![]() |
|














Yeni pandemiya gəlir - əlamətləri quduzluq kimi...
Tarix 20.05.25, 9:00 |
|

Dünyanın hər yerində bu virus baş qaldırır; həkim deyir ki, tam qurtuluş mümkün deyil
Quş qripi (H5N1) insanlar üçün əvvəl düşünüldüyündən daha böyük təhlükə yarada bilər. Bu barədə Merilend Universitetinin İctimai Sağlamlıq Məktəbinin alimlərinin araşdırmasında bildirilir. Onlar 20 illik qlobal məlumatları nəzərdən keçirərək virusun mutasiyaya uğradığı və quşlardan pişiklərə, inəklərdən pişiklərə, pişiklərdən insanlara yayıldığı barədə xəbərdarlıq ediblər. Tədqiqat işi “Open Forum Infectious Diseases” jurnalında dərc olunub.
Musavat.com xəbər verir ki, müəlliflərə görə, pişiklər quş qripinə qarşı son dərəcə həssasdır. Təhlildə daha sonra deyilir ki, 18 ölkədə heyvanlarda qeydə alınan 607 infeksiyanın yarısı ölümlə nəticələnib. Virus orqanizmə ya birbaşa - yoluxmuş quşlar və ya çiy ət yeməklə, ya da dolayı yolla - yoluxmuş inəklərin südü və digər məməlilərlə təmas yolu ilə daxil ola bilər. Bununla belə, pişiklərdə diaqnostika olduqca nadir hallarda və çox vaxt yalnız ölüm faktından sonra aparılır.
Virus quduzluğa bənzər kəskin nevroloji simptomlara səbəb olur. Tədqiqatçıların fikrincə, yüksək ölüm nisbəti və infeksiyanın məişət və kənd təsərrüfatı şəraitində yayılması xüsusilə narahatedicidir. Alimlər qorxur ki, epidemiyalar heyvan sığınacaqlarına çata və sonrakı mutasiyalarla hava-damcı yolu ilə insanlar arasında yayıla bilər.
H5N1 virusuna yoluxan insanlarda əlamətlər adətən klassik qrip simptomları ilə başlayır. Yoluxma yüksək hərarət, öskürək, boğaz ağrısı, baş və əzələ ağrıları, ümumi zəiflik kimi əlamətlərlə müşahidə oluna bilər. Lakin bəzi hallarda bu əlamətlər sürətlə ağırlaşaraq tənəffüs çatışmazlığı, ağciyər iltihabı (pnevmoniya), diareya, qusma və hətta orqan çatışmazlığına qədər irəliləyə bilər. Bəzi hallarda nevroloji pozğunluqlar da qeydə alınır. Xəstəlik vaxtında aşkarlanmasa və müalicə edilməzsə, ölüm riski yüksək olur.
Heyvanlarda, xüsusilə də pişiklərdə quş qripinə yoluxma hallarında daha fərqli və təhlükəli simptomlar müşahidə olunur. Alimlər pişiklərdə quduzluğa bənzər davranışların - yəni aqressivlik, hərəkət koordinasiyasının pozulması, iflic, qızdırma və iştahasızlıq kimi simptomların yarandığını bildirirlər. Çox vaxt bu əlamətlər aşkar edildikdən sonra heyvanlar qısa müddətdə tələf olur. Bu isə virusun heyvanlar arasında nə qədər sürətlə və ağır nəticələrlə yayıla biləcəyini göstərir.
Ümumiyyətlə, 2025-ci ilin may ayına olan vəziyyət göstərir ki, dünya bir sıra yoluxucu virusların yayılması ilə üz-üzədir. Bu virusların bir qismi yeni mutasiyalarla ortaya çıxaraq ciddi narahatlıqlar doğurur, digərləri isə əvvəllər məlum olsa da, yenidən güclü şəkildə yayılmağa başlayıb. Hazırda H5N1 virusu həm Amerika, həm də Avropa qitəsində ciddi şəkildə yayılıb. Braziliyada Rio Grande do Sul ştatında yerləşən Montenegro şəhərindəki bir toyuq fermasında yüksək patogenli quş qripi aşkarlanıb. Bu hadisə Braziliyanın iri toyuq ixracatçısı kimi fəaliyyətinə mənfi təsir göstərib. Çin, Yaponiya, Avropa İttifaqı və digər ölkələr Braziliyadan toyuq məhsullarının idxalını müvəqqəti dayandırıblar.
ABŞ-da isə 2024-cü ilin mart ayından bəri 17 ştatda 1,000-dən artıq süd inəyi sürüsündə H5N1 virusuna rast gəlinib. Virus həm vəhşi quşlarda, həm də ev quşlarında geniş yayılıb. Avropa qitəsində də vəziyyət narahatedicidir - yalnız 2024-cü ilin dekabrı ilə 2025-ci ilin mart ayı arasında 31 ölkədə 743 quş qripi hadisəsi qeydə alınıb.
Pandemiyanın zəifləməsinə baxmayaraq, bəzi ölkələrdə COVİD-19 virusunun yeni variantları yenidən yayılmağa başlayıb. Sinqapur və Honq Konqda yoluxma hallarının artdığı müşahidə edilir. Səhiyyə qurumları əhalini maska istifadəsinə və sosial məsafəyə əməl etməyə çağırır. Yeni variantın nə dərəcədə təhlükəli olduğu hələ də araşdırma mərhələsindədir.
Hindistanın Madhya Pradesh ştatında 2025-ci ilin ilk rübündə 113 chikungunya və 122 dengue virusuna yoluxma qeydə alınıb. Mütəxəssislər bu artımı profilaktik tədbirlərin zəif olması ilə izah edirlər. Braziliyada isə 2025-ci ilin mart ayına qədər 71,000-dən artıq chikungunya virusuna yoluxma təsdiqlənib. Bu tropik viruslar əsasən ağcaqanadlar vasitəsilə yayılır və ciddi qızdırma, oynaq ağrıları və halsızlıqla müşayiət olunur.
Sarı qızdırma virusu da yenidən aktiv fazaya keçib. 2025-ci ildə Braziliyanın Sao Paulo ştatında və Kolumbiyanın Tolima bölgəsində bu virusa yoluxma halları qeydə alınıb. Maraqlısı odur ki, bu yoluxmalar Amazon bölgəsi xaricində baş verib. Bu da virusun coğrafi əhatəsinin genişləndiyini göstərir. Ümumdünya Səhiyyə Təşkilatı bu artımı ciddi siqnal kimi qiymətləndirir.
Braziliyada az tanınan, lakin sürətlə yayılan viruslardan biri də Oropouche virusudur.

Zülfüqar Yusifov
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Biz vaxtaşırı bu məsələlərə qayıdırıq. Viral infeksiyalar hər zaman gündəmdə olub. Əslində dünyanın müxtəlif bölgələrində endemik ocaqlar mövcud olub və virus infeksiyaları ilə daim qarşılaşmışıq. Lakin COVİD-19 pandemiyasına qədər bu proseslərə bugünkü qədər ciddi yanaşılmırdı. Pandemiyanın nəticələri bu gün bütün dünyanı və tibbi ictimaiyyətini bu məsələlərə daha həssas yanaşmağa vadar edib.
Ayrı-ayrı ölkələrdən vaxtaşırı müxtəlif viruslarla bağlı siqnallar gəlir, hansısa virusun yayıldığı barədə məlumatlar verilir. Nə qədər ki, insanlar yaşayır, viruslardan tamamilə qurtulmaq mümkün olmayacaq. Təbii ki, bu virusların təhlükəlilik dərəcəsi var və onlardan qorunma mexanizmləri üzərində düşünmək vacibdir. Hər bir yeni siqnal insan sağlamlığı üçün təhdid ola bilər, amma məsələlərə təşviş içində yanaşmağa ehtiyac yoxdur. Çünki COVİD-19 pandemiyası səhiyyə müəssisələrinə böyük təcrübə qazandırdı.
Bu gün dünyada birgə əməkdaşlığın uğurlu nümunələri mövcuddur. İnsanlar maskadan istifadə, sosial məsafənin qorunması, şəxsi gigiyena tədbirlərinə əməl etməlidirlər. Qida məhsullarının təmiz yuyulması, bişirilərək istehlak edilməsi, hava-damcı infeksiyası riski olan yerlərdə maskalardan istifadə olunması xüsusilə vacibdir. Bundan əlavə, insanların orqanizmini güclü saxlamaq üçün sağlam həyat tərzi çox önəmlidir. İdmanla məşğul olmaq, sağlam və balanslı qidalanmaq, düzgün yuxu rejiminə riayət etmək - bütün bunlar immun sisteminin gücləndirilməsi üçün əsas şərtlərdəndir".
Xəbərin oxunma sayı : 328
Dünya
Xəbərlər
-
Bu il işğaldan azad olunan rayonlarda nə qədər yeni iş yeri açılıb? - Siyahı
-
Vətən müharibəsi qazisi müşavir təyin edildi - FOTO
-
Şadlıq sarayında toy zamanı yanğın oldu - VİDEO
-
Azərbaycanın idxalı kəskin artır - Ölkə iqtisadiyyatını nə gözləyir?
-
Preziden Qərbi Azərbaycana dair beynəlxalq konfransın iştirakçılarına müraciət edib - MƏTN
-
Rafail Quliyev nazir təyin olundu - Sərəncam
-
“Texpasport“da bu söz yazılıbsa... - DİQQƏT!
-
Nazirlik bu dərmanın idxalına qadağa qoyub? - Rəsmi açıqlama
-
Anası Elgünlə mesajlarını göstərdi - VİDEO
-
İrandakı səfirliyimizə hücum edənin cəzası icra olundu - Edam edildi
-
Etibarnamə ilə maşın alanların diqqətinə - VİDEO
-
Günəş qasırğaları Yer kürəsini təhdid edir - Xəbərdarlıq
-
İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır - CNN
-
Bakıda daha bir söküntü - Sakinlər kompensasiyadan narazıdır
-
“Fiasto Furme” şirkəti kimindir? - 122 min manat vergi borcu var
-
Azərbaycanda daha çox bu universitetlərin məzunları iş tapır - ARAŞDIRMA
-
“2023-cü ilin oktyabrından Qəzzada 28 mindən çox qadın və qız öldürülüb” - BMT
-
Nuranəni öldürdükdən 1 gün sonra Kürə atıb - Yeni detallar+Video
-
Avtobusun şüşəsini sındıran şəxs saxlanıldı - VİDEO
-
Bu şəxslər diplomatik pasport əldə edə biləcəklər - Qanunda dəyişiklik
-
Müdafiə Nazirliyi “Araz-2025” birgə təlimindən görüntüləri yaydı - VİDEO
-
Aİ ölkələri Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək qərarına gəlib - KALLAS
-
“Tramp Putinə heç bir güzəşt etməyib“ - Dövlət katibi
-
Sabah Bakının bu ərazisində işıq olmayacaq - Xəbərdarlıq
-
Baş Prokurorluqdan 16 yaşlı Nuranənin ölümü ilə bağlı - Rəsmi açıqlama
-
Naxçıvanda kütləvi zəhərlənmə: Dönərxana bağlandı
-
Vardanyanın məhkəməsində zərərçəkmişlər danışdı - Fotolar
-
“Suriyanın keçid hakimiyyəti həftələr ərzində süqutla üzləşə bilər“ - Rubio
-
Hansı rayonda banklara əmanət yerləşdirmək daha sərfəlidir? - Tam siyahı
-
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu rayonlardadır
-
Mərhum deputatın oğluna 14 milyon manat verilib - Restoranının sökülməsi səbəbindən
-
Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib? - FOTO
-
Rusiya NATO-nun təxribatlarına cavab verəcək - Zaxarova
-
Tofiq Yaqublunun şikayəti təmin olunmadı - Məhkəmə işi
-
İlham Əliyev və Viktor Orban mətbuata birgə bəyanatla çıxış ediblər - FOTOLAR
-
Hibrid avtomobillərin idxalı 3 dəfəyə yaxın artıb - Qiyməti kəskin aşağı düşüb
-
10 kq qızılı ələ keçirib bataqlıqda gizləndilər -Şamaxıda ilginc oğurluq
-
“Abzas Media” işçiləri hakim qarşısına çıxarıldı - Prokuror jurnalistlərə ağır cəzalar istədi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Sabah Bakı və bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
-
Azərbaycan 3 ayda 18 ölkədən 2,9 milyardlıq qızıl alıb - Siyahı
-
“TƏBİB stomatoloji müəssisələrə 1200 və 1800 manatlıq “plan“ qoyub“ - Stomatoloq
-
16 yaşlı qızı öldürüb Kürə atdılar - 21 yaşlı sevgilisi saxlanıldı
-
Fuad Xəlilova vəzifə verildi - Aparat rəhbəri təyin olunub + DOSYE
-
“Ermənistan gec-tez şərtlərlə razılaşacaq“ - Prezident
-
Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirilib -10 nəfər saxlanılıb
-
İlham Əliyevlə Viktor Orbanın geniş tərkibdə görüşü oldu - Fotolar
-
Azərbaycanda bir ilk: Duyu Bütünləmə və Nitq Terapiyasında İnnovasiyalar təlimi
-
Prezidentin Viktor Orbanla məhdud tərkibdə görüşü oldu - Fotolar
-
Bakıda kişinin qulağı niyə qopub? - 34 saat sonra yerinə tikdilər
-
Elgünün dostları və qohumları da dindirildi - RƏSMİ
-
İlham Əliyevin Macarıstana səfəri başladı - FOTO
-
Xameneidən ABŞ-yə xəbərdarlıq - “Boş-boş danışmayın”
-
Leysan, sulu qar, 30° isti - Sabahın havası
-
Sumqayıtda zavodda partlayış olub - Yaralılar var
-
Azərbaycandan Türkiyəyə dizel ixracı 16 dəfə artıb - Bir litri 57 qəpiyə
-
Hindistan Pakistanla münasibətləri normallaşdırmaq istəmir - Vikram Misri
-
Bu halda cərimələrə güzəşt olunacaq - Yeni sistem
-
Ermənistana casusluğa görə İqbal Əbilova - 18 il həbs
-
Cərimələrlə bağlı yenilik olacaq - Sürücülərin diqqətinə!
-
Bakıda qadın bıçaqla avtobusa mindi - Sərnişinlər təşvişə düşdü + VİDEO
-
İŞİD üzvü Bakıda qanlı planı həyata keçirmək istədi, DTX yaxaladı - MƏHKƏMƏ İŞİ
-
Çörək zavodları bizə nə yedirir? - Şok faktlar
-
Elçilikdən sonra qızın bibisi oğlunu öldürmüşdü - Cəzası bilindi
-
Daha bir məktəb direktoru işdən çıxarıldı - Nöqsanlara görə
-
Zaqatalada əkin sahələri sel suları altında qaldı: 25 min manatlıq ziyan dəydi
-
Bu yol bağlıdır - Sürücülərin diqqətinə!
-
ABŞ Ukrayna münaqişəsinə müdaxilə etməməli idi - Tramp
-
Həlak olan ər və arvadı ayrı yerlərdə dəfn edildi - Qəzanın detalları
-
Kəngərliyə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Trampla telefon danışığında Putin-Zelenski təması müzakirə olunub - Peskov
-
Yeni pandemiya gəlir - əlamətləri quduzluq kimi...
-
İnstaqramda bu gün kimlər nələr paylaşdı? - FOTOLAR
-
Suraxanıda qanunsuz tikili qalmaqal yaratdı - VİDEO
-
Putin və Tramp arasında telefon danışığı olub - İki saatdan çox
-
Qurban Qurbanov zərbə vurdu, qol olmadı - VİDEO
-
Həbsə gedən polkovnik susaraq kimləri qoruyub? - Sabiq rəisin işinin ŞOK TƏFƏRRÜATI
-
Kamran Əliyev üç ölkənin nümayəndə heyəti ilə görüşüb - Fotolar
-
“Tramp ikinci dərəcəli anti-Rusiya sanksiyalarını nəzərdən keçirir“ - Ağ Ev
-
Bu il Azərbaycana 260 mindən çox smartfon idxal edilib - SİYAHI
-
Davit İşxanyanın vaxtilə işğalda olmuş ərazilərdəki döyüş əməliyyatlarında iştirakı sübut edildi - MƏHKƏMƏ
-
“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək
-
Fransanın xeyrinə casusluq etmiş şəxslərin məhkəməsi - Şok ittihamlar səsləndi
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Nişanlandığı qızı fotoları ilə şantaj etdi - HƏBS OLUNDU
-
“Rusiya Ukraynaya qarşı bir sıra qeyri-realist tələblər irəli sürüb“ - Podolyak
-
“Nə kanalizasiya var, nə də səsimizi eşidən…” - Qum adasından REPORTAJ
-
“İstintaqın fikrini başqa yerə yayındırırlar” - Qətlə yetirildiyi deyilən Elgünün dayısı
-
O, 7650 manat maaş alır, bəs, digər icra başçıları? - SİYAHI
-
Bakının mərkəzində söküntü başlayır - Bu qədər kompensasiya ödənəcək
-
Zakir Həsənov İsrailə niyə gedib? - Görüş + Müzakirə (FOTO)
-
“Ukrayna ilə bağlı danışıqlar dalana dirənib” - Vens
-
Bako Sahakyan günahını etiraf etdi - Məhkəmə prosesi
-
Daha bir ölkədən kərə yağı idxalına başlanılıb - Ölkələrin siyahısı və qiymətlər
-
Saleh Səmədovun oğlu da vəzifədən çıxarılıb - İcra başçısı əmr verdi
-
“Bakı Metropoliteni“ndə daha bir dəyişiklik - Rəis könüllü vəzifədən getdi, aparat rəhbəri isə...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Petrosyanın çıxışı məhkəmədə dinlədildi: “Bir məqamı da qeyd etməyə bilmərəm ki...“
-
“Range Rover” qazini vurdu, vəziyyəti ağırdır - FOTO
-
Azərbaycanlılar ən çox bu ölkələrə gedir - Siyani
-
Naxçıvanda Vasif Talıbovun zamanında imzalanan qərarlar ləğv edildi - SİYAHI
-
Leysan yağacaq, dolu düşəcək… - Sabahın havası
-
Xırdalandakı uşaq əyləncə mərkəzi bağlandı - VİDEO
-
Xidmət rəisi öz istəyi ilə işdən çıxdı - FOTO
-
Hansı rayonda kredit götürmək daha sərfəlidir? - Tam siyahı
-
Atatürkün bu görüntüləri ilk dəfə yayımlandı - VİDEO
-
BŞİH-də müşavirə keçirilib - Qanunsuz tikililərlə mübarizə müzakirə olunub
-
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı - Sərəncam
-
Keçmiş nazirin Azərbaycandan çıxışına “stop“ qoyuldu - Borc qalmaqalı
-
Narkotikin təsiri altında olan sürücü həbs edildi - VİDEO
-
Sabiq icra başçısının direktor qızı işdən çıxarıldı - Nöqsanlara görə
-
Banan marketlərdə niyə bahalanır? - Səbəbi bilindi
-
Azərbaycan və İran hərbçilərinin birgə təliminin açılış mərasimi keçirilib - VİDEO
-
DTX-dən xüsusi əməliyyat əməliyyat - Bu şəxslər həbs edildi + VİDEO
-
Sarımsaq Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Marketlərdə 3,2 dəfə baha satılır
-
“Veysəloğlu“ Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında iştirak edib - FOTO
-
Kəmaləddin Heydərov Şamaxının rəisini təqaüdə göndərdi - Yeni təyinat
-
Türkiyə və ABŞ rəsmiləri görüşəcək - Bu məsələlər müzakirə olunacaq
-
Sənəd qəbulu dayandırılır - Təsdiqlənməmiş sorğular silinəcək
-
Azərbaycanda doğum səviyyəsi hansı rayonda nə qədərdir? - Tam siyahı
TOP 10
ARXİV