“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Azərbaycanlı şagirdlər belə məsələlərin şərhində çətinlik çəkirlər” - Nazir

Tarix 08.09.26, 12:37

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanlı şagirdlər riyazi məsələlərin şərhində çətinlik çəkirlər”.

AzFakt.com APA-ya istinadla xəbər verir ki, bunu PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının nəticələrinin təqdimatı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, PISA qiymətləndirmə sistemində istifadə olunan ballar qəbul imtahanlarında tətbiq edilən qiymətləndirmə sistemi ilə tamamilə fərqlidir.
Onun sözlərinə görə, PISA sistemində 500 bal orta səviyyəli nəticə hesab olunur, 400 bal toplayan şagirdin nəticəsi isə bu göstəricidən aşağı qiymətləndirilir.
“Burada bal sistemi tamamilə fərqlidir. Bu sistemdəki 450 bal qəbul imtahanlarında istifadə olunan ballarla müqayisə edilə bilməz. Məsələn, 500 bal orta səviyyəli nəticə hesab olunur. Əgər şagird 400 bal toplayıbsa, bu, daha aşağı nəticə deməkdir. Təxminən bir tədris ili 20 ballıq fərqlə ölçülür”, – nazir qeyd edib.

Emin Əmrullayev bildirib ki, Azərbaycanın riyazi savadlılıq üzrə PISA nəticələrindəki mövqeyi 49-cudur.
Nazir əlavə edib ki, Bakı şəhərinin riyazi savadlılıq üzrə nəticələri inkişaf etmiş şəhərlərin göstəricilərindən daha yüksək olub:
“Buna səbəb riyaziyyat fənninə son vaxtlar göstərilən diqqətin artıq öz nəticəsini verməsidir. Burada riyaziyyat müəllimlərinin xüsusi rolu var”.



Xəbərin oxunma sayı : 118




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap