Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Tanklardan sonra qırıcı təyyarələr: Ukrayna cəbhəsi genişlənə bilər

Tarix 26.01.23, 18:08

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ və Almaniya tanklarını Ukraynaya göndərdikdən sonra NATO ölkələri münaqişənin gərginləşəcəyi ilə bağlı narahatlıqlara baxmayaraq, Kiyevə qırıcı təyyarələrin tədarükü məsələsini müzakirə edirlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.

Saytın Pentaqondakı qaynaqlarından birinin sözlərinə görə, əvvəllər Ukraynaya qırıcı təyyarələrin verilməsindən söhbət belə gedə bilməzdi və bu Vaşinqton üçün “qırmızı xətt” sayılırdı.

“Əslində, ötən ilin yayında Kiyevin sonda aldığı “HIMARS”larla da bağlı vəziyyət belə idi. Sonra tankların tədarükü məsələsində eyni tərəddüdlər baş verdi, amma nəticədə tədarük baş tutdu”, - deyə, o qeyd edib.

Bununla belə, saytdakı məlumata görə, qırıcıların göndərilməsi məsələsi Kiyevə Qərb tipli tankların verilməsindən daha mübahisəli olacaq.

Hələlik yalnız Hollandiya Ukraynanı öz F-16 qırıcıları ilə təmin etməyə hazır olmasından danışıb. Keçən həftə ölkənin xarici işlər naziri Vopke Hukstra parlamentə bildirib ki, Kiyev belə bir tələb irəli sürərsə, onun kabineti qırıcıların tədarükünü nəzərdən keçirəcək.

Almaniya kansleri Olaf Şolts isə ənənəvi olaraq bu ərəfədə Kiyevə döyüş təyyarələrinin verilməsini istisna edir. O, münaqişənin daha da genişlənməsinin qarşısının alınmasının daha vacib olduğunu bildirib.

Hazırda Vaşinqtonda da bu məsələ ilə bağlı eyni əhval-ruhiyyə hökm sürür. ABŞ hər hansı döyüş təyyarəsini Ukrayna səmalarına göndərməyə tələsmir.

Bundan əlavə, ekspertlərin fikrincə, NATO-nun ən kütləvi qırıcıları olan “F-16” və “F-15”lar yüksək texniki xidmət tələblərinə və xüsusilə aerodromlara görə Ukrayna üçün o qədər də uyğun deyil. Həmin aerodromların Ukraynada yenidən qurulması olduqca çətindir. Ukrayna üçün ən uyğun olan İsveç istehsalı “Qrinpen” qırıcılarıdır. Bununla belə, İsveçin müdafiə naziri Paul Yonsson İsveçin “Qrinpen”i Ukraynaya göndərmək fikri olmadığını açıqlayıb.

Ukraynaya qırıcıların göndərilməsi məsələsi NATO-nun Ukraynaya hərbi yardım üzrə təmas qrupunun (Ramşteyn) növbıti iclasında müzakirə oluna bilər.



Xəbərin oxunma sayı : 355




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap