Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Toyuq əti ilə bağlı narazılıq:“Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur“

Tarix 18.01.25, 9:52

Font ölçüsü : - / +
bitmap-img6


"Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il 2023-cü ilə nisbətən ölkəyə mal ətinin idxalı 55,3%, quş əti və onun əlavə məhsullarının idxalında isə 39,6% artım müşahidə edilib.

Kifayət qədər toyuq əti ehtiyat olduğu halda, niyə 2-ci və 3-cü sort toyuqlar ölkəmizə idxal olunur?"-, deyə  qida mütəxəssisi Yusif Həkim bildirib.

AzFakt.com xəbər verir ki, mütəxəssis bundan əvvəl də ölkəmizə idxal olunan toyuq əti ilə bağlı narazılığını bildirmişdi. O damazlıq toyuqların broyler adı ilə, yumurtalıq toyuqların isə "kənd toyuğu" adı ilə satıldığını bildirmişdi.

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Heseynov Musavat.com-a mövzunu şərh edərkən deyib ki,  keçən il ərzində Azərbaycanda böyük quşçuluq fabriki bağlanıb və belə bir vəziyyətdə toyuq ətinə tələbat yaranıb: "Normal halda xarici ölkələrdən də gətirilir. Heç kim deyə bilməz ki, kənar ölkədən gətirilən toyuq ətləri yaxşı deyil, yoxsa bunlar yaxşıdır. Bunu müəyyənləşdirmək çətin məsələdir. Qida Təhlükəsizliyi Agentliyi yalnız qidanın təhlükəsizliyini təmin edir, keyfiyyət məsələsi ilə heç kim məşğul olmur. Ona görə də istehlakçılar da bilmirlər, hansı keyfiyyətli məhsuldur. İstehlakçı tələbatı olduğundan xarici ölkələrdən toyuq əti gətirilir. Mal və qoyun əti Azərbaycana idxal  olunur. Monqolustan ətləri İrana da, Azərbaycana da gətirilir. Düşünürəm ki, yaxın beş ildən sonra Azərbaycan mal və qoyun əti ilə özünü təmin edəcək. İşğaldan azad olunmuş zonalarda böyük heyvandarlıq kompleksləri yaradılır. Biz tərəfdarıyıq ki,  bolluq olsun, malların qiyməti aşağı düşsün. Təəssüflər olsun ki, qiymətlər artan templə davam edir".



Xəbərin oxunma sayı : 799




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap