“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Türk əsilli Sinan Selen gizli xidmətin rəhbəri oldu - Almaniyada tarixi ilk

Tarix 15.09.25, 22:40

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə əsilli Sinan Selen ölkənin daxili kəşfiyyat xidməti - Bundesamt für Verfassungsschutz-un (BfV) rəhbəri təyin olunub. 

Almaniya tarixində ilk dəfədir ki, immiqrant mənşəli şəxs təhlükəsizlik xidmətinin başına gətirilir.

1972-ci ildə İstanbulda doğulan Selen ailəsi ilə birlikdə 4 yaşında ikən Almaniyaya köçüb və Köln şəhərində böyüyüb. O, Köln Universitetində hüquq təhsili alaraq polis hüququ, Avropa hüququ və inzibati hüquq üzrə ixtisaslaşıb. 2000-ci ildən Almaniyanın Federal Kriminal Polisi (BKA) orqanlarında fəaliyyətə başlayan Selen daha çox terrorizm və dini ekstremizm sahəsində ixtisaslaşıb. 2006–2009-cu illərdə “Xarici terrorizm və ekstremizm” şöbəsinə rəhbərlik edib, sonrakı illərdə isə daxili işlər nazirliyi və federal polis strukturlarında müxtəlif məsul vəzifələrdə çalışıb.

2019-cu ilin yanvarından BfV-də vitse-prezident vəzifəsini icra edən Sinan Selen sentyabr ayında qurumun rəhbəri postuna gətirilib. Onun bu vəzifəyə təyin olunması Almaniya üçün yalnız simvolik deyil, həm də təhlükəsizlik və inteqrasiya siyasətində dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu addım mühacir mənşəli vətəndaşların Almaniya dövlət idarəçiliyində etimad qazanmasının mühüm göstəricisi hesab olunur.

 



Xəbərin oxunma sayı : 1672




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap