Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Nazirlik bu dərmanın idxalına qadağa qoyub? - Rəsmi açıqlama

Tarix 21.05.25, 10:39

Font ölçüsü : - / +
bitmap-img6


Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Vrarfarin DV-nin ölkəyə idxalının qadağan edilməsi ilə bağlı iddialara cavab verib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, son zamanlar mediada və sosial şəbəkələrdə Varfarin STADA — kardioloji xəstəliklər üzrə həyati əhəmiyyət daşıyan preparatın idxalında çətinliklər yarandığı və bunun Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən qaynaqlandığı, guya AEM-in bu DV-nin idxalına qadağa qoyması barədə iddialar səsləndirilir.

"Qeyd edilməlidir ki, Səhiyyə Nazirliyi və onun qurumları dərman idxalı ilə məşğul deyillər. Ölkəyə dərman vasitələrini özəl şirkətlər idxal edir.

Konkret Varfarinə gəldikdə isə, bildiririk ki, bu iddialar əsassızdır. "Stada Azerbaycan" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Analitik Ekspertiza Mərkəzinə 11 fevral tarixində göndərilən müraciətə baxılmış və onlara yararlılıq müddəti 5 il olan varfarin dərman vasitəsinin idxalına icazə verilməməsinin səbəbi mart ayında verilən cavabda geniş izah edilib.

Bildirilib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-1.16.2. bəndinə əsasən idxal olunan dərman vasitələri (dövlət qeydiyyatı məqsədilə idxal edilən, sərgidə nümayiş etdirilmək üçün nəzərdə tutulan, nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri istisna olmaqla) dövlət reyestrinə daxil edilmədikdə və ya dərman vasitələrinin idxalına icazə verilənədək dövlət qeydiyyatının qüvvədə olma müddəti bitdikdə dərman vasitələrinin idxalına icazənin verilməsindən imtina edilir.

Hazırda, adı qeyd edilən dərman vasitəsinin (Varfarin Stada 2,5 mq N250) öncəki qeydiyyat vəsiqəsinin qüvvədə olma müddətinin 01.10.2024-cü il tarixdə bitdiyini, eləcə da davam etməkdə olan yenidən qeydiyyat prosesi üzrə verilmiş 03.03.2025-ci il tarixli 27561/24 nömrəli Ekspertiza rəyində sözügedən dərman vasitəsinin yararlılıq müddətinin 3 il olaraq qiymətləndirildiyini nəzərə alaraq, onun əvvəlki qeydiyyat vəsiqəsinə uyğun olaraq istehsal edilmiş partiyalarının idxalı məqsədəuyğun hesab edilmir. Yəni söhbət yararlılıq müddəti 5 il olan DV-nin idxalına icazə verilməməsindən gedir.

Bəri başdan qeyd edirik ki, artıq bu dərman vasitəsi aprelin 7-də yeni qeydiyyat vəsiqəsi almış və yararlılıq müddəti 3 il olan Varfarin dərman vasitəsi istənilən qədər idxal edilə bilər.

Varfarin stada dərman vasitəsi 07.04.2025-ci ildə DV №25-00442 nömrəli yeni qeydiyyat vəsiqəsi almışdır hansı ki, burada onun yararlılıq müddəti ekspertiza rəyinə əsasən 3 il olaraq qeyd edilib",- deyə məlumatda qeyd edilib.





Xəbərin oxunma sayı : 127




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap