“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

31 il sonra qalıqları tapılan şəhidimiz dəfn olundu - FOTO

Tarix 18.07.24, 19:32

Font ölçüsü : - / +
bitmap-img6


Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Kərimov Yaşar Ələkbər oğlu dünyaya gəldiyi Neftçala rayonunun Aşağı Qaramanlı kəndində dəfn olunub.

AzFakt.com xəbər verir ki, 18 iyul 2024-cü il tarixində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid Kərimov Yaşar Ələkbər oğlu ailəsinin yaşadığı Aşağı Qaramanlı kəndində vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhid Aşağı Qaramanlı kənd qəbiristanlığında Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ruhuna dualar oxunub, məzarına güllər düzülüb, əkil qoyulub. Onun tabutuna bükülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin oğlu Elmir Kərimova təqdim edilib.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, rayon sakinləri, şəhid ailələri, qazilər, media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Yaşar  Kərimov 1967-ci ildə Neftçalada anadan olub. 1993-cü ilin iyul ayının 23-də Ağdam rayonu Şelli kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.







Xəbərin oxunma sayı : 754




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap