




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap